Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çarlz Dikkens - Oliver Tvistin macəraları
Çarlz Dikkens - Oliver Tvistin macəraları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 705
Səs ver:
Çarlz Dikkens 1812-ci il fevral ayının 7-də İngiltərənin Portsmut şəhəri yaxınlığındakı Lendport qəsəbəsində anadan olmuşdur.Az yaşlarında çətin həyat sürmüş və işləməyə başlamışdır.
Dikkens öz yaradıcılığına "Bozun oçerkləri" adlı kitabı ilə başlamış,sonra Pikvik klubunun qeydləri" adlı romanını və bunun ardınca "Oliver Tvist"i yazmışdır.

Oliver Tvistin macəraları adlı bu roman məşhur ingilis yazıçısı Çarlz Dikkensin yaradıcılığında böyük yer tutur və öz dərin ictimai məzmunu,həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır.
Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə  görmüş və dünyadan köçmüşdü.Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi.Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz,nə xoş bir baxış görməmiş,həmişə aclıq və sıxıntı ilə yaşamışdır.
Bir dəfə onu yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir.Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur.Noe həmişə onu təhqir edib ələ salsada,Oliver heç vaxt ona fikir vermir.Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir,Oliver bundan bərk qəzəblənib ona zərbə endirir.Noe ona şər atıb,hamıya deyir ki,guya onu öldürəcəkdi.Onlar Oliveri bərk cəzalandırıb döyürlər.Oliver isə buna dözməyib oradan qaçır.

Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür.Küçələrdə yatır,günlərlə ac qalır.Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur.Cek onu yedizdirib,doydurur və söz verir ki,ona Londona getməyə kömək edəcək.Və Oliveri ogruların başçısı olan yəhidu Fecin ilə tanış edir.Fecin ona söz verir ki,ona iş verəcək.Bir gün o Cek Daukins bə Beytslə birlikdə işə gedirlər.Oliver  onları kənardan müşahidə edib görür ki,onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər.Kişi bunu hiss edir.Bundan həyəcanlanan Oliver qaçmağa başlayır.Hamı elə bilir ki,oğurluğu o etmişdir.Onun tutub döyürlər və həbsxanaya aparırlar.Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində  saxlayır.Oliver xeyli müddət xəstə yatır.Ona orda missis Beduin qulluq edir.Və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir birinə nəqədər oxşamasına məəttəl qalır.

Fecin isə qorxur ki,Oliver onları ələ versin.Ona görə də onu oğurlayıb öz yanında saxlayır.Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar.Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur.Belə ki,onlar bir yerdə həmin evə gedirlər.Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın.
Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın.Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar.Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır.Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda  yerə atır.Oliver oyandıqda çox halsız olur.Həmin evə geri qayıdıb kömək istəyir.Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər.

Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir.O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki,o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır.(Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.).Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür.Ovucundakı qəbzi isə ona verir.

Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb,Oliverin böyük pullara dəydiyini söyləyir.Nensi özünü sərxoş göstərib Fecinin arxasıyca düşüb,naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır.Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur.Və söz verir ki buna nail olacaq.

Oliver missis Meyli və Rozun himayəsi altında bə onların dostu  həkim Losbernin köməkliyi ilə tez sağalır və onlara həyatındakı hır bir şeyi danışır.Bir gün mister Braunlounun evinə getmək istəyir,lakin xəbər tutur ki,o Hindistana köçmüşdür.
Sonra Oliver həmin xeyirxah qadınlarla onların yay evinə gedir və xoş günlər keçirir.Lakin bir gün isə oturduğu otağın pəncərəsindən Fecinin üzünü görür.Tez qışqıraaq hamını köməyə çağırsada heç kim orda Fecini görmür.

Monks isə vaxtını boş itirmir.O qoca Sallinin danışdığı nəzarətçi  missi Kornidən 25 funt əvəzində Oliverin anasına məxsus kisəni alır.Kisənin içində bir medalyon və üzük olur.Medalyonun içində "Aqnes" adı olur.Bir tərəfində isə Oliverin anadan olmasına bir il qalmış olan tarix yazılır.Monks bu kisəni çaya atır və birdəfəlik yoxa çıxardır.
Bundan sonra o Fecinə hər şeyi danışır.Qardaşı haqqında olan son sübutları da məhv etdiyini və əgər missis Meyli və Rozun Oliverin kim olduqlarını bilmələri üçün nə qədər pul xərcləyərdilər sözlərini deyir.Bunlara yenidən qulaq asan Nensi Sayksa yuxu dərmanı verib,missi Rozun yanına gəlib hər şeyi danışır.Və növbəti dəfə görüşmək ümidi ilə ayrılırlar.

Bir gün Oliver küçədə mister Braunlounu görür və bunu Roza deyir.Roz onunla birlikdə ora gedir.Mister Braunlou çox sevinir.Daha sonra isə Roz təklikdə mister Braunlouya hər şeyi açıqlayıb deyir.

Beləliklə mister Braunlou və Roz  Nensi iə gizlin görüşürlər.Fecin isə öz sahibini soyub qaçarq Londina gəlmiş Noeni Nensini izləmək üçün onun arxasınca yola salır.Nensi onlara hər şeyi danışır,Monksun əlamətlərini,gəlib getdiyi yerləri deyir.Lakin Nensi istəmir ki,onun əlbir olduqları o biri oğrular ələ keçsin.Bu onların razılaşması olur.

Bütün bunlara qulaq asan Noe gəlib hər şeyi Fecinə danışır.Bundan xəbər tutan Sayks isə Nensini qəddarcasına öldürüb aradan çıxır.

Bu müddət ərzində Mister Braunlou  öz təhqiqatını aparır.Belə ki,Edvin Lifordun (Monskun) atası onun köhnə dostu olur.O öz nigahında xoşbəxt olmur.Buna görə də boşanır.Daha sonra o Aqnes Fleminqi  sevir. Lakin  iş üzündən başqa ölkəyə getməli olur.Rimdə xəstələnir və ölür.Onun birinci arvadı və oğlu vəsiyyətdən məhrum olma qorxusu ilə Rimə gəlirlər.Onlar atasını sənədlərini arasında mister Braunlounun ünvanına yazılmış bir konvertə rast gəlirlər.Bu konvertdə Aqnesə yazılmış məktub olur.Məktubda o Aqnesdən üzr istəyir və bunu müqabilində ona bir üzük və medalyon hədiyyə edir.Vəsiyyətnamə də isə birinci arvadına və oğlu Monska 800 funt miras qoyur.Qalanını isə həmin yazıq Aqnesə və onun doğulacaq körpəsinə qoyur.Şərt belə olur ki,əgər qız olarsa mülkiyyət dərhal ona qalacaqmış,yox əgər oğlan olsa o öz familyasına ləkə gətirməmiş halda bu mirasa sahib olacaqdı.
Monskun anası bu vəsiyyatnaməni yandırır.Məktubu isə Aqnesi biabır etmək üçün saxlayır.
Biabırçılıq üzündən Aqnesin atası familiyasını dəyişdirib iki qızı ilə yaşadığı yerdən qaçır.Sonra isə dünyasını dəyişir.Kiçik qızı Roz əvvəlcə kəndçilərin himayəsində qalır.Daha sonra isə missis Meyli onu övladlığa götürür.

18 yaşında Mosk anasını oğurlayıb qaçır,çirkin işlərlə məşğul olur.Anası isə sonra onu tapıb,bütün sirrləri ona deyir və ölür.Monsk isə öz qəddar planını hazırlayır.

Sübutlar nəticəsində Mister Braunlou Monksu  atasının arzusunu həyata keçirtmək üçün və bundan sonra başqa ölkəyə getməyə məcbur edir.

Bundan sonra Oliver öz xalası Roz və yaxınları ilə xoşbəxt həyat keçirir.
Sayks çox agır ölümlə ölür,Fecin isə tutulub ölüm cəzasına məhkum edilir.


Şərhlər:
Baxılıb: 705
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz