Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ARDI VAR...
ARDI VAR...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 915
Səs ver:
http://imgs.su/tmp/1321343524-656.jpg
Hər gün ömürdən gedir, deyirlər. Doğrudur gedir.
Hər şey kimi. Saat kimi, uşaqlıq kimi, sağlamlıq kimi, gənclik kimi.
Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir - bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir və təkrar yola davam edir. Yaşadığımız zaman su kimi damla-damla süzülür ömrümüzdən. O da gedir bizim kimi.
Yolçuyuq...
Şair demiş, uzun, incə bir yoldayıq...
Yollar da gedir, insanlar da. İnsanlar da gedir, zaman da. Hami, hər şey harasa axıb gedir, çıxıb gedir.
Bir gün tükənəcəyini bildiyimiz ömür yaşayırıq. Bir gün harasa gedib çıxacağımızı bilmədiyimiz bir yolun yolçusuyuq hamımız. 
Yolçusu olduqumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, fərqli ağ-qara zolaqların izinə düşüb gedirik sanki.
Yüklüyük... 
Hamımızın yükü var bu yolda. Hərə daşıya biləcəyini daşıyır. Çəkə biləcəyini çəkir. Sürüyə biləcəyini sürüyür ardıyca... İnsaflılar da var - başqasının yükünün ucundan çəkib kömək etmək istəyənlər, insafsızlar da var - sənin gücündən və mərhəmətindən istifadə edib öz yükünü də sənə daşıdanlar. 
Beləcə baş alıb gedirik hərəmiz öz yolumuzla. Hərəmiz öz yükümüz - dərdi-sərimizlə... Yolun sonu müəmmalıdır. Hara çıxacağımız, harada tükənəcəyimiz qeybdir. Səssiz, izsiz qeyb."Bircə öldüyüm günü bilmirəm" deyən bizlər bircə öldüyümüz günü bilsək nələr olardı görəsən? Nə dəyişərdi həyatımızda, nə artırardıq yükümüzə, nə azaldardıq yükümüzdən, görəsən?
Bilsəydik... 
Yox, lap ciddi anlamda bilsəydik öləcəyimizi yükümüz nə olardı? Nəyi dərd edərdik özümüzə?
Nəyə sevinərdik, nəyə kədərlənərdik? 
Görəsən öləcəyimizin gerçəkliyini lap ciyərlərimizdə hiss etsəydik anlamını dəyişərdimi sevinclə kədər, xeyirlə şər? 
Güldüyümüzə hönkür-hönkür ağlayıb, ağladığımıza - özümüzə dərd etdiyimizə dodaqucu gülümsəyib keçə bilərdik mi? Baxış bucağımız dəyişərdimi həyata, insana, kainata? 
Görəsən anlayardıqmı ölümün ədalət tərəzisinin nə qədər dəqiq olduğunu? 
Ölümə gedən yolun yolçularının bir-birindən yalnız yük fərqi olduğunu? 
Harada dəfn edildiyinin - ya Fəxri xiyaban, ya da bir ucqar dağın yamacı - nə fərqi? 
Hər kəsin, hamının, hər birimizin eyni maddəyə - torpağa hopub çürüyəcəyimiz reallığını dərk edə bilərdikmi? 
Və üstəlik son deyil bu gerçək. Anlayardıqmı ki, yolun davamı var?
Səhifənin o biri üzündə.
Ardı var...


"
Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)." (Zəlzələ surəsi, ayə: 7-8)


Şərhlər:
Baxılıb: 915
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz