Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhvlərinizdən öyrənin
Səhvlərinizdən öyrənin
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 589
Səs ver:
Qəzet müxbiri tibdə yeni ixtira etmiş alimdən, "siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?” — deyə soruşdu. Alim bu suala: "Anama”, — deyə cavab verdi və davam etdi: "Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə: "Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən”, — dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.
Bir azdan anam: "Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?” — deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: "Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub- götürməyi öyrənək”. Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də qorxmadım. Əksinə, hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən”...
 
P.S. Dahi olmaq heç də çətin deyil!


Şərhlər:
Baxılıb: 589
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz