Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən çox ərə gedən qadını
Dünyanın ən çox ərə gedən qadını
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 2118
Səs ver:
Qadinlar.biz dünyanın qeyri-adi adamları haqda maraqlı faktları təqdim edir.
 
1. Dünyanın ən çox ərə gedən qadını
Linda Volf dünyanın ən çox ərə gedən qadını sayılır. Ərlərindən ikisi homoseksual, ikisi evsiz, biri işgəncə verən, biri soyuducunu qıfıllayan idi. Amma o yorulmadı, hələ də ər axtarır. Nikah masasına 23 dəfə oturan amerikalı nənə bu yolla dünyanın ən çox ərə gedən qadını oldu və Ginnesin Rekordlar Kitabına düşdü. İngiltərənin "Teleqraf” qəzetinə danışan 68 yaşlı qarı 24-cü ərini axtardığını deyib. Linda birinci dəfə 16 yaşında ərə gedib. İlk evliliyi 7 il sürüb. Bu onun ən uzun və ən xoşbəxt ailə həyatı olub. Onun ərləri arasında tək gözlü bir məhbus, bir vaiz, barmenlər, ticarətçilər və musiqiçilər də olub. Lindanın hətta bir nikahının ömrü 36 saat olub. Linda nənə Cek Qurley adlı bir kişi ilə 3 dəfə evlənib. 23 evlilikdən 7 uşağı olan Linda bir neçə uşağa ögey analıq da edib. Lindanın sonuncu əri 10 il əvvəl evləndiyi Qlin Volf olub. Bir il sonra ölən Qlin dünyanın ən çox evlənən kişisi idi. Lindadan fərqli olaraq o 29 dəfə bəy kostyumu geyinmişdi.

2. Dünyanın ən çox sosiskalı sendviç yeyən adamı: Coy Çestnat
Nyu-Yorkda keçirilən yarışmada 10 dəqiqə ərzində 68 sosiskalı sendviç yeyərək öz rekordunu təzələyən Coy bu proses zamanı təxminən 19 min kalori alıb. Bu yarışma hər il keçirilir.

3. Dünyanın ən tüklü qızı: Supatra Sasuphan
Onu "canavar qız” da adlandırırlar. Tailanda yaşayan 11 yaşlı qız Ginnesin Rekordlar kitabına məhz tüklü olması ilə düşüb. Supatra deyir ki, məktəbdə onunla çox pis rəftar edirdilər. Elə ki, Rekordlar kitabına düşdü, məşhurlaşdı, ona münasibət də dəyişdi. Hipertrixoz və yaxud qulyabanı xəstəliyinə dünyada yaxalanan çox az adam var. Supatranın üzü, qolları, qulaqları, ayaq və kürəyi tüklərlə doludur. Lazer müayinəsi də tüklərin uzanmasının qarşısını ala bilmir. Xəstələrin çoxu təcrid olunmuş halda yaşamağa məcburdurlar. Amma Supatra özündə cəsarət taparaq, digər xəstələrə nümunə olacaq tərzdə cəmiyyətə qaynayıb-qarışır. "Mənə meymunsifət deyərək məzələnən çox adam var idi. Amma indi etmirlər belə şey. Onlar da alışıb mən də alışmışam. Ümid eləyirəm bir gün bunun müalicəsi tapılacaq

4. Dünyanın ən yaşlı anası: Adriana İliesku

Adriana İliesku 66 yaşında ana olmuş qadındır. Fotolarına baxanda adamlar onların ana-bala yox, nənə-nəvə olduqlarını düşünürlər.

5. Dünyanın ən çox pirsinq taxan qadını: Eleyn Devidson

Braziliyadan olan tibb bacısı Eleyn Devidson dünyanın ən çox pirsinqinə sahib olan qadındır. Onun bədənində 6 min 925 ədəd metal pirsinq var. Üz nahiyəsinə 192 pirsinq düşür. Devidson ilk rekordunu 2000-ci ildə qırıb. O vaxt cəmi 462 pirsinqi varmış. Yavaş-yavaş artırıb və 6000-i keçib. Pirsinqlərin 1500-ü bədənin içində, qalanı isə xaricindədir. Bir sözlə, artıq bu qadın adamlıqdan çıxıb, nə isə başqa bir məxluqa oxşayır.


Şərhlər:
Baxılıb: 2118
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz