Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları yola gətirmək üçün məsləhətlər
Qadınları yola gətirmək üçün məsləhətlər
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 13330
Səs ver:
Kişilər qadınlara qarşı hansı xırdalıqlara daha çox nəzər yetirmək məcburiyyətində olduqlarını bilirlər lakin, nadir hallarda teoriyadan praktikaya keçid verməyi bacarırlar. Buna baxmayaraq bu xırdalıqlar qadınlar üçün olduqca əhəmiyyətlidir.

Çalışın aşağıda sadalanan məsləhətlərdən faydalanın.

    Evə döndüyünüz zaman ilk öncə onu qucaqlayın daha sonra işlə məşğul olun.
    Günün necə keçdiyini soruşun, bir necə müəyyən suallar verin.
    Qulaq asmağı və sual verməyi öyrənin.
    Problemlərini həll etmək üçün yalnız sözlərlə kifayətlənməyin.
    Ona müəyyən vaxt ayırıb diqqət yetirin (fikrinizi ona cəm edərək).
    Bayram günlərində olduğu kimi adi günlərdə də güllər verin.
    Birgə işlərinizi əvvəlcədən planlaşdırın.
    Əgər onun nahar hazırlayarkən yorğunluğunu görürsünüzsə bu zaman ona bu işdə yardımçı olun.
    Ona komplimentlər söyləyin.
    Əgər onun məyus olduğunu görərsənizsə, hisslərinə hörmətlə yanaşın.
    Ev işlərində ona yardımçı olun.
    Onu tələsməyə vadar etməyin (xüsusən də harasa getməyə hazırlaşırsınızsa).
    Əgər siz gecikirsinizsə bunu ona bildirin.
    Xahişinə cavab olaraq könlünə dəymədən ya "bəli” ya da "xeyr” cavabını verin.
    Əgər siz onun qəlbinə dəymisinizsə, bunun sizin günahınız olmadığını deməyin. Deyin: "Bağışla xətrinə dəymək istəmədim”.
    Əgər siz tənha qalmaq istəyirsinizsə bunu ona bildirin.
    Əgər siz soyuq münasibətdəsinizsə sizi narahat edən problemləri müzakirə edin.
    Əgər sizinlə danışırsa bu zaman oxuduğunuz qəzeti kənara qoyun və yaxud da baxdığınız televizordan üzünüzü ona tərəf çevirin.
    Əgər adətən qab-qacaq yuyursa, arabir ona öz xidmətlərinizi təklif edin (əsasən də yorğun olarsa).
    Əgər onun nədənsə pərişan olduğunu görürsünüzsə onu narahat edən səbəbləri soruşun.
    Evdən çıxarkən nəyinsə almaq lazım olduğunu soruşun və tapşırıqlarını yerinə yetirməyi unutmayın.
    Harasa getməyə hazırlaşırsınızsa bu barədə ona bildiriş verin.
    Heç olmasa gündə üç dəfə onu oxşayın.
    İşdən ona zəng edib hal-əhvalını öyrənin və yaxud da sadəcə olaraq "mən SƏNİ sevirəm” deyin.
    Gündə bir dəfədən az olmayaraq ona: "Səni sevirəm deyin”.
    Öz yataq otağınızda səliqə-səhman edin.
    Zibil qutusunu özünüz atın.
    Gələcəkdə ezamiyyətdə olduğunuz zaman qaldığınız yerin telefon nömrəsini ona bildirin ki, sizinlə əlaqə saxlaya bilsin.
    Bir yerdə vaxt keçirəcəyiniz otaqda səliqə-səhman edin.
    Ona xoş gələn odekolondan istifadə edin.
    Əgər xətrinə dəyiblərsə onun rəyi ilə razılaşın.
    Onu masaj etməyi təklif edin.
    İntim əlaqəni işarə etmədən bəzən onu sığallayın.
    Onun hekayələrini dinləyərkən səbirli olun.
    Sizinlə hər hansı bir proqrama birgə baxdığı zaman digər proqrama keçid verməyin.
    Ona kollektiv içində incəlik göstərməkdən çəkinməyin.
    Əgər siz onun əlindən tutmusunuzsa öz əlinizin boşalmasına və iradəsiz olmasına yol verməyin.
    Onun hansı içkini sevdiyini yadda saxlayın ki, daha sonra ona bu içkini təklif edəsiniz.
    İstirahət üçün məsləhət gördüyünüz bir necə yeri ona təklif edin.
    Teatra, konsertə və onun xoşuna gələn başqa yerlərə getmək üçün bilet alın.
    Onun geyim imicinin dəyişməsinə təbii yanaşın.
    Cəmiyyət içində ona digərlərindən daha çox diqqət yetirin.
    Qoy o sizin üçün uşaqlardan da vacib olsun.
    Ona cüzi hədiyyələr verin.
    Ona geyim hədiyyə edin.
    Öz kitabçanızda onun şəklini saxlayın və çalışın ki, o bunu bilsin.
    Əgər onunla bir oteldə qalarsınızsa, ona şampan qədəhi təklif edin.
    Onunla bağlı olan əlamətdar günləri və illəri unutmayın.
    Əgər onu maşında aparırsınızsa maşını təhlükəsiz və yavaş sürün.
    Onun əhval-ruhiyyəsinə nəzər saldıqdan sonra deyin: "Sən bu gün sevincli görünürsən” və ya "Nədənsə qəmginsən. Nə isə baş verib?”.
    Əgər siz hər hansı bir yerə gedirsinizsə yadda saxlayın ki, yolu itirməyinizə cavabdeh sizsiniz.
    Ona rəqs etməyi təklif edin.
    Ona şer yazın.
    Özünü ilk tanışlıqdakı kimi göstərin.
    Uzun sürən qəzet oxunuşundan sonra onu maraqlandıra biləcək hər hansı bir məqaləni onunla müzakirə edin.
    Qapını açarkən ilk olaraq ona yol verin.
    Onun hazırladığı naharı tərif edin.
    O sizinlə söhbət edərkən nəzərinizi ondan yayındırmayın.
    Söhbət əsnasında onun incə əllərinə toxunun.
    Gün ərzinə onun nə ilə məşğul olduğu barədə maraqlanın.
    Ona qulaq asarkən söhbətin maraqlı olduğunu ona bildirin.
    Ondan soruşun: "Özünü necə hiss edirsən?”.
    Əgər o yorulubsa ona kofe hazırlayın.
    Yatmağa gedərkən eyni vaxtda gedin.
    Qapıdan çıxmazdan öncə onu öpməyi unutma.
    Onun zarafatlarına gülün.
    Onun sizə etdiklərinə görə öz minnətdarlığınızı bildirin.
    Onunla ikilikdə qalmaq üçün vaxt ayırın.
    Onsuz darıxdığınızı ona bildirin.
    Onun sevdiyi şirniyyatları alın.

        Beləliklə də xırdalıqlara nəzər yetirdikdə qadınlar özlərini sevimli olduqlarının hiss edib, sizə daha çox diqqət yetirməyə başlayırlar. Kişilər üçün də bu xırdalıqlar böyük əhəmiyyət kəsb edir – o özünü daha güclü hiss edir və sevgisinə inanır. Bu xırdalıqları unutmayın!
       Qadınlar – Siz də öz növbənizdə sizi qarşı olan belə bir münasibətə qarşı öz minnətdarlığınızı bildirməkdə xəsislik etməyin! Sizin gülüşünüz və minnətdarlığınız biz kişilər üçün böyük əhəmiyyət kəsb edir.


Şərhlər:
Baxılıb: 13330
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz