Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanı dəyişənlər
Dünyanı dəyişənlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1399
Səs ver:
http://imgs.su/tmp/1318917669-656.jpg

DÜNYANİ DƏYİŞƏN 10 KİTAB
1. "İncil"
Şübhəsiz "İncil" qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.

2. "Quran"

"Quran" İslam dininin müqəddəs kitabıdır. "Quran" müsəlmanlar tərəfindın Allahın son uncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, "Quran" dünyanı dəyişən kitablardan biridir.

3. "Kommunist Manifesti" - Karl Marks və Fridrix Engels

Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.

4. "Millətlərin sərvəti" - Adam Smit
Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb - azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.

5. "Növlərin Mənşəyi" - Çarlz Darvin

Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.

6. "Riyaziyyatın prinsipləri" - İsaak Nyuton

Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. "Riyaziyyatın prinsipləri" indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır.

7. Qalileyin Dialoqu

Bu kitab əsrlər boyu müzakirə ediləcək "din, yoxsa elm" mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi.

8. "Tarix" - Herodot

"Tarix" qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub.

Herodotun "Tarix" əsəri Qərbdə tarixlə bağlı ilk əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan "Tarix" Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir.


9. "İkinci cins" - Simon de Bovuar

"İkinci cins" Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu "ikinci cins" kimi davranıldığını iddia edir.

10. "Yuxu Yozmaları" - Ziqmund Freyd

"Yuxu yozmaları" Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib.

DÜNYANİ DƏYİŞƏN 10 FİLOSOF

1-John Locke (1632-1704)
18-ci əsrin ən əhəmiyyətli materialist mütəfəkkirlərindən biri. Avropadakı iŞıqlanma çağının ilk qurucusu olaraq da bilinir. Locke, ənənə və nüfuzdan xilas olmaq lazım olduğunu, insan həyatına yalnız ağılın bələdçilik edə biləcəyini və hissi olaraq insanların bir məlumata sahib olmadığını söyləyər. Bu düŞüncələriylə də Locke Liberalizmin qabaqcılı qəbul edilir. Lockeyə görə azadlıqlar çox əhəmiyyətlidir. Bir insanın azadlığı, digər adamın azadlığını məhdudlaŞdırdığı nöqtədə bitməlidir. Hökumətlərə, insan azadlığına və mühakimə müstəqilliyinə əhəmiyyət verər. Dekartdan təsirlənmiŞ amma düŞüncələri ona heç bir zaman tam olaraq bənzəməmiŞdir.

2-Epikuros(Epikür) 341-270

Əxlaq Fəlsəfəsinin ən əhəmiyyətli mütəfəkkirlərindən biri. Fəlsəfəsinin ana fikri «xoŞbəxtlik». İnsan həyatının təməl məqsədinin «XoŞbəxtliyə çatmaq»olduğunu qarŞıya qoyar. Bu yol ona görə doğru «yol»dur. Məntiq də doğru yola gedərkən istifadə edilməsi lazım olan bir vasitədir. Epikürə görə insan tanrı və ölüm qorxusundan xilas olmalıdır. İnsanlar da daxil, dünyadakı hər Şeyin atomlardan meydana gəldiyini müdafiə edər. Г-lüncə də yox olunacağına inanar. Tanrı və ölüm ilə əlaqədar ən əhəmiyyətli sözü: «Г-lümdən qorxmaq mənasızdır, çünki yaŞadığımız müddətcə ölüm yoxdur, ölüm gəldiyində isə artıq biz yoxuq».

3- İbn Sina 980-1037

İbni Sina həm bir filosof, həm həkim həm də bir elm adamıdır. İbn Sinaya görə hər element yalnız özünə xas xüsusiyyətlərə malikdir və dolayısı ilə daha dəyərsiz metallardan ,qızıl və gümüŞ kimi daha qiymətli metalların əldə edilməsi mümkün deyil. Təcrübəçiliklə ağılı birləŞdirər.İbni Sina məntiqi psixologiyadan ayırıb düŞüncə qanunlarını psixologiya üzərinə qurmuŞdur.İbn Sinaya görə insanın Allahla əlaqəyə keçməsinin yolunun bir növ mənəvi hisslə olduğunu düŞünər. Filosofa görə yaxŞılıq, yetkinlik və xoŞbəxtlik fikirinin doğulması üçün pisliyin olması lazımlıdır. Beləcə xoŞbəxt olmaq istəyən insanın əvvəl ruhunu təmizləməsi lazım olduğuna inanar. İbni Sinanın əsərləri 12-ci əsrdə Latıncaya çevrilməyə baŞlamıŞ, bəzi əsərləri Qərbdə Universitetlərin təməl dərs kitabları olaraq oxudulmuŞdur.

4-Thomas Aquinas 1225-1274

MəŞhur Xristian Filosof. Kilsə təlimindəki ziddiyyətləri və Xristian inancını sistemləŞdirməklə məŞğul olmuŞdur. KeçmiŞ məlumatları sintez edərkən kömək aldığı adam Aristotel və fəlsəfəsi olmuŞdur. Tomasın Tanrının varlığı ilə əlaqədar fikirləri 1917-ci ildə Kilsənin qanunu qəbul edilmiŞdir.

5- Konfutsi 551-479

Konfutsinin ana təması insancıl olmaqdır. Buna çatmanın yolu da digər insanlara və atalarımıza hörmət etməkdir. «YaxŞı» insan dünyayla uyğunlaŞma içində yaŞayan insandır. Konfutsinin Şagirdləri ilə etdiyi dialoqları yığan elm adamları, Çin ədəbiyyatının 13 klasshik əsərindən biri sayılmaqdadır. Onun üçün 4 təməl əsas vardır.
1. Ana ataya hörmət
2. Mərhəmət
3. Ədalət
4. Ayinlər
O bu 4 əsasa çatmanın çox çətin olduğunu amma hər kəsin bunun üçün səy göstərməsi lazım olduğunu söyləyər.

6-Rene Dekart 1596-1650

Fransız Filosof, Qərb düŞüncəsinin ən əhəmiyyətli mütəfəkkirlərindən biri. Müasir Psixologiyanın və Riyaziyyatın qurucusu olaraq bilinər. Qərb düŞüncəsini alt-üst edən bir fəlsəfə sistemi qurdu. Buna görə öyrəndiyinin, gördüyünün,eŞitdiyinin, inandığının hamısını birdən tamamilə silərək, hər Şeydən Şübhələnməyə baŞladı. Tək-tək bir Şeydən əmin idi: düŞüncənin varlığı. Buradan hərəkətlə, kainatın Şərhini etdi. Tez-tez eŞitdiyimiz «DüŞünürəm elə isə Varam » sözünün memarıdır.

7-Əziz Paulus

O xristianlıq üçün çox əhəmiyyətli bir ad, təbii ki Həzrəti İsadan sonra. Həzrəti İsa Xristianlığı tapmıŞ ola bilər amma Əziz Paulus olmadan Xristianlığın yayılmasının imkanı yox idi. Kiçik Asiya, Makedoniya və Yunanıstanı gəzərək buralarda kilsələr qurdu, xristianlığı yaydı. Halbuki o ilk baŞda yəhudi idi. Sonra xristianlığı qəbul elədi amma yəhudilərin simpatiyasını heç bir zaman qazana bilmədi. İncil və Xristianlıqla əlaqədar ən keçmiŞ və ən etibarlı qaynaqlar Paulusdan qalan məktublardır.

8-Platon (Əflatun) e.ə 427 -347

Çox əhəmiyyətli bir Yunan Filosofu. Qərb Dünyasının ilk ali təhsil təŞkilatı olan «Afina Akademiyasının» qurucusudur. Əflatun, Sokratesin Şagirdidir. Bu səbəblə də Sokrat kimi əxlaqçı bir pəncərədən hadisələrə yaxınlaŞmıŞdır.Əflatun, həm təbiətdə, həm də əxlaq və cəmiyyət həyatında mütləq və dəyiŞməz olanın arxasından qaçmıŞdır.

9-Aristotel e.ə 384- 322

Platon ilə birlikdə Qərb düŞüncəsinin ən əhəmiyyətli 2 filosofundan biri sayılar. Aristotelin ən böyük müvəffəqiyyəti elmi iŞi üsullaŞdırmasıdır. Aristotel, ələ aldığı hər problemi sistematik olaraq araŞdırar. Yəni əvvəl mövzu ilə əlaqədar deyilənləri toplayar sonra bu faktlara uyğun öz anlayıŞını meydana gətirər. Qurduğu anlayıŞların möhkəm, açıq və tutarlı olmaları səbəbindən Aristotel, iki min il boyunca fəlsəfənin böyük ustası sayılmıŞdır. Г-zü eyni zamanda elm dilinin də yaradıcısıdır; bu günki elmi anlayıŞlarımızın və terminlərimizin bir çoxu onun düsturlarından çıxmıŞdır.

10-Zenon (Citium) 335-263

Siyahıda olan digər adlara görə daha az tanıŞ bir ad Kiprli Zenon. Amma o Stoa fəlsəfə məktəbinin qurucusudur. Stoa fəlsəfəsində xoŞbəxtlik xarici Şərtlərdə axtarılmamalı, təbiətə uyğun yaŞanmalıdır. Ayrıca Stoacılar dünya vətəndaŞlığını da müdafiə edərlər. Kiprli Zenona görə gerçək olan hər Şey maddədir. Zenon, kainatın hərəkət halında olan bir maddə olduğunu söyləyirdi. Bu maddə də atəŞdir. AtəŞ hər yerə girər və dağılar. Tanrıya inanar. Zenona görə Tanrı təbiətin içindəki ağıl və Şüurlu gücdür. Ona görə insan ruhunun ən yaxŞı ifadəsi «ağıldır».


DÜNYANİ DƏYİŞƏN 10 VİRUS
1. "Brain" 1986-cı il
Dünyada ilk dəfə olaraq, 1986-cı ildə pakistanlı bir proqram təminatçısı satdığı proqramları saxta nüsxələrdən qorumaq məqsədilə "Brain" adlı virus yaradıb.

2. "Christmas Tree"1987-ci il

Bu virus kompyuterə düşdüyü vaxt ekranda yeni il ağacı görünür və nüsxəsini e-məktub ünvanındakı bütün ünvanlara göndərirdi.

3. "Morris Worm"1988-cı il

İnternetdə yayılan ilk mənfi məqsədli proqram kimi bilinən "Morris Worm" virusu Robert Morris tərəfindən inkişaf etdirilmiş və 1988-ci ildə on minlərlə kompyuterə zərər vermişdi. Bu hadisə ilə 1986-cı ildə ABŞ kompyuter saxtakarlığı və mənfi məqsədlərlə işlədilməsi qanunu ilə mühakimə olan Morris, ölkədə kompyuter hücumlarının qarşısını almaq üçün tədbirlərin başlanmasına səbəb olmuşdu.

4. "Melissa" 1999-cı il

Devid Smit tərəfindən yaradılan "Melissa" virusu özünü internet məktub mesajlarına nüsxələyən virus idi. Göndərilən mesajda "Sənin istədiyin sənəd budur, əsla heç kimə göstərmə" yazılırdı. Çox tez bir zaman ərzində yayılan bu virus bəzi ABŞ şirkətlərinin elektron məktub vasitəsilə alış-verişlərinə son qoymalarına səbəb olmuşdu. Devid Smit saxlanıldıqdan sonra 20 ay həbs cəzası və 5000 dollar pul cəzası ilə cəzalandırılıb. Bununla yanaşı, o, həyatının sonuna qədər kompyuterlərdən istifadə etmə hüququndan məhrum edildi.

5. "I love you" 2000-ci il

Öz nüsxəsini çıxara bilmək qabiliyyəti olan bu virus ən zərərli kompyuter viruslarından biri sayılır. Filippində yaradılan bu virus 10 milyard dollar ziyana səbəb olmuşdu. Belə ki, virus, "Gizli pərəstişkarından gələn eşq məktubu" ifadəsi ilə insanları tələyə salır və beləliklə istifadəçinin şifrə və gizli məlumatlarına yiyələnə bilirdi.

6. "Santy 2004″ 2004-cü il

2004-cü ildə meydana çıxan bu virus "Google" və "AOL" kimi axtarış sistemlərində olan, təhlükəsizliyi yaxşı qorunmayan internet səhifələrini özünə qurban seçərək, 3 saatdan daha az vaxtda xeyli sayda səhifəni yararsız hala salmışdı.

7. "Conficker" 2008-ci il

"Windows" əməliyyat sistemini hədəf seçən bu virus 15 milyondan çox "Microsoft" serverinə təsir edərək, xüsusilə İngiltərə, Almaniya və Fransa ordularına əməliyyat problemləri yaratmışdı.

8. "Stuxnet" 2010-cı il

Sadəcə sadə insanları deyil, ölkələri də təhdit etmək məqsədilə, xüsusilə İranın Nüvə proqramına zərər vermək üçün kimliyi bilinməyən insanlar tərəfindən hazırlandığı güman edilən bu virus öz hədəfinə çatdı və həqiqətən də İran Elektrik Stansiyalarına ziyan vurduğu təsdiqləndi. İran hökuməti virusun İsrail tərəfindən məqsədli şəkildə göndərildiyini və tez bir zamanda virusun qarşısının alındığı bildirmişdi.

9. "When Harlie was one" 1972-ci il

Devid Gerroldun müəllifi olduğu elmi fantastika kitabında adı keçən bu virus heç vaxt həqiqi virus olmamış, lakin çox böyük təhlükəyə sahib olduğu qeyd olunur.

10. "The Shockwave rider" 1975-ci il

Yenə bir elmi fantastika kitabında qeyd olunan xəyali virusun insanların pasportlarını oğurladığı və həyatlarını məhv etdiyi bildirilir.



Şərhlər:
Baxılıb: 1399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz