Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
3G TEXNOLOGİYASI HAQDA BİLMƏDİYİMİZ SENSASİYA DOLU MƏLUMATLAR
3G TEXNOLOGİYASI HAQDA BİLMƏDİYİMİZ SENSASİYA DOLU MƏLUMATLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1229
Səs ver:
http://imgs.su/tmp/1320672230-656.jpg

Bu xidmət sayəsində cib telefonundan evə gəlmədən öncə yemək qızdırmaq, kondisioneri işlətmək, qarajın qapısını açmaq olur; sistemi dəstəkləyən cihazla nisyə alış-veriş etmək, kommunal xərcləri ödəmək, həkimin yanına getmədən müayinə olunmaq mümkündür

Nəhayət ki, daha iki mobil operator - “Azercell” və “Bakcell” şirkətləri 3G-nin xidmətlərindən istifadə edə biləcək. 3G texnologiyası Azərbaycanda istifadəyə verildiyi andan qalmaqallar səngimək bilmədi. Əksəriyyətin fikrincə, bu texnologiya Azərbaycanda özünü doğrultmayıb. Ötən il bu lisenziya “Azerfon” şirkətinə verilmişdi. 3G xidməti istifadəyə verildikdən sonra deyilirdi ki, “Azerfon” abunəçilərinə yüksək sürətli məlumat ötürülməsi, daha keyfiyyətli səs və mobil telefon vasitəsilə video görüntü kimi yararlı xidmətlərdən istifadə imkanını yaradacaqdır. Həmçinin üçüncü nəsil xidmətləri abunəçiləri yerləşdikləri məkandan asılı olmayaraq naqilsiz, rahat və geniş zolaqlı mobil internetlə təmin edəcəkdir. Amma deyilənlər təsdiqini tapmadı.

 

“Azercell” isə bu lisenziya üçün nazirliyə təxminən 3 il, “Bakcell” 1 il əvvəl müraciət etmişdi. Hələ 2008-ci ildə “BakuTel” sərgisində 3G texnologiyasını təqdim edən “Azercell” 2009-cu ildəki sərgidə artıq 4G mobil texnologiyasını da sınaqdan keçirmişdi. “Azercell” şirkətinin prezidenti Əli Ağan dəfələrlə bəyan edib ki, lisenziyanın verilməsi üçün müvafiq qurumlara etdikləri müraciət cavabsız qalıb.
Bu xidmətlə həkim xəstənin cib telefonundan onu rentgen də edə biləcək, telefonların qiymətinə gəlincə...
Öncə 3G xidməti haqqında bilgilənək. Belə ki, 3G üçüncü nəsil rabitə texnologiyası deməkdir. Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir. 3G xidməti istifadəçiyə 7,2 m-bit sürətli internet almağa imkan verir. Bundan əlavə, 3G texnologiyasının tətbiqi abonentlərə görüntülü danışıq, cib telefonundan televiziyaya baxmaq imkanı yaradacaq. Bu sistemin sayəsində səhiyyə xidmətləri ən ucqar kəndlərə qədər gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə həkim xəstənin cib telefonundan onu rentgen edə, qeydə alınmış görüntüləri birbaşa təhlil edərək xəstəyə nəticələr haqda həmin an məlumat verə bilər. Bunun Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada nümunələri var. Bu texnologiya ilə hadisə yerindən canlı yayım aparmaq da mümkün olacaq. 3G istifadəçiləri nağd pul olmadan alış-veriş edə, kommunal xərcləri ödəyə bilər. Cib telefonundan evə gəlmədən öncə yemək qızdırmaq üçün sobanı yandıra, kondisioneri işlədə bilərsiniz. Evinizə çatdıqda qarajın qapısını telefonla aça və bunun kimi digər komandaları həyata keçirmək olar. Bütün bunlar üçün ya sizin mobil telefonunuz 3G sistemini dəstəkləməli, ya da bu sistemi dəstəkləyən smartfon tipli “ağıllı” cib telefonuna malik olmalısınız. 3G-nin media mənsublarının da işini asanlaşdıracaq.
MeOnTV xidməti vasitəsilə videoların canlı və “on-demand” (sifarişlə) istənilən video göstərə bilən cihazla ötürülməsi mümkündür. Bu texnologiya vasitəsilə videoları istənilən yerə sürətlə ötürmək mümkündür.
3G-ni dəstəkləyən modellərə gəlincə, mobil telefon bazarında “Nokia” şirkətinin məhsulları daha çox üstünlük təşkil edir. Təbii ki, şirkətlərin adına uyğun müxtəlif keyfiyyətdə, müxtəlif ölçülərdə və qiymətdə modellər var. Lakin əksər modellərin qiyməti bahadır. Mobil telefon satışı ilə məşğul olanların sözlərinə görə, artıq son iki gündə bu cür telefonlara tələbat artıb. “3G-nin digər mobil operatorlara da verilməsi xəbəri yayıldıqdan sonra müştərilər bu xidməti dəstəkləyəcək telefonların qiymətini soruşur, hətta bəziləri alır da. Əslində bizdəki qiymətləri nəzərə alsaq, 3G-nin təkcə görüntülü danışıq funksiyası işimizə yarıyır. Yoxsa bu cür bahalı tariflərlə çətin ki, kimsə sürətli internetdən istifadə etsin”-deyə mobil telefon satıcısı Vüqar Həsənov söylədi. Satıcılar deyir ki, bu xidməti dəstəkləyən telefonun qarşı tərəfində görüntülü kamera olmalıdır ki, bunların da qiyməti 50 manatdan başlayır: “”Kitayski" telefonlar ucuzdur. Ancaq bahalı telefonlar da var ki, onlar da bu xidməti daha yaxşı dəstəkləyir. Misal üçün, “Nokia”nın 600-700 manata satılan modelləri".

Ekspertlər bu sahədə nikbin danışır, amma...

Hazırda 3G-ni icra edən “Azerfon” şirkəti abunəçilərinə bu xidmətdən yalnız görüntülü danışıq və interneti təklif edir. İnternetdən yararlanmaq üçün “1 gün” paketi: 2 , “1 həftə” paketi: 15, “1 ay” paketi: 57 manatdır. “Azercell” və “Bakcell”in bütün bu xidmətlərdən konkret hansıları tətbiq edəcəyi isə yaxın günlərdə bəlli olacaq. “Azercell” Telekomun prezidenti Ali Ağan bildirib ki, qısa bir zamanda 3G xidmətlərinin göstərilməsinə başlayacaqlar.
Bundan başqa, şirkət qısa müddətdə bütün ölkə ərazisində bu xidmətləri göstərməyi nəzərdə tutur. Şirkətin bu xidmətləri göstərməyə hazır olduğunu deyən Ə.Ağan qeyd edib ki, 2010-cu ildən etibarən şirkət həmçinin 4G xidmətləri göstərməyə hazırdır. Tariflərə gəldikdə isə Ə.Ağan deyib ki, 3G xidmətlərinin tarifləri hazırda şirkətin göstərdiyi internet xidmətlərindən nəinki 30-40 faiz, hətta bundan da aşağı olacaq. “Azercell” və “Bakcell” şirkətindən “Yeni Müsavat”a bildirdilər ki, 3G texnologiyaları ilə xidmətlər göstərilməyə başlandıqda bu barədə KİV-də ətraflı məlumatlar təqdim ediləcək: “Çox güman ki yaxın vaxtlarda məlumat veriləcək”.
Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil rabitə operatorunun bu xidmət təklif etməsi istifadəçilərin daha sürətli internetlə təmin edilməsi deməkdir: “Əgər ”Azercell" və “Bakcell” şirkətləri düzgün marketinq qursa, düzgün qiymətləri ucuz təklif etsə, qısa zamanda bu məşhurlaşacaq. Ancaq bu sahədə qiymətlər bahadır. Xidmətin keyfiyyətində problemlər var. “Azercell” və “Bakcell” bu xidməti göstərməyə başlayıblarsa, Azərbaycanın mobil xidmətlər internet bazarında rəqabət mühiti yaranacaq. İndi mobil internetdən söhbət gedir. Maşında olarkən insanlar daha çevik internet almaq istəyir. 3 G xidməti də buna xidmət edir".
İqtisadçı ekspertlər də deyir ki, bazarda 3G xidməti göstərən şirkətlərin sayının artması mobil xidmətlər bazarında hiss olunacaq ucuzlaşma ilə müşayiət olunacaq və inhisarçılığın qarşısı alınacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə deyir ki, əsas olan bu texnologiyanın Azərbaycanda olmasıdır: “Artıq hər üç şirkətə lisenziya verilib. Bundan sonra onlar arasında rəqabət olacaq və 3G texnologiyası daha da inkişaf edəcək”.



Şərhlər:
Baxılıb: 1229
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz