Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycandakı kişi ginekoloqlar - araşdırma
Azərbaycandakı kişi ginekoloqlar - araşdırma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1809
Səs ver:
Bakıdakı Doğum evlərinin birində ən çətin doğuşu məhz kişi ginekoloqa etibar edirmişlər...

Azərbaycanda bəzi peşələr qadın peşələri sayılır ki, bu sıraya ginekoloq da daxildir. Cəmiyyətimiz  ginekoloqun yalnız qadınlar olmasına öyrəşib desək, yəqin yanılmarıq. Bəlkə də bu, mentalitetdən irəli gələn düşüncə tərzidir. Amma deyəsən artıq bir çox xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da ginekoloq peşəsi qadınların "inhisarından” çıxır. Məsələ burasındadır ki, son illər ölkəmizdə xeyli peşəkar kişi ginekoloq yetişib. Bəli, məhz kişi ginekoloq. Araşdırmalarımız göstərir ki, Bakıdakı kişi ginekoloqlara müraciət edən qadınların da sayı kifayət qədər çoxalıb və doğuşunu onlara etibar edən zərif cinsin nümayəndələri az deyil.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2011-ci ilin sonuna Azərbaycandakı tibb müəssisələrində 2148 nəfər ginekoloq fəaliyyət göstərib. Bu, hər 10 min nəfər qadına 4,7 ginekoloqun düşməsi deməkdir. Amma açıqlanan rəsmi statistikada ginekoloqlardan neçə nəfərinin qadın, neçəsinin isə kişi olduğu göstərilməyib.

Bununla belə ayrı-ayrı tibb müəssisələri üzrə apardığımız kiçik araşdırma kişi ginekoloqların sayının artdığını deməyə əsas verir. Bir sözlə, Azərbaycanda ginekoloqluq ənənəvi qadın peşəsi statusundan çıxmaq üzrədir.
Baxmayaraq ki, həm bu peşəni seçmək istəyən, həm də artıq bu sahə üzrə fəaliyyət göstərən kişilər çox zaman qınaq obyektinə çevrilir. Çoxları düşünür ki, kişi hara, ginekoloq hara, Azərbaycan kişisi qadına doğuşda necə kömək edə bilər? Halbuki, artıq bu suallara "ola bilər!” deyə cavab verən kişi ginekoloqlarımız var.
Azərbaycanda kişi ginekoloqlara münasibət birmənalı deyil. Nizami rayonu ərazisindəki 7 saylı Doğum Evinin tanınmış ginekoloqu Rafiq Hüseynov belə deyir. Onun özü isə burada qeyri-adi heç nə görmür. Maraqlıdır ki, Rafiq müəllimin qardaşı Sahib Hüseynov da ginekoloq ixtisası üzrə təhsil alıb. Doktor Sahib Hüseynov Nizami rayonundakı 8 saylı Qadın məsləhətxanasının tanınmış ginekoloq həkimlərindən sayılır. Hər iki qardaşın kifayət qədər pasiyenti olur. Qadınlar bu kişi ginekoloqlara müraciət etməkdən artıq çəkinmirlər.

Uzun müddətdir 7 saylı Doğum Evində həkim-ginekoloq kimi çalışan Rafiq Hüseynov həm də bu  tibb ocağında ultrasəs müayinə (USM) üzrə ən yaxşı mütəxəssis sayılır. Öyrəndik ki, bətnindəki körpənin necə inkişaf etdiyini öyrənmək istəyən, dölün cinsini qabaqcadan dəqiqləşdimək arzusunda olan hamilə qadınların çoxu ultrasəs müayinə zamanı məhz Rafiq Hüseynova müraciət edirlər. Bundan başqa, bir çox hallarda 7 saylı Doğum Evində çətin doğuşları da Rafiq həkimə etibar edirlər.
8 saylı Qadın məsləhətxanasının həkim-ginekoloqu Sahib Hüseynovun qadın pasiyentləri az deyil. O, indiyədək müxtəlif qadın xəstəliklərindən əziyyət çəkən yüzlərlə zərif cinsin nümayəndəsini müalicə edib. Hazırda da bu istiqamətdə işini davam etdirir.
 
Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, hazırda burada ginekoloq ixtisası üzrə xeyli oğlan təhsil alır.

Həkim-ginekoloq işləyən Ramin Salahov da vaxtilə bu peşəni seçərkən nə zamansa qınaq obyekti ola biləcəyini göz önünə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş R.Salahov 2004-cü ildə Türkiyə Cümhuriyyətində İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Qadın Xəstəlikləri və Doğum bölümünə daxil olub. 2009-cu ildə həmin universiteti uzmanlıq dərəcəsinə layiq olaraq bitirib. Hazırda Mərkəzi Klinik Xəstəxanada "Qadın Mərkəzi”nin həkimidir.

Tibb elmləri namizədi Fikrət Müsəvi də həkim-ginekoloq olub. 1974-cü ildə ATU-ni bitirib, 5 saylı Doğum evində subordinatura keçib. Sonra 1 saylı Doğum evində həkim kimi işləyib. 1976-78-ci illərdə Sumqayıt şəhərinin Doğum evində mama-ginekoloq işləyib, Tibb texnikumunda ixtisası üzrə pedaqoji fəaliyyət də göstərib.
1978-1981-ci illərdə Mərkəzi Həkimləri Təkminləşdirmə İnstitutunda (Moskvada) aspiranturada oxuyub, namizədlik dissertasiyası müdafiə edib. Sonralar Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunda şöbə müdiri olub.

Qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyəti hələki kişi ginekoloqu tam qəbul etməyib. Aparılan sorğular da göstərir ki, əksər kişilər heç bir halda həyat yoldaşlarının kişi ginekoloqa müraciət etməsini istəmirlər.
"Milli mentalitet buna yol vermir. Həyat yoldaşına hörmət edən qadın kişi ginekoloqa müraciət etməz”-deyə onlar vurğulayırlar.

Elə qadınların da çoğluğu belə düşünür. Çoxluq kişi ginekoloqa müraciət etməyə utandıqlarını deyir. Digər tərəfdən, qadınlar əziyyət çəkdikləri xəstəlik və onun simptomları haqda qadın ginekoloqla daha rahat şəkildə danışa bildiklərini vurğulayırlar. Deyirlər ki, kişi həkimlə bu barədə danışmağa çəkinirlər.

Amma mentaliteti düşünüb, sağlamlığı ikinci plana atan qadınları qınayan xanımlar da az deyil. Belələrinin fikrincə, əsas məsələ həkimin qadın və kişi olması deyil,onun peşəkarlığıdır.


Şərhlər:
Baxılıb: 1809
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz