Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dürüstlük insanı xoşbəxt edir
Dürüstlük insanı xoşbəxt edir
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 3123
Səs ver:
 
Yalan ayaq tutar amma yeriməz" deyən atalarımız hər zaman bizi dürüst olmağa çağırıblar. İnsanın ancaq dürüstlüklə irəli gedəcəyini düşünən başbilənlər yalan danışmağın zaman-zaman insanın qarşısına çıxardığı çətinliklərdən söz açıblar. Belə ki, yalan danışmaq təkcə əxlaqi, mənəvi baxımdan deyil, eləcə də fiziki baxımdan insana zərər vurur. 

Amerikalı elm adamlarının araşdırmalarına görə, dürüst olmaq insanı sağlamlaşdırır. Elm adamları yalan danışmanın stressə səbəb olduğunu, bunun da yalnız insan psixologiyasına deyil, bədəninə də zərər verdiyini bildirir. "Bir insanın doğru yolu olub, yolunu itirib, çaşdığını heç görməmişəm" deyən psixoloq Aynur Əlibəylinin sözlərinə görə, doğru yolu izləyərkən nəyin doğru, nəyin səhv olduğunu təyin edən amillər var. Bu amillərin bir hissəsi bioloji meyllər, bir hissəsi əxlaqi vicdan, bir hissəsi isə cəmiyyətin şəkdiyi sərhədlərdir. Ədalətli olmaqla dürüst olmaq biri digərini tamamlayan dəyərlərdir. 

Psixoloq bildirir ki, dürüstlük 3 cür olur. Həqiqi dürüstlər, onlara sərf etməsə belə hər zaman dürüst qalırlar, satılmırlar. Belə insanlar inanmadığı şeyi əsla həyata keçirməz, deməzlər. Hər cür təsir qarşısında sonuna qədər müqavimət göstərərlər. Niyyətləri, düşündükləri, söylədikləri və etdikləri hər zaman bir-birinə uyğun olur. 

İkinci növ dürüstlük isə "dürüst görünmə"dir. Belə insanlar başqalarını aldatmaq üçün məqsədli bir şəkildə doğru davranış göstəririlər. Belələri gündəlik həyatda tanımaq mümkün olmur. Bu tip insanlar səhv hərəkətləri ilə peşmançılıq hiss etməyən insanlardır. Hər hansı bir çətin vəziyyət qarşısında anidən əyilə bilən insanlar dürüst görünən insanlardır. "Dürüst görünən" insanlar başqalarında asanca güvən qazandıqları üçün uzun münasibətlərdə onların yalan olduğu ortaya çıxa bilər. Belə insanlar çox zaman tez-tez dürüstlükdən danışarlar. "Kimdə nə yoxdursa, ondan danışır. Bu insanlar ikiüzlü, yalançı olduqları üçün başqalarını aldadıb, yoldan çıxara bilməkdən ötəri tez-tez dürüstlükdən danışır, tez-tez and içirlər". 

Həmsöhbətimizin sözlərinə görə, üçüncü növ dürüstlük isə vəziyyətə bağlı olan dürüstlükdür. "Bu insanlar olduqları mühit imkan vermədiyi üçün dürüst davranırlar. Yaşadıqları sistem nizamlı, mükafat və cəza mexanizminin yaxşı qurulduğu bir mühitdir. Belə insanlar mühit dəyişən kimi rahatca yalan danışa bilən insanlardır". 

Müsahibimiz bildirir ki, həqiqəti danışmaqla dürüst olma arasında müəyyən fərqlər var. Bəzi həqiqətlər var ki, onu cəmiyyət arasında dürüstcəsinə demək olmaz. Məsələn, sevdiyin bir insana cəmiyyət içərisində "nəfəsin iy verir, dişlərin çirklidir", - demək həqiqəti söyləməkdir, amma düzgün deyil. Belə vəziyyətlərdə niyyət və nəzakət faktorunu unutmamalıyıq. "Bəzən insanlar yalanla səhvi fərqləndirə bilmirlər. Amma bir məsələyə diqqət edək: hava proqnozunu təqdim edən aparıcının dediklərinin ertəsi gün çıxmaması uşaqlar tərəfindən yalan olaraq qəbul edilə bilər. Ancaq aparıcı ona verilən məlumata əmin olmadığı üçün bu, sadəcə bir səhvdir. Yalan bilərək və istəyərək mənfəət və ya özünü müdafiə etmək üçün insanın doğruları dəyişdirməsi və ya gizləməsidir". 

Dürüstlük insanı xoşbəxt edir. Amma bu, həyatını mənfəətlər üzərində qurmuş insanlar üçün deyil. Dürüstlüyün inam olaraq insana qayıdışı uzun zaman ala bilər. Dürüst olmayan, çox zaman yalan danışan insanlarda stress, baş ağrıları, ara-sıra ürək sancmaları baş verir. Çünki yalançı insanlar hər zaman söylədikləri yalanların fikri ilə yaşayırlar. Bilirlər ki, yalanları bir gün qarşılarına çıxacaq. Bu səbəbdən belə insanlar çox zaman rahatlıq tapmırlar.


Şərhlər:
Baxılıb: 3123
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz