Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Düz" bildiyimiz səhvlər | Gözlər haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2304
Səs ver:

http://imgs.su/tmp/1318685163-656.jpg

 

Bəzən düz bildiyimiz məlumatları yoxlamadan əminliyinə illərlə inanırıq. Gözlər haqqında düz bildiyimiz 15 səhv bunlardır:

Səhvdir: Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.
Düzdür:
 Eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür.


Səhvdir: Bir insan uzağı və yaxını dəqiq görürsə, deməli gözü sağlamdır.
Düzdür:
 Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur.


Səhvdir: Çox ağlamaq göz yaşın qurudur.


Düzdür: Ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur.


Səhvdir:  Rahatladıcı eynək baş və göz ağrısını azaldır.
Düzdür:
 Rahatladıcı eynək yoxdur. Eynək rəqəmlərlə fərqləndirilir. Eynək daha yaxşı görmək üçün istifadə olunmalıdır. Rahatladıcı eynək adlandırılan eynəklərin hər hansı bir müalicəvi və ya rahatlatma xüsusiyyəti yoxdur.


Səhvdir: Duzlu yeməklər gözə mənfi təsir edir.
Düzdür:
 Duz hipertenziya kimi bəzi xəstəliklərə mənfi təsiri ola bilər. Lakin gözün sağlamlığına heç bir mənfi təsiri yoxdur.


Səhvdir:  Çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.
Düzdür:
 Bu kimi halların gözün sağlamlığına mənfi təsiri yoxdur. Lakin bunlar gözün pisləşməsi əlaməti kimi görünə bilər.


Səhvdir: Kök yemək görməyi yaxşılaşdırır.
Düzdür:
 Bütün meyvə və tərəvəzlərdə gözə xeyirli olan vitaminlər var. Lakin çoxlu kök yeməyin gözə xüsusi təsiri yoxdur.


Səhvdir: Katarakt xəstəliyi sadəcə yaşlılarda olur.
Düzdür:
 Katarakt yaşlılarda daha çox müşahidə olunsa da uşaqlarda, gənclərdə və körpələrdə də olur.


Səhvdir: Katarakt xəstəliyi bir gözdən digər gözə keçə bilir.
Düzdür:
 Katarakt bir gözdən digər gözə keçə bilmir. Lakin çox hallarda hər iki gözdə olmaqla müşahidə olunur.


Səhvdir: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirir.
Düzdür:
 Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirmir. Lakin gözdə olan kiçik qüsurları ortaya çıxarır.


Səhvdir: Eynəkdən imtina etmək üçün gözü cızdırmaq.
Düzdür:
 Görmə qüsurlarının müalicəsi üçün tədbiq olunan lazer müalicəsində gözün şəffaf təbəqəsi bəlli hissələrdə incəldilir. Gözün hər hansı bir hissəsi cızılmır.


Səhvdir: Körpələr eynək taxmır.
Düzdür:
 Gözün müayinəsi anadan olduqdan sonra keçirilir. Körpələr 3 aylıq dövrdən sonra eynəkdən istifadə edə bilər.


Səhvdir: Uşaqlarda olan çəpgözlük böyüdükcə keçir.
Düzdür:
 Uşaqlarda bəzi hallarda çəpgözlük ciddi səviyyədə olur. Onlar dərhal müalicə olunmalıdır. Çəpgözlüyün eynək və lazer vasitəsilə müalicəsi mümkündür.


Səhvdir: Katarakt xəstəliyi yenidən yarana bilir.
Düzdür:
 Katarakt yenidən yaranmır. Bəzən bəzi hallar kataraktın yenidən yaranması kimi qəbul edilir. Lakin katarakt yenidən yarana bilməz.


Səhvdir: Göz damcısını damcılatdıqdan sonra gözü möhkəm qırpmaq lazımdır.
Düzdür:
 Gözə damcı damcılatdıqdan sonra 1 dəqiqə ərzində gözü yatılan vəziyyətdə bağlamaq lazımdır. Gözün sıx qırpılması damcının təsirini azaldır.


 Mənbə:ann.az



Şərhlər:
Baxılıb: 2304
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz