Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pozitivlik və xoşbəxtlik nədir
Pozitivlik və xoşbəxtlik nədir
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 2213
Səs ver:
"Xoşbəxtlik nədir?" deyə soruşsam, əminəm hər kəs fərqli cavablar verər.
Doğrudur, bu anlayış adamdan adama dəyişir. Çünkü hər kəsin sahib olduğu şeylər və ya gözləmələri fərqlidir. Misal üçün: Bülbülü qızıl qəfəsə qoymuşlar "ah vətən, ah vətən" deyərmiş. Onun istəyi, onu xoşbəxt edəcək şey, azad yaşadığı mühitdi.
Evindən qısa müddətlik də olsa, ayrı qalan bir uşağın, ya da gəncin xoşbəxtliyi, ana-atasına, qardaşlarına qovuşmasıdır.
Bir körpə üçün xoşbəxtlik anasının şəfqətli qucağıdır.
Bir aşiqin xoşbəxtliyi sevdiyinə qovuşmasıdır.
Ananın xoşbəxtliyi yoldaşının onu sevməsi, qoruması, əl üstündə tutmasıdır.
Bir xəstənin xoşbəxtliyi, yaxşılaşıb sağlam yaşamasıdır.
Istəsək, bu nümunələr daha da çoxaldıla bilər. Bir çox şey insanı xoşbəxt etməyə yetər. Böyük şeylərlə hər kəs xoşbəxt olar, əhəmiyyətli olan kiçik şeylərdən xoşbəxt ola biliriksə nə xoş bizə.
Məsələn, özümüzdən çox qarşımızdakını xoşbəxt edə biliriksə, onda halal olsun bizlərə .

Xoşbəxtlik harada başlayır?
Mənə görə ürəkdə və gözlərdə başlayır və sanki yoluxucudur. İnsan şirin-şirin baxan gözlərdən, arxasından edilən bir neçə gözəl sözdən təsirlənməz mi?
Xoşbəxtliyin birdə ayrılmaz parçası vardır - Pozitivlik. Xoşbəxt olmaq və müsbət olmaq bir-birlərindən ayrılmayan anlayışlardır. Müsbət olan kəslər ümumiyyətlə xoşbəxtdir, xoşbəxt olanlar da həyata həmişə müsbət baxarlar ətraflarında sevilib sayılırlar.

Bütün bunlar xoşbəxt olmağa yetməzmi?
Əlçatmaz şeyləri xəyal edib bədbəxt olmaqdansa, əlimizdəki dəyərlərin qiymətini bilmək lazımdır. Hər şərdən bir xeyir çıxarmalı, her an özümüzə və ətrafımıza müsbət olaraq yanaşıb, həyatı müsbət hala gətirməliyik.
Ən qiymətli dəyərlərimiz - ailəmiz, sağlamlığımız, işimiz, qürurumuz..
Ən qiymətli sərvətimiz olan yuvamızı, xoşbəxt olmağı bilərək qoruyaq. Çünkü yuvanı qurmaq çox çətin, amma yıxmaq çox asandır. Unutmayaq ki, xoşbəxt bir yuvada böyüyən uşaqlar gələcəkdə də xoşbəxt bir fərd olarlar.


Şərhlər:
Baxılıb: 2213
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz