Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
«Ölü dəniz» niyə belə adlandırılır?
«Ölü dəniz» niyə belə adlandırılır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1970
Səs ver:
"Ölü dəniz” planetimizin ən aşağı nöqtəsi hesab olunur. Bu dənizin sahillərində suyun səviyyəsi dünyada ən aşağı həddədir.
"Ölü dəniz”in adı yəqin ki, hamıda maraq yaradır. Bir çoxları bilmir ki, dəniz niyə belə adlanır. Məlumdur ki, "Ölü dəniz” dünyanın ən duzlu dənizidir. Dənizin suyunun 1 litrində 270 qram duz vardır. Bu da həddindən artıq çoxdur. Bu cür duzlu suda ancaq və ancaq ən nadir mikroorqanizmlər yaşaya bilir. Digər canlıların duzlu suda yaşaması mümkün deyil. Bu suya düşən balıqlar həmin andaca ölürlər və onların duzla örtülmüş cəsədləri suyun üzünə cıxır. Buradan da belə nəticə hasil olur ki, bu dəniz bütün canlılar üçün ölüm hövzəsidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, yəhudi dilində bu dəniz - "Yam ha Maked” adlanır ki, bu da – "Qatil dəniz” mənasındadır. Dənizin daha mülayim səslənən digər adı da vardır: -"Duzlu dəniz”. Bu dənizə müxtəlif adlar verilmişdir: Lot dənizi, Şərqi dəniz, Asfalt dəniz və s....
Suyunun səviyyəsi hər il 1 metr aşağı düşür və dünyanın ən duzlu dənizi hesab edilir. Çünki burada suda olan duzun miqdarı 33-35% təşkil edir. Qədim yazılarda dənizin adı – "Asfalt dəniz” kimi də göstərilirdi. İsrail və İordaniya sahillərini yuyan "Ölü dəniz” dünyanın ən maraqlı yerlərindən hesab olunur. Qumsuz sahillərə malik olan dəniz (bu nadir bir haldır) özünə dünyanın hər bir yerindən saysız-hesabsız turist cəlb edir. Hər şeyi bilmək həvəsində olanlar təbiətin bir möcüzəsi olan bu dənizi yaxından seyr edir, hətta dənizin "adamı batırmayan” suyuna baş vuranlar da olur. Bu dənizdə adam batmır. Dənizin suyunun həddən artıq duzlu olduğu üçün hər kəs suyun üzərində uzanaraq sərbəst, suya batmadan kitab, qəzet, jurnal oxuya bilir...


Şərhlər:
Baxılıb: 1970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz