Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz quruluşu ilə insan psixologiyası arasındakı əlaqə
Üz quruluşu ilə insan psixologiyası arasındakı əlaqə
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 4497
Səs ver:
 
Uzun illər insanlar, xüsusilə də, çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə, onlar üz oxuma sənəti olan "fizionomiya” nı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas alınaraq müəyyən nəticələr çıxarılır.

Alın — insanın düşüncələri haqqında məlumatı verir.

Böyük alın güclü xəyal gücü və intellektuallığı göstərir. Dar alın isə insanın diqqətli, zamana önəm verən, riyazi qabiliyyətinin yüksək olduğuna işarə edir.

Gözlər - həyata baxışı və həyata davamlılığı göstərir.

Gözlər çuxur şəklində olan insanlar ciddi və sirli, gözləri bir-birinə yaxın olan insanlar səliqəli, qərarlı və detallara varmağı sevən, böyük gözləri olanlar açıq sözlü, nəzakətli və sözünə güvənilən, kiçik gözlərin sahibi isə asanlıqla diqqətini cəmləyən və özünə qapanıq olurlar.

Gözləri aşağı doğru meyilli olanlar həyata nikbin baxmağı bir o qədər də xoşlamırlar, qabarıq şəkilli gözləri olan insanlar isə həyata qarşı daha həvəsli və tez inciyən olurlar.

Burun - Bu bədən üzvü iş həyatını və pula baxışın rəmzi hesab edilir. 

Geniş burun özünə güvəni və sosial münasibətləri, dar burun nəzarət etməyi və zəmanət verməyi, böyük burun ideallığı və lider olmaq istəyini, yuvarlaq burun isə pul qazanmaq sahəsində uğuru və qənaətcilliyi göstərir.

Dodaqlar - Düşüncələri ifadə etməyi və cinsi münasibətlərin simvoludur.

Geniş və aşağı meyilli dodaqlar sahibinin comərd, şəxsi həyatına rəng qatmağı sevən, nazik dodaqlar az lakin dəyərli danışmağı sevən, mühafizəkar, böyük alt dodaq isə sahibinin tənbəl olduğunu göstərir.

Çənə - Özünü müdafiə səviyyəsini

 

müəyyənləşdirir.

Geniş çənə qəddarlığı, enerjili olmağı, sivri çənə tez hirslənən xarakteri nümayiş etdirir. İkiyə ayrılmış çənə qərarsızlığın, yuvarlaq çənə tələskənliyin, irəliyə doğru çıxan çənə isə tərsliyin simvoludur.

Qaşlar — Həyatla bağlı önəmli qərarların necə verildiyi haqqında məlumat verir.

Aşağı doğru əyilən qaşlar münasibətə ciddi yanaşmağın, yuxarı olan qaşlar sahibinin inadkar və asan hirslənməyən, uzun qaşlar güclü və mübariz, nazik qaşlar iddialardan tez əl çəkməyən, yumşaq xasiyyətliliyin, birləşmiş qaşlar macəranı sevməyin, düz qaşlar isə xoş niyyətli olmağın rəmzidir.
Qulaqlar — İnsanın ətraf mühitin təsiri altına nə dərəcədə tez düşdüyünü göstərir.

Böyük qulaqlar musiqi qabiliyyətini, normal ölçülü qulaqlar ciddiyyəti, başa yapışmış formada olan qulaqlar qaydalara bağlılığı, böyük və şəlpə qulaqlar isə sahibinin çox danışmağı sevdiyini göstərir.

Üz şəkli -İnsanın zehni səviyyəsini və həssaslığını müəyyən etməyə kömək edir.

Çox uzun üzə sahib insanlar kinli, paxıl olurlar, kök üz sahibinin maddiyyata önəm verdiyini, əyləncəni, rahatlığı sevdiyini göstərir. Üzünün forması sümüklü olan şəxslər işləməyi sevirlər, lakin biraz ürkək olurlar. İncə üz isə sahibinin dərin düşüncəli və diqqətli olduğunun göstəricisidir.


Şərhlər:
Baxılıb: 4497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz