Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tatuaj haqqinda
Tatuaj haqqinda
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 4386
Səs ver:
http://imgs.su/tmp/1320392840-656.jpg

Döymə Cahiliyyə dövrü ərəblərində məşhur və yayğın bir hal idi. Bəzək kimi istifadə edilirdi. Hətta sitayiş etdikləri bütün şəklini belə bədənlərinə çəkdirənlər olurdu.

Qədim Trakyada doyməni əsilzadələr elətdirirdilər, Qədim Yunanıstanda isə döymə əxlaqsizlıq rəmzi idi. Xristianlar arasında da döyməni Qüdsə həccə gedənlər elətdirirdi.

Qədim zamanlardan bugünə qədər döymə adəti davam etməkdədir.

Döymə donuz ya da balıq ödü, his qarası və ya küncüd yağı kimi maddələrlə edilir. Döymə zamanı ağrı hissedilir və o yer yara olur. Yaranın üstünə istənilən rənglər sürtülüb bağlanır. İynənin ağrısından sonra yaranın ağrısı başlayır. İynənin yeri şişir və iltihablanır. İltihab keçdikdən sonra yara qabıq bağlayır. Əziyyətli bir proses olan döymə həm Allahın verdiyi cana əziyyət etmək baxımından, həm də onun gözəl olaraq yaratdığını pozmaq yönündən xoş olmayan bir əməldir. İnsanları bu pis əmələ təşviq edən, həvəsləndirən şeytandır. Belə ki, Quran-Kərimdə belə buyurulur: “Şeytan dedi: “Əlbəttə ki, mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam, onları hökmən doğru yoldan sapdıracağam, puç xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm.” Allahı atıb Şeytanı özünə dost tutan şəxs əlbəttə ki açıq-aşkar ziyana uğramışdır” (ən-Nisa, 118-119).

Peyğəmbər (s) belə deyib: “Allah təala döymə edən və etdirən, qaşlarını incəldən və gözəllik üçün dişlərini yondurub Allahın yaratdığı şəkli dəyişdirən qadınlara lənət etmişdir”.

Bəzi alimlər döymə etdirməyi böyük günahlardan saymışdır. Çünkü lənət edilən bir əməl çox pis bir əməldir. Burada qadınların qeyd edilməsi onların daha çox döymə elətdirməsindən qaynaqlanmaqdadır. Qadağan hər kəs üçün qadağandır. Kişi və qadın fərqi yoxdur. Bu qadağanın belə şiddətli olmasının səbəbi isə Allahın yaratdığını bəyənməyib onu dəyişməyə çalişmaqdır.

Bugün, xüsusən qadınların dodaqlarına, qaşlarına və bədənlərinin müxtəlif yerlərinə döymə elətdirmələri də bu səbəbdən dinimizə görə qadağandır.

Əgər bunu bilmədən bir müsəlman döymə vurdurmuşdursa, əməliyyatla bu döymənin təmizlənməsi mümkündürsə, təmizlətdirməlidir. Müsəlman olan kəs İslamı qəbul etməmışdən qabaqkı günahları üçün hesaba çəkilməz. Yəni, döymə vurdurmaq gunah sayılsa da günah olduğunu bilmədən etdirdiyi üçün Allah onu bunun üçün hesaba çəkməz.

“Döyməsi olanların namazları keçərli olmaz” deyənlər isə namaz üçün dəstəmaz alınan zaman döymə olan yerlərdə dəriyə su keçməyəcəyi ehtimalına əsasən bu sözü deyirlər ki, bu da doğru deyildir. Çünkı, döymə dərini altında yer alır. Dəstəmaz və qüsl zamanı isə dərinin altı yox üstünü yumaq vacibdir. Buna görə onun üstünün yuyulması yetərlidir. Dəstəmaz da qüsl də qəbul olar


Şərhlər:
Baxılıb: 4386
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz