Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anasinin Halalligi
Anasinin Halalligi
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 2869
Səs ver:


Bir hədisdə belə rəvayət edilir: Sevgili Peyğəmbərimiz bir gün əshabı ilə oturub söhbət edirdi. Bir qadın səhabə təşviş və həyəcanla Rəsululahın hüzuruna gəlib: ”Allahın Rəsulu! Hal-hazırda həyat yoldaşım ölüm yatağındadır. Bəlkə də bir neçə dəqiqə sonra öləcək. Ancaq yanında kəlmeyi-şəhadət gətirdiyimi başa düşür və özüdə təkrar etməyə çalışırsa da, heç cür deyə bilmir. Mən həyat yoldaşımın imansız öləcəyindən qorxuram. Bu məsələdə sizdən kömək istəyirəm”.

Allahın Elçisi (s.ə.s) qadından soruşur: Həyat yoldaşın sağlığında hər hansı bir pislik edibmi?
Qadın həyat yoldaşının heç bir pis iş görmədiyini, namazını qılıb hər cür ibadətini qüsursuz yerinə yetirməyə çalışdığını deyir.

Peyğəmbər (s.ə.s) yenə soruşur: "Həyat yoldaşınızın yaxınlarından kimi var?” Qadın qoca bir anasının olduğunu deyincə, Allah Rəsulu dərhal onu yanına çağırtdırır.

Rəsulullahın (s.ə.s) hüzuruna gələn yaşlı qadın Hz. Alqamənin anası idi. Allah Rəsulu (s.ə.s) qadından soruşur: "Oğlun səninlə necə rəftar edirdi? Oğlundan razısanmı?” Alqamənin anası belə cavab verir: "Ey Allahın Rəsulu, oğlum evlənənə qədər mənimlə çox yaxşı rəftar edirdi. Evlənəndən sonra isə xanımını dinləyib pis davranmağa başladı. Hətta axır vaxtlarda evini də ayırdı. Mən də onun bu hərəkətindən üzüldüm”.

Allah Rəsulu oğlunun ölüm ayağında olduğunu və əgər haqqını halal etməzsə, Cəhənnəm əzabı çəkəcəyini dedisə də, qadın: "Haqqımı halal etmirəm, ey Allahın Rəsulu!” deyib durdu. Alqamə isə evdə yatır hələ də kəlmeyi-şəhadətini gətirə bilmirdi. Peyğəmbər (s.ə.s) qadının analıq şəfqətini oyatmaq üçün "Mənə bir az odun gətirin!”-deyir.

Qadın özünü saxlaya bilməyib heyrətlə "Odunu nə edəcəksiniz, ey Allahın Rəsulu?” - deyə soruşur. Çünki bunun hikmətini bilmək istəyirdi.
Hz. Məhəmməd qadına "Oğlunu yandıracağam...- Sabah cəhənnəmdə yanmaqdansa, elə cəzasını burda çəksə daha yaxsı olar” - deyəndə qadın dözə bilməyib.
- Oğlumun gözümün qarşısında yanmağına razı ola bilmərəm, ey Allahın Rəsulu! Ona haqqmı halal edirəm, - deyər. İstənilən nəticə alınmışdı... Peyğəmbərimiz (s.ə.s) Bilal Şəbiyə "Get bax gör Alqamənin vəziyyəti necədir?” - deyə buyurur. Bilal Həbəşi Alqamənin yanına çatıb kəlmeyi-şəhadəti təlqin edir. Alqamənin dili birdən birə açılır: "La iləhə illəllah, Muhammədun Rəsulullah” - deyib ruhunu Allaha təslim edir.
 


Şərhlər:
Baxılıb: 2869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz