Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana qarğışı
Ana qarğışı
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 1659
Səs ver:
Sizinlə eşitdiyim və yaşadığım bir anı bölüşmək istəyirəm. Bir ana övladına necə qarğış edə bilər? Bu sual neçə gündür ki, məni düşündürür. Doqquz ay bətnində daşıyır, boya-başa çatdırır, özü ac qalır, övladını yedizdirir, o ağlayanda tez yanına qaçır, ona laylay deyir, böyüyəndə isə ona qarğış edir. Övladın günahı olmadan qarğışlandı. Heç xəbəri belə yoxdur ki, doğma anası ona qarğış edib. Görəsən, mənim yerimə övladı bu qarğışı eşitsə idi nə edərdi?

O, balaca ikən yıxılanda onu sakitləşdirən ana sən deyildinmi? İndi isə qarğış edirsən. O, sənin yeganə övladındır. Bunu heç düşündünmü? Ona nəsə olsa, sən  nə edəcəksən? İşləyir, alın təri ilə pul qazanır, anası ac qalmasın deyə. Sadə bir şeyə görə ona qarğış etməyə dəyərmi? Qəzəblə deyilən qarğışın real olacağını düşünmədinmi? "Qarğışın iki başı var" deyə eşitmişəm. Qarğışdan qorxmaq lazımdır. Çünki qarğışın ahı  göyə gedir.

"Səni evə sağ qayıtmayasan, yarı yolda səni maşın vursun”. Bir ana bu sözləri övladına necə deyə bilər axı? İlk olaraq sən anasan. Heçmi ürəyin sızlamadı?

Bu sözləri öz qulaqlarımla eşidəndə nə hisslər keçirdiyimi sizlərə deyə bilmərəm. "Elə deməyin günahdı" dedim, amma yenə də o sözləri eşitdim: "Görüm onu evə sağ qayıtmasın, yarı yolda onu maşın vursun”. Bir neçə dəfə təkrarlanan sözlər ürəyimə qəribə bir ağrı verirdi, ananın yerinə mənim ürəyim ağrıyırdı. Ağlıma belə gəlməzdi ki,  bir ana övladına, öz doğmaca övladına qarğış etsin. Bir neçə gündü bu sözlər mənim qulağımda cingildəyir. Bəlkə də ana öz qarğışını unudub, amma mən unuda bilmirəm.

Bir çox insanlar övlad həsrəti çəkir, neçə il övlad gözləyir, sən isə öz övladını qarğışınla öldürmək istəyirsən. Heçmi ürəyində Allah qorxusu yoxdur? Allahın qəzəbinə səbəb olmaqdan heçmi qorxmadın? Birdən övladına nəsə olsa, heçmi  vicdan əzabı çəkməyəcəksən? Axşam işdən evə gec gələndə "Oğlum haradadır?" deyə fikirləşməyəcəksənmi? Onun telefonuna zəng çatmayanda heçmi ürəyin sızlamayacaq? Sən anasan, qarğış edəndə ürəyin sızlamadı, mənim ürəyim sızladı, həm də çox.

Siz bir ananın qarğışını eşitsəniz, nə edərsiniz? Mənə çox pis təsir etdi. Ananın qarğışını ürəyimdə saxlaya bilmədim, bacarmadım. İndiyə kimi də ürəyim sızlayır. Axı ana öz doğma övladına necə qarğış edə bilər?


Şərhlər:
Baxılıb: 1659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz