Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanımların avtomobil maraqları
Xanımların avtomobil maraqları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2185
Səs ver:
Tarixən vəziyyət elə gətirib ki, avtomobil sənayesi öz yaranışına və inkişafına görə kişilərə minnətdardır. Həqiqətən onlar hər cür tərifə layiqdirlər! Amma 20-ci əsrin sonlarında bu çətin işə öz töhfələrini verməyə başlayan qadınlar indi sırf kişi sahəsi sayılan avtomobil sənayesində liderlik etməyə ciddi surətdə can atırlar.

Son vaxtlar "qadın avtomobili” məfhumu barədə getdikcə daha çox danışılır. Əziz oxucular, nədən biz də bu müzakirələrə qoşulmayaq? Biz kimin hansı avtomobilə üstünlük verdiyi və nə üçün məhz onu seçdiyi barədə geniş mülahizələr irəli sürməyəcəyik. Sadəcə olaraq gəlin baxaq görək, qadınlar avtomobili necə təsəvvür edirlər və kişilərin fikrincə avtomobil necə olmalıdır.

Tarixə səyahət
Doğrusu, avtomobillərin mövcud olduğu bütün tarix boyu onların yaradıcıları ara-sıra qadın mövzusuna üz tutublar.

Belə bir versiya mövcuddur ki, dünyada ilk üstübağlı "kupe” kuzovu 20-ci əsrin əvvəlində Fransada məhz qadınların maraqları naminə düzəldilib. Bu avtomobilin telefon köşkünü xatırladan dizaynı çoxlarında təbəssüm doğururdu. Əvəzində bu cür konstruksiya xanımların şlyapalarını və saç düzümlərini küləkdən qoruyurdu.

İkinci Dünya Müharibəsindən sonra Almaniyada Volkswagen 1200 (məşhur "böcək”) peyda oldu. Bu avtomobil ona verilmiş "xalq avtomobili” adını tam doğrultdu: öz konstruksiyasına, habelə idarəetmə və nəzarət elementlərinin yerləşməsinə görə Volkswagen hətta texniki məsələlərdə təcrübəsiz sürücü üçün də ideal variant idi.

Bu avtomobil manevrli olduğuna, eləcə də nə çox uzun, nə də çox qısa olmadığına görə qadın sürücülər hətta yolda ən gərgin hərəkət rejimində belə onu idarə edə bilirdilər. Odur ki, xanımlar bu rahat və sadə avtomobilin sükanı arxasına həvəslə keçirdilər. Həm də populyar "böcəyin” qiyməti çoxları üçün münasib idi. Digər tərəfdən, yaxşı gəlirləri olan bir çox qadınlar "böcəyin” onlar üçün çox sadə olduğunu düşünürdülər. Buna görə də onlar daha cazibədar və əzəmətli Export avtomobilinə üstünlük verirdilər. Bu, etibarlılığına görə "böcəkdən” heç də geri qalmayan avtomobil idi.

Avtomobilqayırma tarixində bir çox maraqlı hadisələrə təsadüf edilir ki, onlardan biri də qadın avtomobil ilə bağlıdır. Adətən avtomobil modellərinə kişi adı verirlər. Amma sözün əsl mənasında ilk "qadın avtomobili” adlandırıla bilən modelə sü adı verilmişdi. Bu avtomobilin tarixçəsinə qısaca nəzər salaq.

50-ci illərin əvvəllərində yeni avtomobilin seriya ilə buraxılışından əvvəl Karl Borqvarddan (o, eyni adlı alman kompaniyasının rəhbəri idi) soruşdular ki, radiator barmaqlığında hansı adı yazsınlar. Bu suala onun cavabı çox qılsa oldu: "Mənim üçün fərqi yoxdur.

Deyək ki, onu Isabella adlandırın”. O, bu sözlərini mətbuat konfranslarında da təkrarladı və qəzetlərin çoxu öz məqalələrinin başlıqlarında Isabella adından istifadə etdilər. 1957-ci ildə bu avtomobilin yaraşıqlı "bacısı” – Isabella Coupe modeli peyda oldu və tezliklə hər bir qadının arzusuna çevrildi. Bu avtomobilə tələbatın böyük olması təkcə onun xarici görünüşü ilə deyil, həm də çox asan idarə olunması ilə əlaqədar idi.

Avtomobilin layihələşdirilməsi mərhələsində Borqvard qadınların məsləhətlərinə qulaq asdı. Bu məsləhətlər, məsələn, salonun örtüyündə, bağlanan əlcək bölməsində (qadınlar çantalarını rahatca oraya qoya bilərdilər) və avtomobilin rəng çalarlarının seçilməsində öz əksini tapdı. Bütün bu detallar avtomobilin satışlarında mühüm rol oynadı. Bundan başqa, qadın sürücülərdən xahiş edildi ki, yeni sükanı sınaqdan keçirərək onun barəsində, eləcə də sürücünün oturacağı və görmə diapazonu barəsində, habelə əyləclərdən istifadə barəsində fikirlərini bildirsinlər.


Şərhlər:
Baxılıb: 2185
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz