Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dahilərdən dahiyanə fikirlər
Dahilərdən dahiyanə fikirlər
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 4407
Səs ver:
Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür. (İsmail Habip Sevük)

Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır...

Qanun və əmrlərin sayı artdıqca, oğru və quldurların da sayı artır... (Lao-Tszı)

Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar... (La Edri)

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur... (Sartre)
Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür...

Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət!

Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl insanlar da onu tərifləməyə məcburdurlar.(Laroşfuko)

Gücün kim tərəfindən olmasınn mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kim tərəfdəndir. (Viktor Hüqo)

İndi biz səmada quş kimi süzməyi, suda balıq kimi üzməyi bacarırıq, bizə yerdə insan kimi yaşamağı öyrənmək qalır. (Pikte)

Həyatda ən mənalı söz "BİZ" ən mənasız söz isə "MƏN" dir.(Öma)

Sabahın bu gündən daha yaxşı olacağı ümidiylə kifayətlənmək yerinə dərhal bu gün sabah oyandığımızda özümüzü əvvəlki gündən bir az daha yaxşı hiss etməmizi təmin edəcək bir şeylər edə bilərik. (Edward da Bon)

Sabah tam fərqli bir insan olacağam deyirsən. Niyə bu gündən başlamırsan? ( Epictetus)

Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə tikanın çiçəyi var deyə sevinək. ( Goethe)

Sevgi birliyə eqoizm təkliyə aparar.

Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir (Uinston Çörçill)

Nə vaxta qədər ki insanlar Sezarlar və Napoleonlar qarşısında itaət edəcəklər, onda Sezarlar və Napoleonlar da hakimiyyətə gələcək və insanlara bədbəxtlik gətirəcəklər (O.Hansli)
Kölgə yerdə sürünsə də heç vaxt ayaq altında qalmır. -Ey ayaq altında qalanlar, heç olmasa öz kölgənizdən utanın!


Şərhlər:
Baxılıb: 4407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz