Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtliyin açarı
Xoşbəxtliyin açarı
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 1558
Səs ver:
Həyat şərtləri ağır, əhvalınız pis və həyatınızda hər şeyin çox pis getdiyinə inanırsınız... İndi bunları düşünməkdən imtina edin! Sizin üçün hazırladığımızı bir neçə kiçik təkliflə, həyatınızı daha şən hala gətirə bilərsiniz.Özünüzü şişirdin Həftə içində özünüzə bir gün təyin edin. Bu, işləriniz ən az olduğu bir gün ola bilər. Uşaqlarınız məktəbdəykən və ya baxıcı evdəykən, özünüzə aid bir proqram hazırlayın. Əvvəl küveti doldurub içinə rahatlaşdırıcı losyon və ya aroma yağları əlavə edin. Ardından, bədəniniz tamamilə istirahət edənə qədər küvetdə yatın. Hətta bunu edərkən musiqi açın, yanına içki və bir də kitab əlavə edin. Bu şəkildə həm bədəninizi, həm də ruhunuzu istirahət etdirmiş olarsınız. Duş kefi bitdikdən və yaxşıca yaxalandıqdan sonra bədəninizin hər bölgəsini kremləşdirməyə laqeyd yanaşmayın. Sonra da zamanınız istiqamətində canınız ən çox nə çəkirsə, onu edin!Doya-doya gülünGülmənin psixologiya üzərinə müalicə təsiri olduğunu bilirsiniz? Əgər cavabınız xeyrdirsə, bunu bir yerə qeyd edin! Edilən araşdırmalara görə, gülmə həm insanın özünü yaxşı hiss etməsini təmin edir, həm də sağlamlıq üzərinə müsbət təsirlər yaradır. Bu səbəblə, içinizdən gəldiyi qədər gülün. Əgər bunu edə bilmirsinizsə, hər fürsətdə komik filmlər izləyin, əyləncəli mühitlərə qatılın.Həyatınızda dəyişikliklər edinHəyatınızı təkrarlıqdan qurtarmanın ən yaxşı yollarından biri, bəzi radikal dəyişikliklər etməkdir. İşə əvvəl saç stilinizi dəyişdirməklə başlaya bilərsiniz. Ardından özünüzə dəyişik bir geyim tərzi meydana gətirin və alış-verişinizi bu istiqamətdə edin. Həm də, evinizdə də yeniliklər edə bilərsiniz. Özünüzü mükafatlandırınƏgər şirniyyat yeməyi sevirsinizsə, özünüzü arada bir şokolad və ya şirin bir şeylərlə (mümkünsə aşağı kalorili) mükafatlandıra bilərsiniz. Ancaq miqdar mövzusunda diqqətli olun. Əgər şirniyyat yemək yerinə başqa şeylər seçirsinizsə, onları seçin. Bunun da nə olduğuna özünüz qərar verin.İdman edinİdman etmək bədən və ruh sağlamlığı üçün lazımlıdır. Bu şəkildə həm gümrah və sağlam qalarsınız, həm də özünüzü mənəvi olaraq daha yaxşı hiss edərsiniz. Əgər idman salonuna gedə bilmirsinizsə, evdə məşq edə bilərsiniz. Qısacası, nizamlı olaraq hər gün məşq etməyi vərdiş halına gətirin!İnsanları xoşbəxt edinİnsanları xoşbəxt etmək, adamın özünü də xoşbəxt edər. Bunun üçün, ya ətrafınızda tanışınız insanlara ya da tanımadığınız insanlara bəzi yaxşılıqlar edə bilərsiniz. Məsələn, bir insanın ehtiyacını qarşılamaq, böyük bir xoşbəxtlik qaynağıdır. Üstəlik, insanların kiçik şeylərdən də xoşbəxt ola biləcəyini unutmayın.Günü yaşayınÜmumiyyətlə çoxumuz həyatımızı əvvəldən planlamağı seçirik. Bu şəkildə də bu günü kifayət qədər fərqinə vararaq yaşaya bilmirik. Bu səbəblə həyatınızı arada bir plansız, anlıq yaşayın. Görəcəksiniz, bu sizə həyatdan daha çox həzz almanızı təmin edəcək.  


 



Şərhlər:
Baxılıb: 1558
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz