Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adəmin vampir arvadı ARAŞDIRMA
Adəmin vampir arvadı ARAŞDIRMA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1984
Səs ver:
http://imgs.su/tmp/1318661020-656.jpg

Mifologiyada qaniçənlər

Hazırda "vampir" dediyimiz zaman hamı bu sözün mahiyyətini dərk edir və söhbətin nədən getdiyini dərhal başa düşür. Bəs, görəsən, qədim zamanlarda "vampir" anlayışı vardımı?! Qədim insanlar vampirləri necə təsvir edirdilər?

Araşdırmamız nəticəsində məlum oldu ki, insan oğlu ən qədin çağlardan bu günə vampir inancında bir addım da olsa inkişaf etməyib, hələ də ağcaqanaddan və yarasadan başqa gecələri qanımızı içən məxluqların varlığına inanır. Sizin üçün də maraqlı olacağını düşündüyümüz üçün yazını diqqətinizə təqdim edirik. Təbii ki, inanmaq üçün deyil, ibrət götürmək üçün...


"İncil"də də vampir var

Başqa uydurmalar kimi vampirlər barədə də dedi-qoduların başlanğıc tarixi dəqiq məlum deyil. Amma barəsində ilk dəlilin Mesopotamiyadakı "Tigris" (Dəclə) və "Euphrates" (Fərat) çaylarının yaxınındakı Gildanidə (Kıldani), gil və daş plitələrin üzərinə yazılmış assur kitabələrində olduğu bildirilir. Gildanilər diyarına "İncil"də adı çəkilən Abrahamın (Quranda bu ad "İbrahim" olaraq qeyd olunur) əsl evi olan "Ur of the Chaldeans" da deyirlər.

"Lilith" (Lilis) ibranilərin müqəddəs kitabında adı çəkilən vampirlərdən biridir. Müqəddəs kitabda onun təsvirinə xüsusi yer verilib. Lakin bu vampir barəsində ilk məlumat İsanın kitabında deyil. Əksər araşdırmaçılar Lilisin babillilərin "demonologiya"sı ilə eyni mənşədən olduğunu iddia edirlər.


Mifə görə, Lilis gecələri bayquş cildinə girərək gəzən qanəmicidir. Ov etmək məqsədilə yeni doğulmuş körpələri və hamilə qadınları axtarar. Deyilənə görə, Həvva yaranmamışdan əvvəl Adəmin ilk arvadı da Lilis olub. Əfsanəyə inansaq, məlim olur ki, şeytana aldanan ilk qadın Həvva yox, Adəmə itaət etmək istəməyən Lilis olub.

Onun bir sıra fövqəladə qabiliyyəti vardı, amma şərin tərəfində idi. Elə bu səbəbdən də Adəm və Həvvanın övladlarına (dini kitablara əsasən, bütün bəşəriyyətə) hücum edib onları özünə çevirmək istəyən, şeytanın ordusunu yaratmağa söz verən vampirə çevrildi.

Vampirlər barədə rəvayətlər Misir, qədim Yunanıstan və Roma sivilizasiyalarında da vardı. Qədim yunanlar uşaqlarını yeyənin və qadınlarının qanını içənin "strige" (Strig) və ya "lamiae"nin (Lamiya) olduğuna inanırdılar. Mifalogiyada Lamıya Zevsə aşıq olan qadın idi. Amma Zevsin arvadı Hera daim onunla döyüşdüyündən, daha sonra o, Zevsə yaxın düşə bilməyib. Buna görə də Lamiya havalanır və qarnındakı dölünü öldürür. Bundan sonra da başqa körpələri öldürmək üçün ova çıxır.


Qədim Yunanıstanda və Romada məşhur olan rəvayətdə "Mennipus" adlı gənc bir adamın toyundan bəhs edilir. Toyda tanınmış filosof olan Tianalı Apollonius gözəlliyi ilə hamını valeh edən gəlini araşdırır və onun vampir olduğu qənaətinə gəlir. Mifə görə (daha sonra bu hekayə I əsrdə Filostratus adlı bir alim tərəfindən də nəql olunub) gəlin vampirizmi qəbul etdiyini inkar etməyib. O, Menippus ilə evlənməsinin səbəbini isə əlinin altında daim içəcək təzə qan olacağı ilə əsaslandırıb.

Vampirlər Çin və Nepalda
Vampirlər barədə rəvayətlər qaniçənlərin "kianq şi" adlandırıldığı qədim Çində də mövcud idi. Həmçinin qədim Hindistan və Nepalda da vampirlərin yaşadığı iddia olunur. Mağara divarlarında qədim dövrlərə aid divar rəsmlərində bir sıra məxluqların qan içdiyi göstərib. Nepala məxsus "Ölümün şahı" əlində içi qanla dolu kəllə şəklində bir qədəh tutaraq qan dolu bir hovuzun qarşısında dayanmış halda təsvir edilib. Bu divar şəkillərindən bəzilərinin e.ə. III minillikdə yarandığı bildirilir.

Hindistanda
Rakşaslar (yox edənlər mənasını verir) "Vedas" adı verilən qədim Hindistanın müqəddəs inanclarında təsvir ediliblər. Bu yazılarda (təxminən e.ə. 1500-cü il) rakşaslar vampirlər kimi qələmə veriliblər. Qədim Hindistan haqqındakı başqa məlumatlarda isə Rakşasdan başqa, daha bir qanəmiciyə rast gəlinir. Bir ağacdan başı aşağı aslmiş, yarasaya bənzəyən və öz qanı olmayan bir qaniçən məxluq "Baital" adlanırdı.


Qədim asiyalılardan olan malayziyalılar isə "Penanqqalen" adlı vampirin varlığına şübhə etmirdilər. Penanqqalenin başqa vampirlərdən fərqi bunda idi ki, onun başı insan başı olsa da, qalan bütün daxili orqanları çöldə idi. O da, başqa vampirlər kimi, insanların qanını içməklə qidalanırdı.

Vampirlərdən yazan tanınmış yazıçı Montak Sammersin 1928-ci ildə yazdığı və bir klassikə çevrilən "Vampir - qohumları və yaxınları" adlı əsərində ispan səyyahların gəlişinə qədər vampirlərin Meksikada yaşadıqları iddiası irəli sürülüb.

Ərəblərin "Aqul" adlı "Min bir gecə" nağıllarında vampirlərə bənzəyən varlıqlardan söz açılır. O məxluqlar insan əti yeyən xortdanlar kimi təqdim olunurlar.

Təməlində ruhların dayandığı Afrika inanclarında da vampir əfsanələrinə dair işarələr var. Məsələn, Kafra qəbiləsi ölünün dirilərək bir canlının qanıyla yaşaya biləcəyinə inanırdı.


Qədim Peruda isə gənc adamın qanını içərək Şeytanın müridlərindən birinə çevrilməyin mümkün olduğuna inanılırdı.



Şərhlər:
Baxılıb: 1984
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz