Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmaq istəyirsiniz?
Xoşbəxt olmaq istəyirsiniz?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2245
Səs ver:
Xoşbəxt olmaq üçün 20 qaydaya nəzər salaq:

1. O qədər güclü ol ki, heç nə sənin ruhunun sakitliyini pozmasın.

2. Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və Allahın verdiyi gözəl nemətlər haqqında danış.

3. Dostlarına hər imkanda onların nə qədər dəyərli olduqlarını hiss etdir.

4. Hər hadisənin işıqlı tərəfini görməyə çalış, optimizmin ürəkdən gəlsin.

5. Yalnız ən yaxşı şeyləri düşün və ən yaxşılar uğrunda çalış. Orta yolu tutma, hər zaman qabağa getməyə çalış və unutma: niyyətin hara, mənzilin ora.

6. Dostlarının uğurlarına öz uğurların qədər sevin, həsəd etmək ruha zərərdir.

7. Keçmişdəki səhvlərini unutma, lakin yadına salıb tez-tez qaranlığa da qapılma, beynini "Niyə belə etdim" sualı ilə yorma. Çünki qədər, qismət və tale çərçivəsində hər etdiyin şey Allahın istəyi və əmri ilə baş verir.

8. Gələcək üçün yaşama, çünki gələcək naməlumdur. Həm də arzuladığın kimi olmaya bilər. Arzula, xəyal qur, istə, plan cız, amma xoşbəxtliyi gələcəkdə axtarma, əlində olan nemətlərdə axtar.

9. Zorla üzündə xoşbəxt, mehriban ifadə yaratmağa çalışma, səmimi ol, içindən gəldiyi kimi rəftar elə. Yəni birini çox istəmirsənsə, "səni heç sevmirəm, sənə nifrət edirəm" kimi içindən keçən cümlələri qarşındakına olduğu kimi çatdırmağı nəzərdə tutmuram. Sadəcə rahat ol. "İnsanlar haqqımda nə düşünər, nə edim məni qəbul etsinlər, nə edim xoşlarına gəlim?" sualları ilə beynini yorma. Çünki nə qədər ideal olsan, mütləq əleyhinə olan, səni bəyənməyən insanlar olacaq. Ona görə fikir vermə. Başqa tərəfdən də səmimi olsan, ətrafında dürüst, içdən, candan dostların hər zaman olacaq.

10. Özünü inkişaf etdirməyə o qədər vaxt ayır ki, başqalarını tənqid etməyə vaxtın qalmasın.

11. Qüsur axtarma. Gözəllikləri tapmağa və görməyə çalış.

12. Narahat olma. Canını sıxma. Çünki səni Yaradan, haqqında ən xeyirlisini yaradacaq. Öz iradən elə çox rol oynamır. Allahın sonsuz iradəsinə təslim ol və güvən Ona.

13. Hirslənmə, qəzəb, əsəb sadəcə özünə zərərdir. Həm də başqa günahlara yol açır.

14. Heç nədən qorxma. Əgər qorxulacaq bir situasiya yaransa, dərhal Allahın "Qorxma, Mən səninləyəm, Eşidirəm və Görürəm” mesajını yadına sal. Ən güclü olan Allahdırsa, ən güclü olan da səni qoruyacaq.

15. Əsla kədərlənmə. Həyatda heç nə kədərlənməyə dəyməz. Kədərlənəcək saxta səbəblər yaratma özünə. Xəstəsənsə, çarəsi tapılar. Xəstəliyi verən Allah şəfasını da verər əlbət. Malını itirsən, dalını qazanarsan irəlidə. Dostlarını itirsən, Allah əvəzinə daha səmimi, mehriban dostlar verər sənə. Çarəsiz kimi görünən ölüm gələr, yaxınlarını, sevdiklərini aparar. Amma ölüm də son deyil, unutma. Yeni və əbədi həyata başlanğıcdır. Və bu həyatda Allah insanlarla ən ədalətli şəkildə rəftar edər. Yaxşıları sonsuz cənnət məkanında gözəl nemətlər içərisində yaşadar. Pislərə də Cəhənnəm əzabı ilə qarşılıq verər.

16. Dua elə. Allahla söhbət elə yaxın dostun kimi, sirdaşın kimi, dərdlərini Ona aç, problemlərini, sıxıntılarını, qüsurlarını Ona danış, utanma, insanlar qınayar səni, kömək də etməzlər bəlkə. Amma Allah hər zaman cavab verər səsinə . Sən eşitməyə bilərsən Onun səsini bəlkə də. Amma Alla eşidəndir, görəndir və dualara cavab verəndir. 


17. Vicdanının səsini dinlə hər zaman. Vicdan Allahın səsidir. Səni hər zaman düzə, doğruya, xeyrə apararar. Yolundan döndərmək istəyənlərə uyma. Vicdan nə deyir onu et.

18. Ən vacib maddələrdən biridir. Təfəkkür etmək, yəni düşünmək. Kainat, insanlar, yaradılış, səbəb-nəticə əlaqələri, öz nəfsin, niyyətin üzərində düşün. Təfəkkür etmək zehni açır. İnsanın ağlını, şüurunu inkişaf etdirir.

19. Bu maddəni əsla unutma. Həyat sürətli bir qatar kimidir. Səni son mənzilə, yəni Allahın hüzuruna aparacaq. Uzun, əyri-üyrü yollardan aparacaq səni. Cürbəcür görüntülər görəcəksən o qatarın içində. Görüntü, yəni hadisələr, insanlar və səbəblər. Çalış görüntülərdən çox təsirlənmə. İlişib qalma onlarda. Çünki hamısı müvəqqətidir. İradəni sınamaq üçün sənə göstərilir. Eynilə kino lenti kimi. Sən son mənzilə çatanda o görüntülərin heç biri, hətta ən dəyərli bildiklərin belə yanında olmayacaq. Səni yola salacaqlar. Amma ora çatanda tək-tənha olacaqsan. Odur ki, duyğularınla hərəkət eləmə. Çünki həmişə səni yanıldacaqlar. Ağlını ən düzgün şəkildə istifadə elə. 

20. Qəflətdən uzaq ol. Allahın Quranla sənə çatdırdığı bu ismarıcı əsla unutma: İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər (Ənbiya surəsi, 1).


Şərhlər:
Baxılıb: 2245
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz