Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəl dost olaq
Gəl dost olaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1282
Səs ver:
Dünyada ən çətin tərif edilən anlayışlardandır dostluq məfhumu. Tarix boyunca filosoflar, alimlər, mütəfəkkirlər bu məfhumu açıqlamağa çalışmış və fərqli fikirlər irəli sürmüşlər. Dost kəliməsi fars dilində sevilən, etibar edilən, düşmana qarşı qoruyan mənalarına gəlir. Dostluq anlayışı konkret olmadığı üçün hər bir insanın öz mənəvi dünyasında fərqli anlaşılır və formalaşır. Fərqli dünyalar, fərqli insanlar, fərqli dostluqlar; ancaq bunları birləşdirən böyük bir qüvvə var, o da güvəndir. Bəzilərinə görə isə dostluq qarşılıqsız sevgi, hörmət və istəkdir. Biz isə bu anlayışın bir qulpundan yapışıb, bəzi nüanslara aydınlıq gətirməyə çalışacayıq.
 Dostluq ehtiyacdırmı? İnsan sosial varlıq olduğu üçün daima digər insanlarla əlaqədə olur. Məktəb həyatından başlamış, universitet və iş həyatına qədər tanıdığı insanların xarakterləri insana təsir edir istənilən situasiyada və özünə görə ən gözəl və əlçatmaz xarakteri özünə daha doğma bilir. Və bunun adını dostluq qoyur. Məktəb yaşlarında insanlarla əlaqənin ilkin formalaşdığı dövrdə uşaq üçün dostluq; bir-birini digər uşaqlardan qorumaq, tənəffüs vaxtı "bulka” alıb onu yarıya bölmək, dərs çıxışında bir yerdə söhbət edə-edə evə getmək, müəllimin verdiyi tapşırıqları bir yerdə həll etmək kimi xoş davranışlar sərgilənir. Uşaqlar üçün bu dostluq sayılır. Vaxt gəlir, yollar ayrılır. Məktəbi bitirirsən, yaşadığın yerdən köçürsən. Və aranıza məsafələr girir. Halbuki əsl dostluqlar arasında məsafələr olmur. Ayrılıq yarandığı üçün artıq dostluq anlayışı da ortadan qalxır və dostluq yerini verir tanışlığa, çevrilir xoş xatirələrə. Deməli onları birləşdirən məktəb, məhəllə və başqa məkanlar imiş. Tələbəlik illərində isə insanın həyatdakı gözləntiləri dəyişdiyi üçün dostluq anlayışı da dəyişir. Burda da dostların olur, günlər bir yerdə keçir, həyatda yaşanılan ilkləri ilk eşidən məhz onlar olur. Əgər pulun qurtardısa, ən rahat şəkildə faizsiz və müddətsiz borc verən şəxsdir əsl dost tələbəlik illərində. Əbəs yerə deyilməyibki, əsl dost dar gündə tanınar. Əgər belə olmazsa görəsən yenə də əsl dost olarmı bizim üçün həmin insan? Yenə universitet həyatı da bitir. Araya yenə məsafələr girir. Soyuqlaşır münasibətlər. "Dostluq” çevrilir tanışlığa. İş həyatında da həmçinin, dostluq anlayışına mənfəət qarışır. Vəya mənfəətin adını dostluq qoyuruq. Fikirləşin, işdə dost dediyiniz bir insan üçün işdən çıxmağı gözə alardınızmı? Vəya dostun işdən çıxanda da onunla belə sıx əlaqə saxlayardınmı?
Bir düşünün əvvəllər dost dediyiniz insanlardan neçəsi indi ətrafınızdadır və neçə dostunuz yenicə həyatınıza gəlib. Görəcəksinizki həqiqətən dostluq anlayışının məsafə anlayışından asılılığı olduqca çoxdur. Bu qaçınılmazdır. Məncə bunu analiz edib bir qənaətə gələcəksiniz. Ancaq bu həmdə o demək deyilki, ideal dostluqlar yoxdur. Əlbəttə var, lakin bunlar istisnadır.
Və beləcə insanlar əslində yoldaş olduğu insanları dost adlandırır. Əslində sevgi də belədir. Bir çoxu sevdiyini zənn edir lakin bu sadəcə "xoşagəlmə”dir. Burada sevən sadəcə "sevgi” markalı ətri üzərinə vurmuş kimidir. Çünki əsl sevginin nə olduğunu bilmir. Televiziyadan, filmlərdən gördüyü, kitablardan oxuduğu qədərilə bilir sevgini. Amma əslində...
Burdan belə sual yarana bilərki, gənclər daha dəqiqi qızla oğlan arasında dostluq yarana bilərmi? Əlbəttə bu mümkündür, ancaq müəyyən yerə qədər. Təbii ki bu dostluq normal eyni cinsdən olan insanların dostluğu kimi olmayacaqdır. Bu müəyyən vaxtdan sonra çox vaxt sevgi hissləri yaranır ki, bu da bəzən gözlənilən, bəzən də gözlənilməz olur. Ancaq böyük sevgilərin belə dostluqlardan yarandığını da gözardı etmək olmaz.
İnsanlar fərqli olduğu üçün dostluqlar da fərqlidir. Allah`la dostluq, insanlarla dostluq, ideologiya dostluğu bunların ən bilinənidir. Allah`la dostluq bunların ən başında gələnidir fikrimcə. Bütün könüllərin sahibi və könüllərdə olan hər şeyi bildiyi və ən əsası bizə şahdamarımızdan da yaxın olduğu üçün Allah, biz istəsək də istəməsək də bizim ən yaxın dostumuzdur. Ona görə bizim vəzifəmiz bu dostluğu dərk etmək və ona görə hərəkət etməkdir. Bir rəvayəti diqqətinizə çatdırmaq istəyirəm. Bilindiyi kimi İbrahim Peyğəmbərin ləqəbi Xəlilullahdır (Allahın dostu deməkdir). Allah (c.c) bir gün ölüm mələyi olan Əzrail (əs)`a İbrahim Peyğəmbərə ona verilən ömrün bitdiyini və canını almağı əmr edir. İbrahim Peyğəmbərə (əs) yaxınlaşan Əzrail (əs) vəziyyəti deyir və o da cavab olaraq bunları deyir: Heç dost da dostun canını almaq istəyərmi? Buna cavab olaraq da Allah (c.c): Heç dost dosta qovuşmaq istəməzmi? deyə buyurur.
İnanmaq fikrin köküdür, inanmamaq isə inanmağın olmamasıdır. Bu o deməkdir ki bütün insanlar inanır. İnanmaq isə dost olmaq deməkdir. Və beləcə bütün insanlar dostdurlar. Hər kəs mənim dostumdur. Dost olmaq insanları sevmək, insanları sevmək Yaradan`ı sevməkdir. Sən də sevirsən, könül qapılarını arala bir az, sənə doğru uzadılan əlləri görəcəksən. Və sən də deyəcəksən onlar kimi, GƏL DOST OLAQ...
 
P.S. Sonda demək istəyirəmki həqiqi dost tapmaq çox çətindir. Əgər indi həqiqi dostunuz varsa onu heç bir zaman unutmuyun,tək qoymuyun


Şərhlər:
Baxılıb: 1282
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz