Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ANA haqqında bir neçə söz
ANA haqqında bir neçə söz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8776
Səs ver:
"Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz" (Albert Emil Braşvogel).

"Bir ana ürəyi, dibində həmişə əvf olan bir uçurumdur" (Onore de Blazak).

Ana müqəddəs varlıqdır. Onun əli dəyən hər şey gözəldir. Onun ətri olan hər şey gözəldir...
Ana ağlayanda da ürəkdən ağlayır. Ana körpəsi ilk sözünü deyir, ağlayır. Ana körpəsi ilk addımını atır, ağlayır. Körpəsindən ayrı düşür, ağlayır. Körpəsinə qovuşur, ağlayır. Bəzən ən bulanıq ürəklər də onun göz yaşları ilə durulur. Bəzən ən kirli vicdanlar da onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı...

Gözləri görməyən, anadangəlmə kor olan bir gənc, ana haqqında hisslərini belə ifadə edir: "Eşitdim ki, dünya gözəldir. Gündüzləri nura qərq edən günəş, gecələri aydınlığa bürüyən ay və ulduzlar, mavi dənizlər, yaşıl meşələr, uca dağlar, baharda açan rəngbərəng güllər, cəh-cəh vuran quşlar... Günəşin doğuşu da, batışı dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam... Kaş, bircə dəfə də olsa, onu doya-doya görə biləydim. Kaş, bircə dəfə də olsa, ona doya-doya baxa biləydim... Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim"...

Uca Peyğəmbərimiz də "Cənnət anaların ayaqları altındadır", - deyir. Və bununla onun ucalığının, müqəddəsliyinin ölçüsünü göstərir...
Dua ilə qalxan, dua ilə enən əllərdən biri də ananın əlləridir. Dua ilə açılan, dua ilə yumulan dodaqlardan biri də ananın dodaqlarıdır. Bu gün anaların dualarına nə qədər ehtiyacımız var!..


Şərhlər:
Baxılıb: 8776
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz