Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yenidən başlamaq istəyirəm
Yenidən başlamaq istəyirəm
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 2200
Səs ver:
Burda "Stop" deyin.. Saxlayın hər şeyi.. "Replay" basın.. Bu oyuna yenidən başlamaq istəyirəm..Son şansım qalıb..uduzsam, sondu.. Yenidən başladın oyunu... Eyni səhvləri etməyəcəm.. Sevməyəcəm. Ağlamayacam. Istəməyəcəm. Sadəcə yaşayacam, yəni oynayacam. Digər insanlarla onların oynadığı kimi oynayacam. Oyunun qaydalarına uyğun. Qəddar olacam. Göz yaşlarına aldanmayacam. Özümdən başqa heç kimə inanmayacam. Gedənlərin arxasınca baxmayacam. Gedənə qal deməyəcəm - indiki kimi.
Bəlkə onda yıxaram içimde pessimistliyi. Bəlkə onda qalib gələrəm həyata. Bəlkə onda sıxmaz bu divarlar məni.
Öz istəklərimlə yaşamaq istəyirəm. Amma kimisə qırmaq da istəmirəm. Bilirəm qəddar olmaq lazımdı həyatda. Amma bacarmıram.
Əslində peşman deyiləm etdiklərimə görə. Amma belə olmasını da istəmirdim. Bilirəm, getdikcə hər kəs uzaqlaşacaq məndən.. Yanımda heç kim qalmayacaq. Yenə mən və divarlar qalacaq. Elə buna görə də qorxuram gələcəkdən. Təklikdən qorxuram artıq. Çünki tək savaşacaq gücüm qalmayıb. Amma başqalarına da güvənə bilmirəm.
Bəzən qışqırmaq istəyirəm. Etiraz etmək istəyirəm. Amma səsim içimdə əks-səda edir. Kimsə eşitmir onu. Yenə səssizləşirəm.. Cəmiyyətdən kənara çəkilirəm.. Hər kəs mənə dəli kimi baxır.. Bəlkə də dəliyəm.. Bəlkə də yox. Sadəcə acizəm həyat qarşısında... Səhvlərimi özümə bağışlaya bilmirəm.. Sıxılır ürəyim.. Divarlar üstümə gəlir.. Yox olur dostlarım. Tək qalıram. Həyat və mən üz-üzə. Yenə uduzuram ona. Yenə bir dostumu aparır. Amma "qal" deyə bilmirəm. Yenə səssizlik çökür həyatıma. Mən, mahnılar, dağılmış arzular, ölmüş ümidlər, gecikmiş fikirlər, itirilmiş dostlar – həyatla mübarizədən mənə qalanlar.
Offf. Başa çəkin bu oyunu. Qalib gələcəm. Yenidən başladın. Qaytarın hər şeyi geri. Tək qalmaq istəmirəm. Silin yaddaşımı, kecmişi xatırlamayım... Bağlayın gözlərimi, səhvlərimi görməyim. Verin mənə uşaqlığımı. Qaytarın hər şeyi. Tez olun. Gücüm tükənir artıq. Tez.. Tez...
- Yalvarma. Heç nə geri qayıtmayacaq. Bu oyunda Replay yoxdu.


Şərhlər:
Baxılıb: 2200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz