Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sükan arxasında qadın. Deyilənlər və həqiqət üz-üzə
Sükan arxasında qadın. Deyilənlər və həqiqət üz-üzə
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1768
Səs ver:
Bu gün cəmiyyətimizdə sükan arxasında əyləşən qadınların sayı getdikcə artmaqdadır. Bir neçə il bundan qabaq avtomobil sürən qadınlara tək-tək rast gəlinirdisə, indisə bu tam normal bir hala çevrilmişdir.

Bəs cəmiyyətimiz buna necə baxır? Avtomobil sürən qadınlara qarşı münasibət birmənalıdırmı? Sükan arxasında əyləşən qadın kişilərdə və qadınlarda özünə qarşı hansı fikri oyadır?
Bu suallara aydınlıq gətirmək üçün müxtəlif yaş qruplarından olan insanlara və müxtəlif peşə sahiblərinə suallar verdik.

Avtomobil sürən qadına qarşı münasibətiniz necədir?
Eldar Bayramov (52 yaş, BP-də sürücü) - Azərbaycanda ilk xanım sürücü Flora Kərimova olub, ondan sonra xanımlarımız da maşın idarə etməyə başlayıb. Buna pis baxmıram, hər bir qadının maşını olsa əla olar. Çünki marşrutlar, avtobuslar çox yararsızlaşıb. Avtomobil sahibi olmaq bir çoxlarımız üçün prestijdir. Ancaq bəzi xanımlar avtomobili bir aksessuar kimi qəbul edir, onu sırf həvəs etdikləri üçün, öz kaprizlərini ödəmək üçün alırlar. Bir də yol qəzalarını yaradanların çoxu kişi sürücülərdir, qadınlar isə onlara nisbətən az qəza törədirlər.

Hafiz Səlimov (55 yaş, tikinti şirkəti) – Qadın hara, maşın sürmək hara? Qadın xanım kimi əyləşməlidir və kişi onu lazım olan yerə aparmalıdır. Cavan qız oturub sükan arxasında, hər hansı oğlan da bunu görür, başlayır özünü göstərməyə. Və yaxud DYP saxlayır, qadın başlayır onunla çənə-boğaz olmağa. Maşındır, yolda xarab olur və qadın qalır yolda. Kişilərə isə bəhanə lazımdır ki, yaxınlaşıb "köməklərini” təklif etsinlər. Qadının maşın sürməyi bizim milli mentalitetimizə uyğun deyil. Olmaz!

Aynurə  Ağakişiyeva (24 yaş, tələbə) – Tam normal hal kimi baxıram. Düzdür, hal-hazırda pis baxanlar da çoxdur. Amma qadın avtomobildən öz rahatlığı üçün istifadə edirsə, burada pis heç nə yoxdur. Bacarırsa, sürə bilər.

Asif  Bünyadov (27 yaş, marketinq  menecer) – Məntiqlə düşünəndə burada heç nə yoxdur. Amma biz kişilərdə sükan arxasında qadın deyilən kimi ilk ağıla gələn seks olur. Və belə qadına ilk baxışdan "barmaq arası” baxırıq.

Aysel Babayeva (33 yaş, evdar qadın) – Mən artıq 8 ildir ki, ailəliyəm. Avtomobili mənim üçün yoldaşım alıb ki, uşaqlarımızın və mənim rahatlığımı təmin etsin. İlk vaxtlar ailəm və yoldaşımın ailəsi, xüsusilə qayınanam bundan məmnun olmasa da, zamanla öyrəşdilər.
Keçirilən sorğu zamanı məlum oldu ki, buna normal baxan və baxmayanlar da var. Bəzi qadınlar öz qızlarının maşın sürməyindən fərəhlənsələr də, gəlinlərinə heç vaxt icazə verməyəcəklərini dedi. 20-30 yaşlı gənc oğlanlarımızın çoxu bunu normal qəbul eləsə də, pis baxanlar da az deyildi. Həmçinin paxıllıq nöqteyi-nəzərdən yanaşanlar da oldu. Orta nəslin nümayəndələri isə müəyyən müsbət və mənfi cəhətlərini izah edərək birmənalı yanaşmadı.

Bizi daha çox maraqlandıran isə bahalı maşınlar sürən xanımlar haqqında çox pis fikirlərin formalaşması oldu. Bəzən onların adı pis yolda olan xanımların adı kimi çəkildi. Və bəzən elələri də olur ki, üzdə gülsələr də, arxada həmin qadın üçün min cür söz söyləyir.

Həqiqət budur, yoxsa qadınların uğurları həzm olunmur?
"Etiraf edək ki, bu günün özündə cəmiyyətdə bir qisim kişilər əks cinsin uğurlarını qəbul edə bilmir. Bu isə yersiz söz-söhbətlərin ortaya çıxmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, idarəetmə prosesində qadınlar heç də kişilərdən geri qalmırlar. Hətta elə sahələr var ki, orada xanımların rəhbərlik etməsi işin uğuruna səbəb olur. Sadəcə, bizdə illər ərzində formalaşan fikir ondan ibarət olub ki, avtomobili xanım yox, kişi sürməlidir. Ancaq biz inteqrasiya prosesini yaşayırıq. Bu prosesdən kənarda qalmaq qeyri-mümkündür. Ona görə də zaman bu fikrin heç də doğru olmadığını ortaya qoydu. Düşünürəm ki, bir müddətdən sonra xanımlara qarşı olan mənfi düşüncələr ortadan qalxar. Çünki avtomobil idarə edən, müəssisə idarə edən xanımların sayı bu gün cəmiyyətimizdə sürətlə artır. Bu artım isə söylənən əsassız fikirləri sıradan çıxaracaq. Xanım da kişi kimi çalışa, cəmiyyətə faydalı ola bilər. Sadəcə bunu qəbul etmək böyüklüyündə olmaq lazımdır. Bu gün cəmiyyətdə yolunu azmış qadınların olması da danılmaz faktdır. Və bütün bunları birləşdirib bütün qadınların adına ləkə gətirmək düzgün mövqe deyil.”  Bu psixoloq Elnur Rüstəmovun fikirləridir.

Qadınlar hər bir sahədə uğur qazana bilərlər. Sadəcə istəmək lazımdır. Cəmiyyət isə buna qarşı çıxmaq əvəzinə, qadınlarımızı dəstəkləməlidir. Yetər ki, bu yolda öz ləyaqətlərini unutmasınlar. Pul onları azğınlaşdırmasın.


Şərhlər:
Baxılıb: 1768
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz