Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilisinə "kələm"im deyən xalq hansıdır?
Sevgilisinə
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 1909
Səs ver:
Çoxdanı xəbər hazırlamağa vaxtım olmurdu dərslərdənş amma bu gun Missisimin gözəllərinə marağlı bir xəbər hazırladım.
Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini "birəm” deyib oxşadıqları halda taylar sevgiliyə "balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə "balqabaq” deyir?

"Balaca kələmim” - Fransızlar
"Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

"Balqabağım”
- Portuqallar
Portuqallar isə "çuçu” sözünə, yəni "balqabaq” müraciətinə üstünlük verirlər. Sözün sonuna "zinho”, yəni "balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

"Gözləri olan yumurta” - Yaponlar
Yaponlarda qadına "gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.

"Kəllə qənd” - İspanlar
İspanlar sevgililərinə "şirinim, balım” sözləri ilə yanaşı "qəndim” deyə də müraciət edirlər.

"Ürəyimin meyvəsi” - İndoneziyalılar
İndoneziyada uşaqları "ürəyimin meyvəsi” deyərək oxşayırlar. Hətta bu söz Cakartada bir xəstəxananın adıdır.

"Birəm” - Fransızlar
Fransızların qəribə xitabları yuxarıdakı "balaca kələmim”lə bitmir. Onlar sevgililərinə "birəm” deyə də müraciət edirmişlər. Rəvayətə görə bu söz insanların bir-birilərinin birələrini təmizlədikləri dövrlərin ən şirin xatirəsidir.

"Ceyranım” – Türklər
"Ceyran”, "maral” da bizim və ümumilikdə türk xalqlarının sevimli müraciət formasıdır. Ərəblər də gözəl gözlü xanımları belə çağırırlar.

"Balaca filim” – Taylar
Fillər Tailandda yaşayanların ən çox sevdiyi heyvanlardır. Onlar fillərin uğur gətirdiklərinə inanırlar. Hətta bir müddət dövlət bayrağında da fil fiquru əks olunubmuş. Ona görə də, "balaca filim” müraciəti burada bənzərsiz tərif hesab edilir

"Batan balıq, yıxılan qaz” – Çinlilər
Bu maraqlı sözün arxasında əslində qədimi Çin rəvayəti yatır. Rəvayətə görə, Xi Şi adlı gözəl bir qadın varmış. Xi Şi göldəki balıqlara baxanda balıqlar onun baxışlarından elə təsirlənirmişlər ki, üzməyi yaddan çıxarıb batırmışlar. Göydə uçan qazlar da Xi Şini görən kimi ona vurulur, qanadlarını tərpətməyi yaddan çıxarıb yerə çırpılaraq ölürmüşlər. Beləliklə də, çinli kişilər sevdikləri qadının gözəlliyini ifadə etmək üçün
bu sözü deyərmişlər.

"Balaca göyərçin” – Ruslar
Bu xitaba əsasən Puşkinin əsərlərində rast gəlinir. Puşkin özündən yaşca böyük dayəsinə sevgisini göstərmək üçün "balaca göyərçin” sözünü işlədirmiş. Bu xitabın Rusiyada "İncil”in tarixi qədər qədim olduğu bildirilir. "İncil”in ruscaya tərcüməsi ilə dilə daxil olan "balaca göyərçin” sonradan sevgililər arasında populyarlaşıb
Qızlar siz nə deyirsiz sevgilinizə?


Şərhlər:
Baxılıb: 1909
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz