Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları çantasından tanı
Qadınları çantasından tanı
Göndərən: acisko
Şərhlər:
Baxılıb: 778
Səs ver:
İnsanları hərəkətlərinə, görünüşlərinə görə tanımaq son vaxtlar hamını maraqlandırır.
Alimlərin araşdırmalarına əsasən, insanları təkcə görünüşlərinə görə yox, həm də istifadə etdikləri əşyalara görə tanımaq mümkündür. Psixoloqlar çantanın içinə baxaraq, sizin bütün xasiyyətinizi olduğu kimi deyəcəklər. Bunun üçün sadəcə, onu açmağınız kifayətdir.

İçi dolu və qarmaqarışıq çanta: Çantanızda hər şey qarmaqarışıqdır. Əşyalar səliqə ilə yığılmayıb. Siz sadəliyi və dəqiqliyi sevirsiniz. Üstüörtülü danışmaq, sirr saxlamaq sizlik deyil. Ciddi, planlaşdırılmış işi xoşlamırsınız. Belə işdən tez yorulur, həm də çox aqressiv olursunuz. Siz "Heç bir problem yoxdur! Tanış olmaq asandır, ayrılmaq daha asan!” devizi ilə yaşayırsınız. Belə çantanın sahibi olan xanım zərifdir. Qayğını, nəvazişi sevir. Bir xoş söz onu ələ almağa kifayət edər.

Səliqəli çanta:
Axtardığın hər şey əlinin altındadır. Bu çanta heç vaxt açıq rəngdə ola bilməz, o tünd rəngdə və ciddi formadadır. Bu cür çantanın sahibi olan qadınlar ağırtəbiətli və sakitdirlər. Onlar çox nəzakətli və özlərindən razıdırlar. Onların xüsusi təşkilatçılıq qabiliyyətləri var.

Çantada kolleksiya: Çantanızda sadəcə, teatr və kino üçün alınmış bilet, qəzet və jurnallardan kəsilmiş lazımlı məsləhətlər, yemək reseptləri, şəkil, məktub yerləşir. Bu onu göstərir ki, siz xəyalpərəst və səhlənkarsınız. İş həyatınızda elə də qabiliyyətli deyilsiniz. Həmişə ilk növbədə öz yaxşılığınız üçün çalışırsınız.

Həyatın hər anı üçün yararlı əşyalar:
Çantanıza gün ərzində sizə lazım olan bütün əşyaları yerləşdirirsiniz. Axtardığın hər əşyanı burada tapa bilərsən: manikür dəsti, dərman çantası, açarlar, iynə, sap, ətir və s. Bu, sizin müdrikliyinizdən, qabiliyyətinizdən, işgüzarlığınızdan, ürəyiyumşaqlığınızdan xəbər verir. Siz rahatlığı, problemsiz yaşamağı sevirsiniz.

İşgüzar görünüş:
Çantada həmişə gündəlik həyat üçün lazım olan əşyalar – kitabça, qələm, jurnal və qəzet, dəsmal saxlayırsınız. Siz dəyişkən xasiyyətli birisiniz. İstəkləriniz fərqlidir. Həmişə özündənrazı təsiri bağışlasanız da, əslində çox sadəsiniz. Mənfi xüsusiyyətiniz odur ki, çox ciddisiniz, demək olar ki, yumordan heç nə anlamırsınız.

Qola keçirilmiş formada: Bu, sizin səliqəli, ürəyiyumşaq, bacarıqlı olmağınızdan xəbər verir. Siz özünüzü həmişə formada saxlamağı bacarırsınız.

Çantanı çiynindən asan və əli ilə tutan:
Siz cəsarətli xanımsınız. Problemlərdən qaçmağı xoşlamırsınız. Tənhalıqdan qorxur, insanlarla ünsiyyət qurmağı sevirsiniz.


Şərhlər:
Baxılıb: 778
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz