Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adı yox...
Adı yox...
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 2047
Səs ver:
Bir əsgərin nəğməsi...

Əsgərim mənim, canım mənim, həyatım. Nəfəsim. Bədənimdə dayanmadan axan qanım. Ruhum mənim, çox uzaqlardasan. Çox əzablardasan…çox soyuqlardasan. çox yağışlardasan.. Kaş sənin o əzablarını mən çəkərdim, o soyuqları mən hiss edərdim, o yağışlarda mən islanardım. Əsgərim mənim, darıxmıram sənsiz..ÖLÜRƏM. Ürəyim parça parça, yaralı yaralı səni axtarır…Sənə oxşar üzlər axtarır, səsinə oxşar səslər. gözlərini axtarır…məni qoruyan əllərini axtarır…axtarır amma tapmır..şəklinə baxmaqdan da yoruldum…çünki əlimi bədəninə vurub, istiliyini hiss edə bilmirəm.qulağımı sinənə qoyub, ürəyinin döyüntüsünü eşidə bilmirəm.. Ruhum mənim, sənsizlik məni çox incidir..ürəyim elə ağırlaşıb..gözlərim elə yaşarıb. Əllərim soyuyub, sevincim isə yox olub. Sonuncu dəfə səni görməyim yadıma düşür..düz 1 il öncə..gözlərin dolmuşdu, amma ağlamadın, "sənə sağ salamat qayıdacam" deyə söz verib yola düşdün.Sonuncu dəfə telefonda ağlamağın yadıma düşür.."Məni unutma" deyən səsini. Göz yaşlarını belə silə bilmədim.. Gözüm yollarda, əlim telefonda…bəlkə gələrsən..bəlkə zəng edərsən. Həyatım mənim, bu gün ananla danışdım. O da çox ağladı..səndən danışdı, səsinə həsrətindən danışdı onun da gözü yollarda. sənsiz nə hallara düşüb…heç səsini belə tanımadım, hər sözü qırıq..mənə qızım dedi =( Nəfəsim mənim, sənsiz nəfəsim çatmır. gözüm yuxu görmür..yalvarıram hər gecə Allaha, yalvarıram ki bircə dəfədə olsun səni yuxumda görüm, əlini tutum, səsini eşidim. Qucaqlayım, istiliyini hiss edim. Sənə səni hələ də sevdiyimi deyim. SƏNİ SEVİRƏM. Sevgilim, səni çox sevirəm, amma kaş bu qədər sevməzdim. Kaş bu qədər darıxmazdım. Sən də mənim üçün darıxırsanmı? Nə olar yuxuma gir.

Gəl yuxuma…əlimi tut, məni sevdiyini de. Yenə ilk görüşümüz yadıma düşdü. Məni dəniz qırağına aparmışdın, o dənizlərdə "Bir qızımız olacaq, sən ana mən ata, dünyanın ən xoşbəxt ailəsi olacayiq" deyib söz vermişdin… O səsin üçün darıxmışam. O gözlərin üçün darıxmışam sanki itirdim o gözlərdə.. sənə çox ehtiyacım var..donuram. qayıt mənə əsgərim, nə olar qayıt…yalvarıram qayıt mənə ruhum mənim…ruhsuz qalmışam. Niyə qoyub getdin axı? Əsgərim mənim, gəlmişəm səni görməyə, görürsənmi məni? uzanmışam məzarının üstündə ağrıyıram..ağlıyıram..bu bitən güllər mənim gözyaşlarımla bitir.. Ruhum mənim, səni qoyub getmək istəmirəm..çox uzaqlardasan, çox əzablardasan, çox soyuqlardasan, çox yağışlardasan bu torpağın altında…nə olar qayıt mənə nə olar əsgərim mənim, qayıt mənə..sənsiz qalmışam..
Nə olar qayıt...
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 2047
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz