Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısqanclığın anatomiyası
Qısqanclığın anatomiyası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1819
Səs ver:
http://imgs.su/tmp/1318414598-656.jpg

Hər şey heç nədən məhv ola bilər...

Qısqanclıq - insan həyatının ilk illərində onun varlığına təhdid kimi gördüklərinə qarşı verdiyi reaksiyadır.

İnsan təbiətinin vaz keçilməz bir parçası olan qısqanclıq inkişaf prosesində qazanılan münasibətləri itirməmək üçün özünü müdafiə vasitəsinə çevrilir.

Yetkin yaşlarda isə qısqanclıq sevdiyimiz adamı itirməmək məqsədilə romantik münasibətlərdə öz varlığını davam etdirir.

Qısqanclıq hisslərinə təkan verən şeylərdən biri insanın özünəinamında yaşadığı tərəddüd, digəri isə itirmək qorxusudur. Bu iki amil bir-birindən uzaq deyil. Zaman-zaman onlar kəsişirlər. Özünə güvənməyən insanda sevdiyini itirmək qorxusu da güclü olur. Bu da qısqanclıq üçün zəmin təşkil edir.

Belə insanlar hamını özünə qarşı təhdid kimi görür. Onlar başqalarını daha uğurlu, gözəl hesab edirlər. Belələri ilə qarşılaşanda isə məcbur qalıb təmkinli davranırlar. Bu təmkin da həmin insanın qısqanclığa qapılmasına səbəb olur.

Qarşısındakını itirəcəyinə əmin olan adam özünü müdafiəsiz hiss edir. Bu hiss müdafiə mexanizmini işə salır. Uşaqlıqdan yetkin çağlara doğru inkişafda olan qısqanclıq mexanizmi işləməyə başlayır. İtirməkdən qorxuduğu insanı təhdidlərdən uzaqlaşdıraraq həyatında saxlamağa çalışır. Beləliklə, qabağındakı adamın azadlığını məhdudlaşdırmaq cəhdləri edir.

Əslində, belə anlarda başqa cür davranmaq lazımdır. Birincisi, insan hisslərə qapılıb yanıla bilər. Bu da əslində qaydasında olan münasibətlərin korlanmasına gətirib çıxara bilər. İkincisi, yuxarıda bəhs etdyimiz məqam - münasibətinizə təhdid olaraq gördüyünüz, uğurlu, gözəl hesab etidiyiniz adamın meydana çıxması - münasibətlərin davamlılıq potensialını və qarşı tərəfin sədaqətini yenidən dəyərləndirmək baxımından yararlı ola bilər.

Qısqanclıq sevginin, ehtirasın, bağlılığın göstəricisi kimi təqdim edilsə də, çox vaxt narahatlığa və mübahisələr gətirib çıxarır. Xüsusilə, qarşı tərəfin azadlığı məhdudlaşdırılanda münasibətlər dağıla bilər. Qısqanclıq hisslərdən hərəkətə keçdikdə, yəni davranışlara təsir etdikdə münasibətlərdə "çat" əmələ gətirir, hər iki tərəf ruhən bir-birindən uzaqlaşırlar.

Qısqanılan adam qarşısındakını və qısqanclığın münasibətlərə göstərdiyi təsirinin altından çıxmaqda çətinlik çəkə bilər. Bu nöqtədə qısqanan adam öz hisslərində və davranışlarında idarəetməni itirməməsi çox vacibdir.

Yoxsa, heç nədən hər şey məhv ola bilər...



Şərhlər:
Baxılıb: 1819
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz