Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaxtınızın dəyərini bilin
Vaxtınızın dəyərini bilin
Göndərən: Zeynuş
Şərhlər:
Baxılıb: 860
Səs ver:
Keçirsiniz çalışma masasının arxasına. Açırsınız kitabı. Oxumağa başlayırsınız. İçinizdən bir səs sizi başqa işlə məşğul olmağa səsləyir. Həm də dəlicəsinə. Beş dəqiqə ilə bir şey olmaz. sadəcə on dəqiqə. İyirmi dəqiqə o qədər də böyük itki sayılmaz. İş də iş olsa, hər nə. İşin adı "vaxtı boş keçirmək” və ya dilimizdə öyrəşdiyimiz kimi "boş vaxt keçirmək”.

Boş vaxt yalnız fəaliyyətsiz keçən zaman dilimi deyildir. Həm gedişat, həm də nəticə etibarilə fayda verməyəcək işlə məşğul olmaq bir mənada boşuna vaxt keçirməkdir.

Osmanlı hökmdarı Qanuni Sultan Süleyman qabiliyyətli və istedadlı insanları mükafatlandırırdı. Bu səbəbdən məharət sahibləri onun hüzuruna çıxmağa can atırdılar. Üç metrlik məsafədən sapı iynəyə keçirməyi bacaran bir adam da tək xəyali padşahın hüzuruna çıxmaq idi. Vaxt keçdi, vədə doldu və bu şərəf ona da nəsib oldu. Beləcə təyin olunmuş gündə padşahın hüzuruna çıxdı. Qabiliyyətlərini sərgilədi. Padşah böyük heyranlıqla tamaşa edirdi. Bir daha, bir daha… Gördükləri doğru idi. Adam o qədər məsafədən sapı atır və iynənin dəliyindən keçirirdi. Padşah bunun səbəbini soruşdu; "De görək, hardandır səndəki bu qabiliyyət?”

Adam bəyənilmişliyin verdiyi əda ilə "40 ildir gecə-gündüz demədən, bunun üçün çalışıram”,-deyə səsləndi. Padşah gülümsədi və buyurdu:-”Bu adama 40 qızıl verib, 40 şallaq vurun”.

Saraydakılar əmrin qarşısında çaşıb qaldılar. Qırx qızıllıq mükafatın ardından qırx şallaqlıq cəzaya nə ehtiyac var idi ki?…

Padşah saraydakıları çox intizarda qoymadan sözünü davam etdirdi; "Qırx qızıl qeyri-adi qabiliyyətin üçün. Həqiqətən sən çətin olan işin öhdəsindən gəlmisən. Qırx şallaq da belə qabiliyyətli insan olduğun halda mənasız işlə məşğul olduğun üçün. Boşuna keçirdiyin bu vaxt ərzində daha gözəl işlər görə bilərdin.”.

Demək, fayda və nəticə vəd etməyən işlə məşğuliyyət bir mənada boşun vaxt keçirməkdir. İstər bu beş, istər on dəqiqə olsun, bu həyatınızın boşuna keçmiş dəqiqələri olacaq. Paul J. Meyerin bir sözü var: "Zamanın çoxu saatlar deyil, dəqiqələr olaraq boşa keçirilir. Dibinə kiçik bir deşik olan qab qəsdən boşaldılmış qab kimi boşdur.” Elə isə bir dəqiqənizi belə boşuna keçirməyin, çünki yaşamağımız üçün təklif edilən hər anın qiyməti böyükdür.

Əgər bir ilin qiymətini anlamaq istəyirsinizsə, sinifdə qalmış şagirddən soruşun…

Əgər bir ayın qiymətini anlamaq istəyirsinizsə, doğum həyata keçirən anadan soruşun..

Əgər bir həftənin qiymətini anlamaq istəyirsinizsə, həftəlik dərc olunan jurnalın redaktorundan soruşun..

Əgər bir saatın qiymətini anlamaq istəyirsinizsə, görüşmək üçün gözləyən sevgililərdən soruşun…

Əgər bir dəqiqənin dəyərini anlamaq istəyirsinizsə, qatarı təzəcə qaçmış birisindən soruşun.

Əgər bir saniyənin qiymətini anlamaq istəyirsinizsə, qəzadan bir anda qurtulmuş adamdan soruşun…

Əgər bir millisaniyənin qiymətini anlamaq istəyirsinizsə, olimpiadada gümüş medal qazanmış atletə soruşun…


Şərhlər:
Baxılıb: 860
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz