Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən çətin peşə
Ən çətin peşə
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 801
Səs ver:
Yaxşı həkim, məsuliyyətli vəkil, təcrübəli mühəndis və yaxud istedadlı proqrammist olmaq o qədər də asan deyil. İstənilən peşə sizdən çox vaxt və güc tələb edir. Lakin bu dünyada ən çətin bir iş var. 
Biz həyatımız boyu oxuyub təcrübə qazanırıq, bacarıqlarımızı inkişaf etdiririk. Biz daha yaxşı bir mütəxəssis olmağa çalışırıq. Lakin dünyanın ən çətin işi bizdən daha çox şey tələb edir. Bu işin mahiyyəti insan ola bilməkdir.
Nə qədər şablon səslənsə də, əfsuslar olsun ki, hər kəs bu işin öhdəsindən gələ bilmir. Bu işi biz gündə 24 saat və istirahətsiz yerinə yetirməliyik. Bəzi insanlar mütəxəssis şəxsiyyətlərinə daha çox diqqət ayırırlar. Onlar hesab edirlər ki, yalnız təcrübə və bacarıqların sayəsində öz karyeralarını qura bilərlər. Lakin onlar insan olmaq, insan karyerası haqqında unudurlar – dürüst, yardım sevən və s. olmaq. Eyni bacarıqlara və mütəxəssis keyffiyyətinə sahib olan iki namizəd arasında işə götürən mülayim, alicənab və məsuliyyətli namizədə üstünlük verəcək. Belə bir namizədlə çalışmaq çox xoş və asandır.
Bəs belə bir namizəd olmaq üçün nə etməli? İnsan olmaqdan daha önəmli nə var?

Mütəxəssis olmaq
Hər hansısa peşədə mütəxəssis olmaq üçün həmin peşəyə yaxşı bələd olmağınız gərəkdir. Gəlin, aydınlaşdıraq, yaxşı insan nə deməkdir? Yaxşı insan başqalarına kömək edən, insanlara qarşı soyuqqanlı olmayan biridir. Buna görə, belə bir əməkdaş hər zaman qiymətləndirilir.

Şəxsi "Mən”-inizin sərhədlərini aşmaq
Yaxşı insan olmaq üçün ətrafınızda baş verən hadisələrə diqqət yetirmək lazımdır. Ancaq özünüz, öz yaxınlarınız haqqında düşünərək insan karyerası qura bilməzsiniz.Biz sadəcə olaraq cəmiyyətdə yaşamırıq, biz onun bir hissəsiyik və biz biləvasitə olaraq ona təsir edirik.Dəyərlərin və mühitin formalaşması bizim hər birimizdən asılıdır.
Hər birimiz digər insanların pis hərkətlərini başa düşürük. Məsələn, işə götürən müsahibədən sonra bizə zəng etmir, satıcı bilərəkdən pulumuzun qalığını səhv qaytarır, polis günahkarı azad edir və günahsızı incidir və s. Biz mənəviyyatın sərhədlərini ayırd edə bilirik. Lakin bəzi insanlar bu sərhədləri aşıb yeni bir mühit yaradırlar. İnsanlara pis addımların atmamalarına imkan verməmək onlara yaxşı işlər görməyə imkan yaratmaq qədər vacibdir. Bunun üçün isə ətrafınıza nəzər yetirməyi və yalnız şəxsi deyil, həmçinin ümumi maraqlarınıza arxalanaraq qərarlar qəbul etmək lazımdır.

Özünü göstərmək
Paradoks bundadır ki, yaxşı mütəxəssis olduğunuzu sübut etmək daha çətindir, nəinki yaxşı insan olduğunuzu. Lakin yaxşı insan ola bilmək daha çətindir.
Qeyd edək ki, araşdırmalar göstərir ki, işə götürənlər şəxsi keyfiyyətləri yaxşı olan namizədlərə üstünlük verirlər.


Şərhlər:
Baxılıb: 801
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz