Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narkoz ölüm dadırmı?
Narkoz ölüm dadırmı?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 3291
Səs ver:
Mütəxəssislər deyirlər ki, əməliyyatdan qabaq özünüzü yaxşı yoxlatdırın. Günümüzün sağlamlıq problemləri içərisində cərahiyyə əməliyyatları xüsusi yer tutur. Bəzən həkimlərin müalicədən qabaq tələsik əməliyyat qərarı verməsi isə adi hala çevrilib. İndi xəstə əməliyyatın vacibliyi barədə fikirləşsin, yoxsa əməliyyat xofu ilə "savaşsın”? Əlbəttə ki, bu vəziyyətdə xəstənin psixoloji durumunu fikirləşən çox az adam tapılacaq.

Narkoz olmasaydı...
İnsan sağlığının qiymətini bilməyəndə, bu biganəlik onu əməliyyat stoluna qədər apara bilir. Qaçılmaz olan cərrahiyyə əməliyyatına girən hər kəsi yalnız bir məsələ narahat edir. Görəsən, ağrım olacaqmı? Narkozdan ayılacağammı? "Birdən əməliyyat zamanı ayılaram”. Normal hesab olunan narahatlığın isə əslində heç bir əsası yoxdur. Çünki bu məsələ həkim komandasını da bir o qədər narahat edir. Həkimlər arasında narkoz haqqında maraqlı fikir də gəzir. "Nə yaxşı ki, narkoz var, xəstə danışmaqla bizə mane olardı”.
Narkozun və ya tibbi dillə desək, anesteziyanın tarixi XIII əsrə gedib çıxır. İlk dəfə ispan təbib R. Lilliy efiri icad edib. 1846-cı ildə isə ABŞ-ın Boston klinikasında Ulyam Tomas Morton narkoz verərək xəstənin əməliyyatını keçirib. Elə narkozun da tarixi bu zamandan hesablanır. Bir an narkozsuz əməliyyat barədə fikirləşmək belə dəhşətli olardı.
Müasir anesteziologiya xeyli inkişaf edib, hətta istifadə olunan dərman preparatları daha da təkmilləşdirilmiş, demək olar ki, insan orqanizminə zərərli deyil. Hər halda mütəxəssislər belə deyirlər.

Narkozdan ölmək mümkündürmü?
Narkoz barədə yayılmış doğru və ya yalnış məlumatlar var. Misal üçün, narkoz verilən insan sonrakı həyatında əsəbi olur, narkoz çox veriləndə beyin "quruyur”, narkoz veriləndə adam o biri dünyana gedir, sonra qayıdır, narkozdan sonra qusma xeyirlidir və s. Narkozun kimə və hansı dozada verilməsini bu işi görən anestezioloqlar bilirlər. Elə hamını narahat edən suallara da şəhər xəstəxanalardan birinin təcrübəli anestezioloqu Eldar həkim cavab verir. Mütəxəssis həkim əvvəlcə bizi el arasında daha çox "narkoz” kimi istifadə olunan anesteziya haqqında məlumatlandırır.
"Cərahiyyə əməliyyatı yüngül və ağır ola bilər. Elə buna görə də xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bu isə müxtəlif formada baş verir. Narkoz "dərin yuxu” deməkdir. Anesteziya bir neçə formada olunur. Kiçik əməliyyatlarda yerli (lokal) anesteziyadan istifadə olunur ki, bu da yalnız cərrahi müdaxilə olunan hissənin keyidilməsidir. Bu zaman xəstə ayıq olur, sadəcə ağrını hiss etmir. Diş çəkilməsi də buna misal ola bilər. Biri də var, ümumi anesteziya və ya ümumi narkoz. Bu isə mərkəzi sinir siteminin "söndürülməsidir”, dərman preparatlarının vena daxilinə yeridilməsi və inqalyasiya vasitəsiylə xəstənin süni yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə oyana bilməz. Onun əzələləri boşalır, hissiyyat ölür. Bu vəziyyətdə saxlanılma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən davam edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında məlumat toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa orqanında problem varmı, hər hansı dərman preparatına allergik reaksiyası olubmu və.s. Bu məlumatlar həkim anestezioloq üçün çox vacibdir. Çünki çıxarılan nəticəyə uygun olaraq xəstəyə narkoz məsləhət görülür. Hər kəsin fərdi orqanizminə, yaşına, çəkisinə, sağlamlıq durumuna görə narkoz verilir.
Anestezioloq narkoz verən kimi cərahiyyə otağını tərk etmir, yaxın iki saat ərzində, hətta əməliyyat başa çatdıqdan sonra xəstəni müşahidə etməlidir. Bu mütləqdir. Xəstənin cərahiyyə stolunda narkozdan ölməsi çox nadir hadisə ola bilər. Müasir tibbi texnikanın imkanları ölüm riskini 0-a endirir. Çünki həmin avadanlıq sayəsində narkoz verilmiş xəstənin beyninin vəziyyəti, qanda oksigenin miqdarı, ağciyərlərin fəaliyyəti və s. kimi qeydləri bilmək mümkündür. Cərahiyyə əməliyyatının uğurlu olmasının əsas şərtləri bunlardır: əməliyyatda iştirak edən həkim komandasının peşəkarlığı, müasir tibbi texnikayla təchizat, ən əsası isə əməliyyata götürülən xəstənin sağlamlığı haqqında dəqiq və düzgün məlumat və müayinə qeydləri. Sonuncu ən əsas sayılır. Bəsən xəstə öz sağlamlığı barədə həqiqətləri gizlədir. Bu da onun həyatını təhlükədə qoya bilər. Yaxud, təcrübəmdə bir çox problemlər meydana çıxıb. Bu, əməliyyatdan qabaq qidalanmayla əlaqədardır. Xəstə var ki, öskürəklə və ya yaxşıca yeyib gəlir. Bu doğru deyil. Əməliyyata gələn iki saat qabaq yüngül, duru nə isə qəbul edə bilər. Əks halda narkoz verilən zaman və ya sonra onun üçün narahatlıq - qusma, öyümə olar.
Nəticə olaraq, xəstələrin əməliyyata ehtiyacı yarananda qorxmamalarını məsləhət görərdim. Yalnız mütəxəssis və peşəkar, təcrübəli həkimlərə həvalə olunmasını arzulayardım. Narkoz barədə deyilən bir çox məlumatlar - "əsəbilik yaradır”, "yaddaş itir”, "beyin fəaliyyəti zəifləyir” kimi söhbətlər isə doğru olmayan məlumatlardır”.
Bir sözlə, ekspertin dediklərindən belə çıxır ki, narkozdan ölüm mümkün deyil. Yalnız xəstənin müayinəsi təcrübəli və bilikli həkimlər tərəfindən aparılmalı, diaqnoz doğru qoyulmalıdır, vəssalam.

Bəs spinal anesteziya nədir?
Anesteziyanın bir forması da var. Buna epidural və ya spinal anesteziya da deyilir. Yəqin ki, qeysəriyyə yolu ilə ana olan xanımlar bunu daha yaxşı bilirlər. Əməliyyat yolu ilə uşağın dünyaya gətirilməsi zamanı hamilə qadının bel hissəsindən onurga kanalına iynə vurulur. Bu zaman onun qurşaqdan aşağı hissəsi keyidilir. Spinal anesteziya zamanı xəstə yatmır, sadəcə ağrı hissiyyatı olmur. Cərrahın, otaqda olanların, alətlərin səsini eşidir, amma "başı dumanlı olur”. Təəssüf ki, bu gün analığa namizədlər qeysəriyyə yolu ilə ana olmağı seçirlər. Bu da ağrı hissindən azad olmaq üçündür. Amma normal doğuş olduğu halda, əməliyyata göstəriş olmadığı təqdirdə, bu yolu seçmək özü də sağlamlığa biganəlikdir. Bu arada qeyd edim ki, spinal anesteziyanın tarixi 1898-ci ildən başlanılır. Avqust Bir adlı həkim ilk dəfə onurğa kanalına kokain məhlulu yeridib. Uğurlu eksperiment sonralar ölüm hallarsız ötüşməyib. Bu səbəbdən bu üsulla keyitmə qadağan edilib. XX əsrin əvvəllərindən isə inkişaf etdirilən spinal anesteziya 50-ci illərdən daha sıx istifadə olunub. Spinal anesteziya haqqında da camaat arasında müxtəlif narahatlıq var. Çoxu onurga kanalına vurulan iynədən sonra saatlarla özünə gəlmədiyini, küt baş ağrıları, baş gicəllənmələri olduğunu deyir. Amma mütəxəssislər bu şikayətlərin dərmanlara olan reaksiyadan irəli gəldiyini bildirirlər. Zamanla keçən ağrılar olduğunu qeyd edirlər.

Sonda tək onu vurğulamaq istəyərdim, nə sağlamlığınızı əldən verin, nə də narkozun "dadı”nı bilin.


Şərhlər:
Baxılıb: 3291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz