Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
90-larda Uşaq olmaq...
90-larda Uşaq olmaq...
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 2145
Səs ver:
— Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq "iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, "pokemon” kartlarını yığıb oyun oynamaqdır. 

90-cı ilərdə uşaq olmaq:

Hər axşam "11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, "Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının "Tetrisi” ya da "Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq "PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir. 

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. İşlənmiş boş patronların oyuncaq olmasıdır. Pəncərədən baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. "Yox” sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-larda uşaq olmalı olanların olmayan uşaqlığıdı 90-lar.

— Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, "starikə” gedib çörək almaq üçün əl-ələ tutmaqdır, dəftərin qırağını qırmızı qələm xətkeşlə xətləməkdir, əlin tabaşir qoxmasıdır. 

doyunca futbol oynamaqdır...
— Məhəllədə futbol oynayarkən yıxılıb dizləri qan olan, amma oynamağa davam edən, səhər tezdən isti çörək almaq üçün, 2 məhəllə aşağıya göndərilən, telefonun, internetin nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır. 

— Qarışqaya işgəncə edib oynayan nəsildən uşaq olmaqdır. İndiki uşaqların qarışqa ilə işi yoxdur.

— Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını "Spokoyniy nochi malishi” ilə hesablamaqdır. "Salka” oynamaq üçün evə yığışmamaqdı.

— Uşaqlığı Facebookda yox, "gizlənqaç”, "11 tuş”, "yeddişüşə”, "parol-parol”, "rezinka” oynamaqla keçirməkdi. "Məhlə-məhlə” futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır. Bir futbolçu seçib bütün oyunlarda onun adı ilə çağırılmaqdır. Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. Atanın çəkdiyi "Astra”nın iyin hələ də xatırlamaqdır. Uzun, plastmas qabı olan, rəngli, 250 manatlıq soklarla, 250 manatlıq dondurmayla böyümək, 1 "şirvanla” bir ay kef etməkdi. "Pokemon”lar yığmaq, "Sega” oynamaq, "Tetris”i ən gözəl hədiyyə kimi qəbul etməkdir. "Kukruz”dan çıxan üzüyü xoşun gələn qıza hədiyyə verməkdir.

Rezinka oyununun suyunu çıxartmaqdı... 

— Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan nəsil.

— «Love is» saqqızları ilə böyümək, «polboks» saç stilinin suyunu çıxarmaq, ya Hüseyn Dərya ya da Elşad Xose fanatı olmaq.



Şərhlər:
Baxılıb: 2145
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz