Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansi temperament novune aidsiniz?
Hansi temperament novune aidsiniz?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1585
Səs ver:

http://imgs.su/tmp/1318830906-656.jpg

 

İnsanın psixikasında onun həyatı üçün vacib olan, fəaliyyət növünə yönəldən və ona lazım olmayan informasiyanı kənarlaşdıran qadağalar sistemi işləyir. Ona görə də hər bir insanı, təkrarolunmazlığına və unikallığına baxmayaraq, bu və ya digər növə aid etmək olar. İnsana xas olan dörd əsas psixoloji funksiyaya (düşüncə, emosiya, hisslər və intuisiya) əsaslanaraq isveçrəli psixoloq Karl Yunq vaxtilə xarakterlər tipologiyasını təklif etmişdi. Bu funksiyalardan biri üstünlük təşkil edir. Məhz onun əsasında da insanları müxtəlif növlərə aid edirlər.


Hələ Aristotel qeyd edirdi ki, insanları davranış xüsusiyyətlərinə görə dörd qrupa ayırmaq olar:

1. Sanqviniklər (yunanca: “sanguis” – qan)

2. Fleqmatiklər (yunanca: “phlegma” – bəlğəm)

3. Xoleriklər (yunanca: “chole” – öd)

4. Melanxoliklər (yunanca: “melas chole” – qara öd)

Bununla da günümüzə qədər gəlib çıxan 4 temperament növü haqqında təsəvvürlər yarandı. Temperament haqqında daha dərin elmi araşdırmaları akademik İ.P.Pavlov aparıb. O, müəyyən edib ki, bu və ya digər növ temperament, yəni ali sinir sistemi növü sinir proseslərinin fəallaşma və tormozlanma qüvvəsindən asılıdır.

Sanqviniklər: Bu növ temperamentə malik olan insanlar çox güclü, tarazlanmış və sürətli sinir prosesi ilə xarakterizə olunur. Onlar çox əməksevər və işgüzardırlar. Məqsədlərinə doğru inamla hərəkət etməyi bacarırlar. Bir fəaliyyət növündən o birinə asanlıqla keçə bilirlər və hər bir şəraitdə çox səmərəli işləyirlər. Sanqviniklər adətən şücaətli, məğrur və qorxmaz olurlar. Ən gözlənilməz vəziyyətdə belə “panika”ya düşmür, özlərini ələ ala bilirlər. Digər temperamentli insanlara nisbətən onlar müasir həyati sürətlərə daha asanlıqla uyğunlaşırlar.

Fleqmatiklər: Bu temperament növü güclü, tarazlanmış, lakin qeyri-çevik sinir proseslərilə xarakterizə olunur. Bu adamlar adət etdikləri işlərdə çox aktiv olurlar. Fleqmatiklər gecə-gündüz istirahət etmədən işləməyə hazırdırlar. Lakin işə başlamazdan öncə onları bir müddət “silkələmək” lazımdır. Belələri öz iş yerlərini dəyişməyi xoşlamırlar, bir işi yarımçıq qoyub başqasına qaçmırlar, ünsiyyət yaratmaqda, yeni dostlar tapmaqda çətinlik çəkirlər.

Xoleriklər: Bu növ temperament güclü, lakin tarazlanmamış sinir prosesləri ilə izah olunur. Xoleriklər üçün ən dözülməz olan gözləmə vəziyyətidir. Onlar avtobus dayanacağında gözləyə bilmirlər. Hərəkətsizlik onların təbiətinə ziddir. Öz hərəkətləri isə çevikdir. Hər şeyi öncədən bilməyə can atırlar. Ümumiyyətlə, tələskənlik və çeviklik onların başlıca xüsusiyyətlərindəndir. Mübahisə etdiyi adamı dinləyə bilmirlər. Tez-tez sözünü kəsir, özlərindən çıxırlar. Bütün bunlara baxmayaraq, ünsiyyət qurmağı bacarırlar. Əgər nəqliyyatda kimsə sizə müraciət edib, cavab gözləmədən yanınızda əyləşirsə, o, xolerikdir.

Melanxoliklər: Bu sonuncu temperament növü çox zəif sinir prosesləri ilə xarakterizə olunur. Melanxoliklər hətta ən sadə, ən asan işlərin belə, öhdəsindən çətinliklə gəlirlər. Onlar təşəbbüskar olmurlar və tez yorulurlar. Təzə işlərə başlamırlar. Çətinliklərdən qorxurlar. Hər hansı yeni bir iş onların çiynində ağır yük olur. Melanxoliklər seçimdə və qərar qəbul etməkdə çətinlik çəkirlər. Şəraitin az da olsa, dəyişməsi onları həyəcanlandırır. Belələri həmişə nədənsə narazıdırlar və talelərindən şikayət etməyə həvəslidirlər.



Şərhlər:
Baxılıb: 1585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz