Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kainat haqqında düşüncələr
Kainat haqqında düşüncələr
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 649
Səs ver:
Uca Allah insana ağıl verməklə onu bir çox məxluqlardan üstün etmişdir. İnsanların əksəriyyəti həyatın məqsədini təyin etmək üçün öz ağıllarından istifadə etmirlər. Onlar heyvani instinktlərini tərcih edir və ölmək üçün yaşayırlar. Lakin elə insanlar vardır ki, onlar həyatın məqsədi barəsində düşünərək iman əldə edirlər. Bu, onların həyatını tamamilə dəyişir. Bunlardan hansı doğru yoldadır? Bunu bilmək üçün sadəcə insan həyatının məqsədi və ətrafda baş verənlər barəsində düşünmək kifayətdir. Bu düşüncələr bizi kainatı yaradan və insanı yer üzərinin canişini təyin edən Allahın var olması düşüncəsinə gətirib çıxaracaqdır. Lakin, məgər Allah insanları Öz qayğısından və mərhəmətindən məhrum etmişdir? Əlbəttə, xeyr. DeməliAllah insanları doğru yoldan da məhrum etməmişdir. Buna baxmayaraq biz bəzi insanların xeyir əməllər, bəzilərinin isə şərr əməllər etdiyini görürük. Belə bir nəticəyə gəlmək olar ki, bəziləri mükafat, bəziləri isə cəza almalıdır. Lakin biz günahkar və zülmkarların dünyadan köçüb gedənədək layiq olduqları cəzanı almadıqlarının, xeyirxahların isə həyatlarını məşəqqət və məhrumiyyət içində keçirmələrinin şahidi oluruq. Necə olur ki, kainatı yaradan yenilməz qüvvət Sahibi günahkarların tüğyan etmələrinə icazə verir. Əgər Yaradan olmasaydı, bunu izah etmək olardı. Lakin hər bir şeyin, hətta ən xırda şeylərin belə yaradanı vardır. Ola bilməz ki, böyük və mükəmməl bir kainat öz-özünə yaransın. Sözsüz ki, onu yaradan mərhəmətli olmalıdır, çünki O, öz məxluqlarına böyük nemətlər bəxş etmişdir. O, həm də müdrik olmalıdır, çünki O, hər şeyi layiq olduğu yerə qoymuşdur. O, həm də qüvvətli olmalıdır, çünki O, nəhəng planetləri və ulduzları yaratmışdır. O, hər şeyi görən olmalıdır, çünki O, hər an kainatdakı məxluqlarından hər birinə qayğı göstərir. O, her şeyi eşidən olmalıdır, çünki O, bəndələrinin çağrışlarına cavab verir. Bəs elə isə O, nə üçün günahkarların firavan yaşamasına, xeyirxahların isə ehtiyac və məhrumiyyətlər içində ömür sürmələrinə icazə verir, illər boyu qayğı göstərdiyi məxluqlarını öldürür və Ona ibadət edən insanlara bəlalar göndərir, Onun lütfkarlığına qarşı nankorluq edənlərə isə nemətlər bəxş edir?
Bu suallara cavab tapmaq üçün Uca Allah insanlara öz elçilərini göndərmişdir. Onlar Allahın bəndələrinə Axirət həyatında xeyirxahların cənnət bağlarında yer tutacaqları və günahkarların cəhənnəm odunun əzabını dadacaqları barəsində xəbər vermişlər.
Dünyadakı bəlalara gəlincə, bu, hər bir insanın başına gəlir. Bununla, xeyirxah olanlar imanlarını və sədaqətlərini sübüt edir.
Əgər insan Allaha və Axirət gününə iman gətirərsə, onun cavabını tapa bilməyəcəyi bir sualı qalmaz. Yox, əgər o, iman gətirməkdən imtina edərsə, onun həyatı məşəqqətli və mənasız olar. Əgər onun bir az ağlı olarsa, o, bütün həyatını şübhələr və narahatlıq içində vurnuxaraq keçirər.


Şərhlər:
Baxılıb: 649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz