Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Görəsən, kişilər avtomobili yaxşı sürür, yoxsa qadınlar?
Görəsən, kişilər avtomobili yaxşı sürür, yoxsa qadınlar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1321
Səs ver:
Statistikaya görə, qadınlar xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər. Avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına görə qəza hallarının törədilməsi qadın sürücülərdə daha az baş verir. Xüsusilə, Azərbaycanda belə hallara, nadir rast gəlinir.

Mütəxəssislər hesab edirlər ki, kişilər qəzaların çoxunu öz qabiliyyətlərini və avtomobilin imkanlarını həddən artıq yuxarı qiymətləndirmələri ucbatından, habelə ehtiyatsızlıqdan və yol hərəkəti qaydalarına riayət etməmək səbəbindən törədirlər. Özü də qadın sürücülərdə insidentlərin səbəbləri çox vaxt həddən artıq ehtiyatlılıq, xırdaçılıq, öz imkanlarını hədsiz yüksək qiymətləndirmə və təcrübəsizlikdən olur.

Bəzən qadının daxilində baş qaldıran qorxu hissi onun səhv addım atmasına səbəb olur. Məsələn, qəzadan yayınmaq üçün sürəti artırmaq tələb olunduğu halda həmin qorxu hissinin ucbatından qadın əyləc pedalını basıb sürəti azalda və avtomobili dayandıra bilər.

Qadın sürücülər arasında keçirilmiş sorğu göstərir ki, avtomobilsürməni ərindən öyrənən və ilk dövrlərdə ərinin köməyi ilə avtomobili idarə edən qadınlar digər qadın sürücülərə nisbətən avtomobili daha yaxşı idarə edirlər. Belə ərlərin sayının çox olmasını istərdik.

Adətən, hamıya bir avtomobilin düşdüyü ailələrdə ər həyat yoldaşlarının avtomobili idarəetmə imkanlarına şübhə ilə yanaşır. Ona elə gəlir ki, avtomobilsürmənin bütün sirlərinə yalnız özü bələddir və həyat yoldaşının buraxdığı hər bir səhvə onun avtomobili idarə etməyə qadir olmamasının sübutu kimi baxır. Ər həyat yoldaşının avtomobili idarə edərkən buraxdığı səhvləri hər dəfə əsəbi tərzdə qabartdıqda, təbii ki, qadının avtomobili idarə etmək həvəsi yox olacaq. Əlbəttə, yaxşı olar ki, avtomobil sürməyi yenicə öyrənən, kifayət qədər sürücülük təcrübəsi olmayan və ərinin əsəblərinin möhkəmliyinə əmin olmayan qadın ilk dəfə avtomobili ərinin müşayiəti ilə sürməsin.

Belə halda, yaxşı olar ki, o, kifayət qədər sürücülük təcrübəsi olan rəfiqələrindən birini öz yanında olmaq üçün dəvət etsin. Nə qədər qəribə olsa da, qadınlar "ilk müəllim” qismində daha təmkinli və səbirli olurlar. Onlar özlərinin avtomobili idarə etməyi necə  öyrəndiklərini yaxşı xatırlayırlar, halbuki kişilər bu sahədə ilk addımlarını tez yaddan çıxarırlar.

Hətta qadınların sükan arxasına oturmasının qatı əleyhdarları olan ərlər də zaman keçdikcə həyat yoldaşlarının avtomobili idarə etməyi bacarmasının yaxşı hal olduğunu etiraf edirlər.

Uzaq şəhərətrafı səfərlər zamanı, xüsusən avtomobillərin yüksək sürətlə hərəkət etdiyi magistral yollarda heç də bütün ərlər sükanı həyat yoldaşlarına etibar etmirlər. Amma axşam qonaqlığında "boğazını yaşladıqdan” sonra kefi bir qədər yuxarı olan ərlər sərnişin oturacağında oturub sükanı məmnuniyyətlə həyat yoldaşlarına həvalə edirlər. Belə hallarda ərlər əmin ola bilərlər ki, qayğıkeş həyat yoldaşları onları evə sağ-salamat çatdıracaq.

Kişi və qadınların avtomobilsürmə tərzi müxtəlifdir, buna görə də onların avtomobili fərqli şəkildə idarə etmələrindən qıcıqlanmaq lazım deyil. Ümumiyyətlə, avtomobili eyni tərzdə idarə edən iki insan tapmaq mümkün deyil. Əgər kişi sükanı qadına etibar edirsə, bu fikirlə barışmalı və öz öyüd-nəsihətləri ilə onu qıcıqlandırmamalıdır. Bundan başqa, yaddan çıxarmaq olmaz ki, sürücünün yanındakı oturacaqda oturan sərnişinə yoldakı situasiya bir cür, sürücüyə isə başqa cür görünür. Sürəti artırmaq və ya öndəki avtomobili ötüb keçmək barədə məsləhətlər vermək yolverilməzdir. Yaxşı olar ki, qadın sürücünün buraxdığı səhvləri səfərdən sonra araşdırasınız, bunu sakit şəraitdə, səbirlə və əsəbiləşmədən etmək lazımdır.

Avtomobil məktəbinə ilk dəfə gedərkən, bəzənsə bundan da əvvəl kişi və qadınların avtomobilin idarə olunması ilə bağlı ruhi vəziyyəti bir-birindən fərqlənir. Kişilərin çoxu inanır ki, onda əsl sürücü  istedadı var, halbuki qadınların çoxu avtomobili idarə etmək məharətinə yiyələnəcəyinə o qədər də əmin olmur.

Əlbəttə, bu sahədə peşəkar olmaq heç də hamının alnına yazılmayıb, amma avtomobili təhlükəsiz idarə etməyi iradəli və inadkar olan hər kəs öyrənə bilər.

Sözün açığı, qadınları sükan arxasında görmək insanda xoş hisslər doğurur, kişi sürücülərdə olan eqoizm onlarda yoxdur. Çox qadın sürücü avtomobilinin sürətini azaldıb piyadaya yol verir, ona bacardığı köməkliyi edir. Bir sözlə, sükan arxasındakı qadınlara rəqib kimi baxmaq doğru olmaz.


Şərhlər:
Baxılıb: 1321
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz