Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
40 yaşına çatmadan nələri etməliyik?
40 yaşına çatmadan nələri etməliyik?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1216
Səs ver:
 
Vaxt çox tez keçir. 40 yaşınıza çatmağınıza çox qala bilər, amma çatanda keçmişi gülümsəyərək yada salmaq istəyirsinizsə, xəbərdə yazılanları etməyiniz məsləhətdir.

Tək tətilə çıx

Tək tətilə çıxmaq sizə çox darıxdırıcı gələ bilər. Bir anlıq bu fikirdən uzaqlaşın, ölkə xaricində və ya ölkə daxilində bir yer seçin və həmin yerə tək gedərək özünüzü kəşf etməyə hazrlaşın.
 
Təzə xarici dil öyrənin

Həmişə öyrənmək istədiyiniz bir dili öyrənmək üçün cəhd göstərin. Heç nə üçün hələ gec deyil. Təzə bir dil həmişə sizin köməyinizə çatacaq.
 
Rəqs edin

Həyatınızı yaşayın, hər zaman rəqs edin. Rəqs kursuna yazılın və ya evdə hər səhər rəqs edin. Enerjili olacağınıza zəmanət verilir.


Könüllü ol

Sevdiyin bir işdə könüllü olaraq işlə. Bu vaxt həm çox şey öyrənəcək, həm də nəyəsə kömək etdiyiniz üçün çox xoşbəxt olacaqsınız.

Bədəninin istədiyini et

Çox istədiyiniz, amma cəsarət etmədiyiniz tatuaj, pirsinq etdirin və ya saçınızın rəngini dəyişin. İndi etdirməsəniz, sonra çox gec olacaq. Bədəninizə sahib olun və nə istəyirsiniz onu da edin. Kiçik bir tatuaj etdirə, hətta qulağınızı deşdirə bilərsiniz. Sadəcə, həmişə istədiyiniz, amma cəsarət etmədiyiniz şeyləri etməyə cəsarət tapıb edin.

Xəsislik etmə

Gələcəyinizi təbii ki düşünməlisiniz, amma bunu böyütməyərək bu günü də yaşamalısınız. Bahalıdır deyə getmədiyiniz konsertlər, yığıncaqlar və ya çox sevdiyiniz ayaqqabı bir dəfə qarşınıza çıxa bilər. Sizi xoşbəxt edəcək şeyləri sabaha saxlamayın və pulunuza xəsislik etməyin. Həyatınızı paylaşın.

Evlənmək - ailə qurmaq
 
Evlənmək məcburi deyil, amma həyatı tək yaşamaq olmur. Sevə biləcəyiniz və sizi xoşbəxt edə biləcək bir insan tapın və həyatınızı onunla paylaşın.

Fərqli şeylər axtarın

"Heç vaxt etmərəm" deməyi yaddan çıxarın və hər şeyi təcrübədən keçirin. Kiçik ev düzəldin, gecə dənizdə çimin və ya futbola baxmağa gedin. Maraqlı olmadığını düşündüyünüz şeylər sizi təəccübləndirə bilər. Həm də illərlə yadınıza salıb güləcəyiniz hadisələr də olacaq.


Yığıncaq təşkil edin

Bütün doslarınızı çağırın və bir yığıncaq təşkil edin. Çətin və qarışıq görünə bilər, amma düzüb-qoşarkən sizin üçün həm təcrübə olacaq, həm də yığıncaqda özünüzü yaxşı hiss edəcəksiniz. Həmdə bütün dostlarınızla bir yerdə əyləndiyiniz yığıncaqdan daha gözəl nə ola bilər?

40 yaşındakı özünə məktub yaz

Daha 40 yaşınıza çox qala bilər, ancaq o vaxtın necə keçdiyini bilməyəcəksiniz. İndi nə hiss etdiyinizi, 40 yaşında necə bir həyat yaşamaq istədiyinizi bir məktuba yazın və gizlədin. 40 yaşında o məktubu oxuyanda indiki yaşınızı və necə həyatınız olduğunuzu yadınıza salıb gülümsəyəcəksiniz.


Şərhlər:
Baxılıb: 1216
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz