Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dunya liderlerinin son sozleri
Dunya liderlerinin son sozleri
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 2303
Səs ver:
http://imgs.su/tmp/1320051321-656.jpg

Liyiya lideri Müəmmar Qəddafinin Sirt şəhərində öldürülməzdən əvvəl dediyi son sözlər belə oldu: "Mən sizin atanızım, övladlarım; məni öldürməyin, haramdır". Bu sözlər digər dünya liderlərinin son sözlərini xatırlatdı.


Benito Mussolini-İtaliya:"Məni sinəmdən vurun"


İtaliyanın faşist lideri Mussolini İkinci Dünya Müharibəsində xalqın dəstəyini itirdi. İspaniyaya qaçmaq təklifini rədd edən 23 illik diktator 28 aprel 1945-ci ildə alman formasıyla qaçarkən tutuldu. İtaliya Qurtuluş Komitəsinin onun haqqında verdiyi edam qərarı dərhal yerinə yetiirldi. Onun son sözləri belə oldu: "Məni sinəmdən vurun".


Onun cəsədi Milanda ayaqlarından asılaraq sərgiləndi.


Səddam Hüseyn-İraq: "Birlik içində qalın"


ABŞ-ın İraqa 2003-cü ildəki müdaxiləsindən sonra 9 ay axtarışda olan Səddam Hüseyn doğulduğu Tikritdə bir quyuda tapıldı. 26 dekabr 2006-cı ildə edama məhkum edilən 24 illik diktator, 4 gün sonra asıldı. Edamından dərhal əvvəl o, xalqına belə müraciət etdi: "Birlik içində qalın və İrana güvənməyin".


Zeynel Abidin Bin Əli-Tunis: "Aldadıldım, vəzifədəyəm"


Tunisin 24 illik prezidenti Zeynel Abidin Bin Əli 2010-cu ilin dekabr ayında universitet məzunu olan işsiz gəncin özünü yandırması ilə baş qaldıran xalq üsyanından sonra 14 yanvar 2011-ci ildə hakimiyyəti buraxaraq yoldaşıyla birlikdə Səudiyyə Ərəbistanına qaçdı. İyun ayında, "Aldadılaraq bura gətirildim, vəzifəmin başındayam" dedi, amma kimsə inanmadı.


Adolf Hitler -Almaniya: "Cəsədimi ruslara verməyin"


Milyonlarla adamın ölümündə günahkar bilinən Adolf Hitler 30 aprel 1945-ci ildə intihar etdi. Almaniyanın Füreri, II. Dünya Müharibəsi əsnasında rusların Berlinə girməsi barədə xəbəri alan kimi 12 illik iqtidarının bitdiyini bildi. Hitlerin intihar qərarını, Mussolininin düşdüyü vəziyyətdən qorxaraq verdiyi deyilir. Onun son sözləri belə oldu: "Cəsədimi rusların əlinə əsla verməməlisiniz, məni Moskvada heykəl edərlər".


Françesko Franko - İspanya:"Hara gedirlər?"


Ölkəsi İspaniyanı vətəndaş müharibəsinə sürükləyən, daha sonra isə 36 il iqtidarda qalan Franko heç vaxt "devrilmiş lider" olmadı. İqtidarda olarkən xəstələndi. Ziyarətinə gələnlər üçün "Niyə gəldilər?" deyə soruşarkən "Yaxşı yol" cavabı verildiyində "Hara gedirlər?" deməsi yanındakıları çaşdırmışdı. 20 Noyabr 1975-ci ildə öldü. Bütün heykəlləri söküldü.


Nikolay-Elena Çavuşesku-Rumıniya:"Rumıniya sonsuza qədər yaşayacaq"


24 il iqtidarda qalan kommunist lider Nikolay Çavuşesku təzyiq və zülm rejiminin ardından edama məhkum edildi. İnqilab Meydanındakı çıxışı etirazla qarşılanandan sonra yoldaşı ilə partiya binasına sığınıb, vertolyotla qaçmağa çalışsa da tutulub. 25 dekabr 1989-cu ildə güllələndi. Onun həyat yoldaşının son sözləri, "Mən sizin ananızım" oldu. Nikolay Çavuşesku isə "Rumıniya sonsuza qədər yaşayacaq" dedi.


Ziya ül Haqq - Pakistan: Şübhəli təyyarə qəzasında öldü


1977-ci ildə Pakistanda seçkidə qalib gələn Zülfüqar Əli Bhuttonu devirdi və edam etdirdi. 11 illik diktatorluqdan sonra 17 qvqust 1988-ci ildə ABŞ səfirinin və digər rəsmilərin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində öldü. Ölümündən sonra seçkini açıq fərqlə qazanan Zülfüqar Əli Bhuttnonun qızı Bənazir Bhutto baş nazir oldu.


Hüsnü Mübarək - Misir :Dəmir qəfəs arxasında


Misirdə bu il yanvar ayında başlayan antihökumət nümayişlərinə müqavimət göstərə bilməyərək 30 il davam edən iqtidarını 11 fevralda buraxan 83 yaşlı Mübarək bir ay sonra həbs olundu. Sağlamlıq problemləri səbəbiylə Qahirədə xəstəxanada müalicə olunan lider ilk məhkəmə prosesinə 3 avqustda xərəkdə gətirildi və prosesdə dəmir qəfəsin arxasından yataraq ifadə verdi.


Pol Pot - Kamboca: "Tək başıma etmədim"


1975-79-cu illər arasında Kambocanın baş naziri olan Pol Pot qurduğu təzyiq rejimində bir milyon adamın ölümündə təqsirli bilinir. Öz dəstəkçiləri tərəfindən ömür boyu ev həbsinə məhkum edilən Pol Pot 18 aprel 1998-ci ildə infarktdan öldü. Ölməzdən əvvəl ölümlərə görə vicdanının rahat olduğunu söyləyərək "tək başıma etmədim" deyib.


Şərhlər:
Baxılıb: 2303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz