Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göbələklər qeyri-adi bir səltənətdir
Göbələklər qeyri-adi bir səltənətdir
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 10318
Səs ver:
Canlı təbiətdə qeyri-adi bir dünya - göbələklər səltənəti mövcuddur. Bu səltənətin  10-250 min arasında müxtəlif növ sakini vardır. Göbələk nə heyvan, nə də  bitkidir. Botanikanın göbələkləri öyrənən  bölməsi mikologiya adlanır.  
 
Göbələklər  bitkilər kimi sporlarla çoxalır, heç yerə qaçmır və daim böyüyür. Buna baxmayaraq, göbələklərə bitki demək olmaz, çünki göbələklərdə yalnız heyvanlarda təsadüf edilən xitin,  habelə melanin adlı boya maddələri var.  Heyvanlar kimi göbələklər də özlərinə üzvi maddələr hazırlaya bilmir. Amma onlara heyvan demək olmaz.
 
Göbələklərin dişi yoxdur, buna görə də qidanı bütün səthi ilə sorur və burada özlərini bitki kimi aparır. Alimlər bu qəribə məxluqları ayrıca göbələklər səltənətində cəmləmişlər.
 
Əslində, göbələk təkcə gözlə gördüyümüzdən ibarət deyildir. O, demək olar,  bütünlüklə torpağın içində gizlənib, torpağın səthində isə yalnız cüzi bir hissəsi görünür. Hesab edin ki, torpaqdan qarağat salxımı çıxıb, qarağat kolu isə yerin təkində gizlənib.  Göbələyin yerin təkindəki  hissəsinin - göbələk tellərinin (mitseli) uzunluğu yüz min kilometrlərlə ölçülür.
 
Göbələyin bütün tellərini bir yerə toplayıb tərəzidə çəksək,  görərik ki, bir göbələk ən böyük heyvandan – balina və fildən ağırdır. Meyvə gətirən ağacı sındırmaq məsləhət görülmədiyi kimi,  bol göbələk məhsulu yığmaq üçün göbələyin tellərini  məhv etmək olmaz.  Göbələk telləri xırda ağac kötükləri ətrafında incə ağ örtük hörür.
 
Göbələk  ağacın köklərindəki üzvi maddələri sorur. Dibində bitən göbələklərin sayəsində  ağaclar mineral duzları və suyu xeyli dərəcədə rahat şəkildə canına çəkir. Üstəlik, palıd və şam ağaclarının, digər ağacların göbələksiz qol-budaq atması mümkün deyil. Bax, göbələk və ağaclar arasında belə faydalı dostluq mövcuddur. Özü də göbələyin ayrı-ayrı növləri müxtəlif ağaclarla dostluq edir. Məsələn, hər bir göbələyin sevimli ağacı var:  palıd ağacının dibində palıd göbələyi, tozağacının dibində qara göbələk, ağcaqovağın dibində qırmızıbaş göbələk bitir.   
 
Göbələklər sürətlə böyüyür. Diktiofora (başqa adı "duvaqlı qadın” ) adlı  göbələk canlı təbiətin bütün nümayəndələri arasında rekordçudur. Bu "nazənin” yarım saat ərzində 10 santimetr böyüyür.
 
Müxtəlif rəng və qeyri-adi formada olan göbələklər zahiri görünüşü ilə də təəccübləndirir. Tropik meşələrdə meyvələri qapalı olan göbələklər (qasteromisetlər) bitir. Belə göbələklər əvvəlcə  sporları içində  olan möhkəm kürəciklərdən ibarət olur.  Sporlar yetişəndə,  kürəcikdən  parlaq rəngləri və kəskin  qoxusu olan əcaib formalı çiçək-göbələklər boylanır. Qoyunabənzər qov göbələyi (Grifola frondosa) çəkisi  20 kiloqrama çatan nəhəng gül dəstəsini xatırladır. Bütün bunlar çox nadir göbələklər sayılır və qoruqlarda mühafizə olunur.
 
Solğun amanita (Amanita phalloides) ən zəhərli göbələk sayılır. Zəhərli göbələklərdən biri də qırmızı amanita, yaxud milçəkqıran göbələkdir (Amanita muscaria). Yeri gəlmişkən, zəhərli göbələklər bəzi heyvanlar üçün dərmandır.  Ola bilsin, insan da gələcəkdə göbələklər səltənətini daha dərindən öyrənib, onun şəfaverici keyfiyyətlərindən daha səmərəli istifadə edəcəkdir.
 
Bu maraqlıdır: biz həyatda göbələklərə sandığımızdan tez-tez təsadüf edirik. Kif də göbələkdir. Göbələk olmadan soya sousu, kvas, xəmir üçün maya, penisillin istehsal etmək mümkün deyildir.  Göbələklər çoxsaylı xəstəliklərin törədicisidir. Doğrudur,  insan göbələk yetişdirməyi bacarır. Lakin qarışqalar insanı bu sahədə  qabaqlayıb. Yarpaq doğrayan atta  qarışqalarının  yuvalarında  göbələk fermaları var. Yeni yuvaya köç edəndə ana qarışqa  bir parça göbələk telini özü ilə bərabər aparır.


Şərhlər:
Baxılıb: 10318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz