Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədənin səsinə necə qulaq asaq?
Bədənin səsinə necə qulaq asaq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1300
Səs ver:
http://imgs.su/tmp/1320862302-656.jpg

Əks cins nümayəndələri bir-birinə baxarkən ilk öncə xarici görünüşə fikir verirlər: boy, çəki, bədən quruluşu, sifət cizgiləri. Bəzən insan bir kəlmə deməsə belə, onun "vücudu danışır" və bu əlamət qarşı tərəfdə müəyyən hisslər oyadır. Bəlkə bu, bəzi insanlara ilk baxışdan sevginin dəyərini anlamağa kömək edəcək.

1.Sevgilinizlə müqayisədə sizin boyunuz necədir?
a)kişi qadından hündürdür və bu, təbii haldır
b)sizin boyunuz təxminən eynidir
c)qadın kişidən hündürdür, bunun öz gözəlliyi var

2.Çəkiləriniz necədir?
a)ikimiz də arıq və ya şişmanıq, bununla da bir-birimizə bənzəyirik
b)bütün kişilər bir qədər dolğundur və buna söz ola bilməz
c)qadınlar kişilərdən ağırdır, çünki onlar kökəlməyə daha meyillidirlər

3.Sizin yaş fərqiniz necədir?
a)biz eyni yaşdayıq
b)sevgilim məndən xeyli böyükdür və bəzi anlarda atamı əvəz edir
c)qadın kişidən xeyli böyükdür və bəzən anasını əvəz edir

4.Tanışlarınız sizin və sevgilinizin xarici görünüşünü necə qiymətləndirir?
a)hər ikimizi yetərincə yaraşıqlı hesab edirlər
b)yoldaşınızı daha görkəmli və simpatik adlandırırlar
c)onların fikrincə, sevgiliniz çox sadə, siz isə daha çəkicisiniz

5.Partnyorunuz dəblə ayaqlaşır?
a)bəli, biz ikimiz də tez-tez qarderobu yeniləyirik, getdiyimiz dükanlar isə yetərincə bahalıdır
b)kişi daha yaxşı geyinməlidir, çünki daima işdə olur və layiqli görünməsi vacibdir
c)qadın daha gözəl geyinməlidir, çünki o, hər zaman cəlbedici olmalıdır

6.Sağlamlığınıza diqqət yetirirsiniz?
a)bəli, hər ikimiz tarazlaşdırılmış qida istifadə edirik və vaxtında tibbi muayinədən keçirik
b)zənnimcə, kişinin fiziki forması daha yaxşı olur
c)məncə, qadının fiziki forması daha yaxşıdır

7.İdmanla məşğul olursunuz?
a)bəli, həm də eyni idman növlərinə üstünlük veririk
b)kişi idmana daha çox önəm verir, əsasən fiziki güc tələb edən növlərinə
c)İdmana qadın daha çox üstünlük verir, əsas da fitnesə

8.Daimi saç ustanız və kosmetoloqunuz var?
a)bəli, var
b)bu, ancaq kişilərə aiddir, ona daha çox lazımdır
c)yalnız qadınların daimi ustası olmalıdır

Yekun
Hər "A" cavabına görə 3 xal, "B" üçün 2 xal, "C" üçün 1 xal verin və onları üst-üstə gəlin.

19-24: Çox güman ki, uzun müddət davam edən münasibətlərinizi sabit hesab etmək olar. "Bədən səsi" sizi yanıltmayıb. Əgər bir zaman siz bir- birinizə ilk baxışdan vurulmusunuz və o andan etibarən heç ayrılmamısınızsa, demək sizin məhəbbətiniz hörmət və etimada çevrilib.

14-18: Sizin münasibətlərinizdə aparıcı rolu kişi oynayır. Ola bilsin, onun "bədən səsi" daha yaxşıdır. Əgər nə vaxtsa bir-birinizə böyük sevgi bəsləmisinizsə, indi aranızdakı bağlar yetərincə möhkəm deyil və birlikdə olub-olmamağınız artıq qarşı tərəfdən aslıdır.

8-13: Münasibətlərinizdə aparıcı rol qadına aiddir. Demək ki, onun "bədəninin səsi" yetərincə duyulandır. Belə hallarda ilk baxışdan yaranan məhəbbətin sonu xəyanət və ya digər xoşagəlməz hadisə ilə nəticələnə bilər.


Şərhlər:
Baxılıb: 1300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz