Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hıçqırıq necə keçər?
Hıçqırıq necə keçər?
Göndərən: Sirine
Şərhlər:
Baxılıb: 1047
Səs ver:
 
 Hıçqırıq nədir?
Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanar və buradan keçən hava ani olaraq kəsilər. Bu vəziyyət hıçkırınığın çıxardığı səsin səbəbidir.

Hıçqırıq Səbəbləri.
Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir. Ayrıca, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda bir həkimə baş vurmaq lazımdır.

Hıçqırıq Necə Keçər?
Hıçqırığı önləmək üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır.

Bu tədbirlərə baxmayaraq yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunmaqdadır.  Hıçqırığı kəsmək üçün tətbiq olunan üsullar əksəriyyətlə nəfəs alışını nəzarət etməklə və sinirlərlə əlaqədardır.

Hıçqırığa tutulduğunuzda bu üsulları təcrübə edə bilərsiniz:

1. Şirin bir şey yemək - sinirlərinizi aldadıb hıçqırığa son verə bilər. Bunun üçün bir çay qaşığı dolusu şəkəri və ya balı dilinizin dib qisiminə yerləşdirin. 

2. Barmaqlarınızla qulaqlarınızı tıxayın. Bu, eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır.

3. Birini qorxutduğunuzda və ya biri sizi qorxutduqda vagus sinirini çaşdıra bilərsiniz. Bu üsulu tətbiq edə bilmək üçün aktiyorluq qabiliyyətinizin də bir az inkişaf etmiş olması lazımdır.

4. Burnunuzu və ağızınızı bağlayaraq dözə bildiyiniz qədər hava almadan dayanın.

5. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq) ya da suyla qarqara etmək sinirləri yatıra bilir.

6. Bir kağız torbanın içində nəfəs alın - verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədiyində (nəfəs verəndə karbon qazı buraxdığımızdan torbada oksigenin miqdarı azalır) hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.

7. Xüsusilə tərkibində maqnezium olan qidalar, sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilir.

8. Qıdıqlandıqda sinirlərinizin üstünə ciddi miqdarda yük minəcək ve hıçqırıq dayanacaq.

9. İsti bir şeylər içmək. Bu bütün metodlar içində ən güvənilir və sürətli bir metoddur. Hıçqıraq başlayan anda isti su, çay, süd və s. içsəniz 10-15 saniyəyə yox olacaq.

Hansı metoddan istəsəniz yoxlaya bilərsiz, əsas odur ki, beyninizi məşqul edin ki, hıçqıraq azalaraq yox olsun!


Şərhlər:
Baxılıb: 1047
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz