Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Afrikada uşaq olmaq
Afrikada uşaq olmaq
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 713
Səs ver:

Afrikada uşaq olmaq, əslində, uşaq olmamaqdır. Oyuncaq kukla və ya bir oyuncaq avtomobil yerinə axşama tox çıxa bilməyi diləməkdir.

Afrikada uşaq olmaq, qarınını doyura biləcək hər hansı bir şeyə sevinə bilməkdir çox zaman, cürbəcür növ yeməklərlə bəzənmiş süfrələrə baxıb "sevdiyim bir şey yoxdur burada" deyə bilməməkdir.

Afrikada uşaq olmaq, səfaləti müxtəlif xalq nağıllarının qəhrəmanlarında deyil, şəxsən öz həyatında yaşamaqdır. Lakin bir fərq var ki, hekayənin sonunda, bu uşaqların həyatına əlində daşıdığı inci toppuzlu, sehrli dəyənəyiylə yaxşılıq mələkləri gəlməz. Onların nağılı necə başlamışdısa eyni şəkildə davam edər.

Afrikada uşaq olmaq, şəkər, şokolad və digər uşaqlarımızın sevərək, istəyərək və bəzən də biz ana-atalara ağlaya-ağlaya aldırdıqları şirin-şirin şeylərin dadını ancaq və ancaq oralara geden bir "muzungu" yəni ağ adamın insafı və ya ikramı ilə dada bilməkdir.

Afrikada uşaq olmaq, evə dönən atanın cibindən şokolad çıxma ehtimalını düşünə bilməməkdir. Afrikada uşaq olmaq atanın cibindən, görəsən, bu axşam yardım təşkilatları tərəfindən paylanan, makaron və ya qarğıdalı unu paketi çıxarmı düşüncəsinin sahibi olmaqdır.

Afrikada uşaq olmaq, həyatın çətinliklərini aşmaq üçün ana-atalardan yardım növbələrindən necə önə keçiləcəyinə dair nəsihətlər dinləməkdir.

Afrikada uşaq olmaq, kiçik dərmə-çatma ev olaraq istifadə edilən tənəkə binalarda yaşamaq, 3-4 otaqlı evlərin ancaq "sahib"lər tərəfindən istifadə ediləcəyinə inanmaqdır. Hamamlardan, mətbəxlərdən xəbərsiz olmaqdır.

Siyahını çoxaltmaq mümkünmü desəniz təxəyyülünüzü istifadə edin. Bir xəritə verdim əlinizə. Gerisini sizlər də tamamlaya bilərsiniz. Əslində, bu yazıya burada nöqtəni qoyub tamamlamaq ola bilər.

Lakin!

Heç məsuliyyətimiz yoxdurmu!

Gəlin, bir də hekayəyə ayna tutaq.

Mənim adım Ənəsdir!

Biz Afrikalıyıq! Qardaşlarım-bacılarım böyüdü. İndi hər bazar harasa gedirlər. Axşama evə qayıtdıqda onların pulları olur. Və bizə bəzi şeylər alıb gətirirlər. Atam bir bazar günü onları aparmışdı. Sonra da hər həftə sonu birlikdə getməyə başladılar. Atam bizə deyir ki: bir az daha böyüyün sizləri də aparacağam. Amma bilmirik hara gedəcəyik. Bazar günü getdikləri zaman heç vaxt bir kitab, jurnal, qələm, dəftər gətirmirlər. Həmişə yemək və geyim gətirirlər!

Mənim adım Səlmadır!

İsti bir gündə gözlərimi açdım. Sonra bir az böyüdüm. Məhəlləmizdən kənara çıxmağa başladığım zaman gözəl evlər gördüm. Bir dəfə atamdan soruşdum. Buralarda kimlər yaşayır deyə. Tanımadığım adlardan söylədi sonra da nə edəcəksən sən bunları, unut getsin, dedi. Hər zaman hardansa yemək torbaları gətirirdi. Atam işləmirdi. Necə gətirirsən deyə soruşdum. Yenə unut getsin dedi. Atam, heç kitab, qələm gətirmirdi. Nə vaxt istəsəm "qızım pulum yoxdur” deyirdi. Lakin hardansa müxtəlif yeməklər tapırdı. Anlaya bilmirdim.

Afrikada uşaq olmaq, məktəb tapa bilməməkdir, parta, kitab, qələm, dəftər tapa bilməməkdir. Yelkənsiz xəyal gəmisini fırtınalı okeanda alt-üst edilməsinə səs çıxara bilməmək, xəyallarını bir-bir itirməkdir Afrikada uşaq olmaq…

Təhsil ala bilmədən böyümək sonra da təhsilsizliyinin belə fərqini bilməməkdir.


Betül Karabacak


Şərhlər:
Baxılıb: 713
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz