Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fahişələr də insandır !
Fahişələr də insandır !
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2064
Səs ver:

Bu mövzu, bəlkə, çoxlarını qıcıqlandıracaq. Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq sussalar yaxşıdır.


Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!


alt Yeri gəlmişkən, bunu da deyim ki, “İnqilabın pərdəsi arxasında” adlı bir kitabda baş terrorçulardan biri olan Hüseyn Burucerdinin etiraflarını oxuyub maraqlandım. Demək, inqilab ərəfəsində, Mehdi Bazərganın müvəqqəti dövlətə başçılıq etdiyi zaman mollaların hərəsi özünə bir bəsicçi komitə yaradıb, başlayıblar qanunsuzcasına millətin var-yoxunu talayıb, hərə bir tərəfdən müzeylərin və sarayların əmlakını mənimsəməyə. Varlıları soydular, bir çoxlarını məhkəməsiz edam etdilər və s. Nə isə, həmin edam olunanların birisi Pəri Bolənde (uzunboy Pəri) adlı bir xanım imiş. O, yetimxanadan (?) özünə bir oğulluq götürüb böyüdübmüş. Həmin oğlan gizlicə Pərini bəsicçilərə satıb. Qadını tutub məhkəməyə (!?) aparıb, bütün obyektlərini əlindən alıb, sonra edama məhkum ediblər. Pəri Bolənde “Qəsr” zindanında gözübağlı edam olunan vaxt: “Heç olmasa, mənim  bilərziklərimi, boyunbağımı oğulluğuma verin, özünə xərclik eləsin” — deyə vəsiyyət etmişdi. Sən demə, ona «xilas gülləsi» vuran elə həmən oğulluğu imiş!.. Belə dəhşətli və insan ürəyini kövrəldən işlər tez-tez ittifaq düşür.


Nə isə, bunu demək istəyirdim ki, məcburiyyətdən bədənlərini satan xanımların bir çoxunun ürəyi hər kəsdən çox BAKİRƏdir. Buna arxayın olaq. Biz dəfələrlə daşqalağa məhkum olunmuş qadınların azadlığa buraxılmasına görə BƏYANAT vermək tələbi ilə müxtəlif təşkilatlara müraciət etmişik. Bəziləri soruşur: ”Onlar əxlaqsız deyildi?” Axı rəhmətliyin övladı, tutalım əxlaqsız olublar. Kim bilir, nədən bu yola düşüblər?! Kim bilir əri narkoman olan, könülsüz, zorla ərə getmiş və s. bir qadının dərdini? Qəribə, dəhşətli bir dünyada yaşayırıq!


Bir gün İsa peyğəmbər yoldan keçirmiş, görür, bir qadını daşqalaq etmək istəyirlər. Yaxınlaşıb özü də bir daş götürür. Sonra ətəklərinə daş dolduranlara baxıb deyir: ”Hər kimin etdiyi günahlar bu qadınınkından azdırsa, daşlasın”. Daşlar bircə-bircə əllərdən, ətəklərdən yerə tökülür...

 

Mənbə: Bizim Yol qəzeti



Şərhlər:
Baxılıb: 2064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz