Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fahiseninde aile qurmaga haqqi var.
Fahiseninde aile qurmaga haqqi var.
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1066
Səs ver:

(h)Qeyr601;t...



- Hər şey hazırdı?
- Bəli bəy, artıq hər şey hazırdı. Xonçalardan ikisini də Sədaqət gətirəcək.
- Nə vaxt? Saatdan xəbəriniz var? Mağarda camaat bizi gözləyir e! Bu Sədaqət köpəyin qızı and içib elə bil, məni əsəbləşdirməyə! Qalxın, qalxın tərpənək. Hanı Ayşə? Famil, özü hanı? Əstağfrullah, indi ölü diri qoymayacağam e bunlarda!
- Hirslənmə bəy, qadanı alım, hirslənmə. Şəkərin qalxar yenə Allah eləməmiş. Sən düş həyətdə bir siqaret yandır. Bax söz ki, siqaretin bitməmiş hamımız həyətdə olacağıq.

Ərinin kəm hövsəliliyinə öyrəncəli idi Zivər. Odur ki, şirin dilini işə salmışdı həmişəki kimi.

Davud siqarətini bitirdi. Əlində xonçalar tutan arvadları gözaltı qaşqabaqla süzüb, əllərini kürəyinə qoyub, yola düzəldi. Arvadlar və Famil də səssizcə onun arxasınca addımlayırdılar.

- Famil?
- Bəli, ata?
- Gəl, yanımda get!
Famil iti addımlarla atasına çatdı.
- Eşşey boyda oldun, bəy də oldun bu arvadların balağından əl çəkmədin ! Kişisən e sən!

Famil başını aşağı saldı. Oda öyrəncəli idi bu sözlərə. Atasının haqlı olduğunu da gözəl bilirdi. Çevrilib arxaya baxdı. Bu baxış arvadların atasının sözlərini eşidib-eşitmədiklərini yoxlamaq idi. Deyəsən eşitməmişdilər...


- Mənə bax, sən bu qızı sevirsən ya yox?
Atasının bu qəfil sualından öskürək tutdu. Qıp-qırmızı qızardı.
- Səninləyəm e, a bala, eyy?
- Hə - pıçıldadı...
- Eşitmədim! Nə dedin?
- Hə
- Görək də...

Anlamadı atasının bu sözünü... Anlaya da bilməzdi bəlkə də.


- Burda niyə sakitçilikdi? Başa düşmədim. Bunlar hansı adətlə qız köçürdüllər? Mina?
- Bəli, bəy?
- Get xəbər et ki, gəlmişik.
- Baş üstə, bəy!


- Davud bəy, Salam. Bir dəqiqəliyinə səni olar?
- Əleykə Salam Ariz kişi. Olar, əlbətki olar.
- Davud, heç bilmirəm necə deyim...
- A kişi qısa kəs görüm, kəm hövsələ adamam. De görüm nə olub?
- Bizim qız Paşanın oğluna qaçıb dünən...

Davud düz qudasının gözünün içinə baxdı. Üzünü arxaya çevirdi...

- Famil?

- Bəli, ata?
- Qaç bura it oğlu it!
- Gəldim ata, bəli?
- Qız hanı indi?
- İndi evdədi, amma...

Famil çaş-baş halda söhbətin nədən getdiyini anlamadan gah atasına, gah qaynatasına baxır, həyacanlanırdı.


- Eşitdin oğlum? Nişanlın qaçıb dünən. Bu gün qaytarıblar, amma iş-işdən keçib. Elə bilirlər biz oğraşıq! Al bunu, qız evdədi. Get etməli olduğun işi gör qayıt - deyib ov bıçağını oğluna uzatdı.


Famil əsə-əsə gah bıçağa, gah atasına, gah qaynatasına, gah da 20 metrliyində duran anasıgilə baxırdı. Ağlamsınmış pərişan görkəmi var idi. Ağlaya bilmir, əsir, zarıyırdı... Bıçağı aldı.

Evə girdi. Qonaq otağında bir neçə qız-qadın var idi. Onu görüb cəld ayağa qalxdılar. Qızın otağına keçdi...

Nişanlısı Səma yatağında oturmuşdu. Gəlinlikdə idi. Famili görüb ayağa qalxıb, üzünü gizlətdi. Bayaqdan içində qaynayan vulkan nəhayət ki, püsgürdü... Hönkürürdü... Səssiz dialoqda sınmış ürəyi fəryad edirdi.

Bıçağın sapını əlində bərk-bərk sıxdı. Nişanlısına yaxınlaşmaq istədi... İki addım atıb, durdu. Baxdı, baxdı... Bıçağı yerə tulladı. Otaqdan çıxmaq istəyəndə atası ilə toqquşdu...

- Niyə vurmadın? Qeyrətin var sənin? Var? Ona bax bir! Gör heç onun vecinədi? Gör heç bir damcı yaş gəlir gözündən? Gör heç vicdanı sızlayır? Get, get götür o bıçağı yerdən, təmizlə ləkəni! Kişi ol! Qorxma! Arvad böyütməmişəm mən! Davudun oğlu biqeyrət ola bilməz! Get, tez ol! Yoxsa sənin yerinə mən edəcəyəm bunu! Onda mən bu qoca yaşımda zindanlarda çürüyərəm, sən də dalında vedrə ilə ananın tumanının altında gəzərsən!


Əyilib bıçağı götürdü... Qalxdı... Bıçağı atasına uzatdı. Vur! Əvvəlcə onu, sonra məni! Mən edə bilmərəm!

- Niyə?

- Sevirəm çünki, sevirəm! Lap fahişə də olsa sevirəm, ata, anlayırsan?

Atası gülümsədi... Oğlunu qucaqlayıb, qulağına pıçıldadı:


- Get əl üzünü yu, üst-başını düzəlt. Qız tər-təmiz qızdı, qaçmaq filan olmayıb. Özüm bu səhnəni qurdum ki, görüm sevirsən ya yox...


Famil yazıq-yazıq atasına baxıb, dedi:


- Vurmalıydım əslində hə?

- Düzgün olanı etdin.
- Birdən vurardım, onda nə olardı?
- Mən oğlumu tanımıram bəyəm? Sən toyuq başı da kəsməzsən. Ona görə yox ki, qorxaqsan, yox. Böyük ürəyin var. Di, get hazırlaş, camaat bizi gözləyir...

Famil hamam otağına keçdi. Davud bıçağı belinə, kəmərinin arasına keçirdib, gəlininə yanaşdı. Alnından öpdü. Ariz də dinməzcə otağa keçib, durmuşdu.

- Ariz, toy bitən kimi uşaqları mindirirsən maşına, yolluyursan Bakıya! Çingizə demişəm, maşın evin yanında olacaq. Al bu kağızı, burda ünvan və telefon nömrələri yazılıb. Zəng elə, görüş bu adamlarla. Zəmilərimdən ikisini sat. Satandan sonra, zəng etdiyin adamlara de uşaqlar üçün Bakıda ev almaqda kömək etsinlər sənə. Famili də işsiz qoymazlar.

- Davud, bilmirəm nə deyim...
- Heç nə demə Ariz. Etməliydim, etdim ! Bir var qız qaçsın hə sən deyəndi. Bir də var ki, tulanın biri aldadıb qaçırtsın. Gör özdə nə deyib e... " Davud əmi göndərib məni ". Əclafın elədiyi qələtə bax sən. Nəisə... Ölməli idi, öldü.
- Davud, bəs Famil xəbər tutanda necə olacaq?
- Eşitmədin nə dedi ? Fahişə olsa da qəbuludu. Tövbə əstağfrullah. Gül kimi qızdı. Qələt eliyər altı beş danışar. Sevir qızını. Əsas odu. Mən də ki, 1-2 il yatıb, çıxaram yəqin ki. Çox olmaz. Nəisə də söhbəti dəyişək qanını indidən qaraltmayaq uşağın. Dediklərimi elə, sonrası Allah Kərimdi. Qızım, sən də gülümsə görüm. Bir pəhləvan nəvə verməlisən mənə. Ona görə özünə yaxşı baxmalısan. Zivər, Ayşə də, ana bacı olacaqlar sənə...



Şərhlər:
Baxılıb: 1066
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz