Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni çox sevirəm (?)
Səni çox sevirəm (?)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4267
Səs ver:
http://imgs.su/tmp/1318243510-656.jpg

...Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı...


Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən...
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər...
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər...Qadınların hər zaman kişilərə yazığı gəlir. Qadallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün...
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün...

***
Əslində hər bir kişi özünə qadın axtaranda ilk-əvvəl öz ruhunun, mahiyyətinin çəkisini ölçüb dəqiqləşdirir, rastlaşdığı qadınların qanad ölçülərinə, uçma sürətinə, neçə kişi gücündə olmasına diqqət yetirərək seçimini edir. Sonra bu qanadları əzizləyir, o yan-bu yanına keçib də ağzından dürr kəlmələr səpir, bu qadının dünyanın bütün qadınlarından daha gərəkli olduğunu deyərək də tam ruhuyla hoppanıb belinə minir. O anlarda uçub-uçub həyatındakı (sən belə düşünürsən, çünki sənin həyatın sənin yüklənmiş belinlə eyni bir şeydir) kişini ucalıqlara, dağ başlarına, mələk fəzalarına aparmaq istəyirsən.
Əslində bunu istəyən kişidir, sən yox. O , sadəcə bunu sənin də istədiyini sənə yaxşıca təlqin edə bilib, vəssalam...
***
Sən uçursan.
O, bir az da yüksəyə qalxmanı istəyir.
Sən yorulursan.
O isə sənin dincəlmək ehtiyacın haqqında düşünmək belə istəmir, səni dilə tutur, sənə yalvarır, sən isə qadınsan, kişi yalvarışlarından ürəyin yuxa olur, yorulmuş qanadlarını çırpa-çırpa bir az da yuxarı qalxırsan.
Mələk fəzalarına çatanda onun son dərəcə xoşbəxt, özünün son dərəcə yorğun olduğunu anlasan da öz yorğunluğunu onun xoşbəxtliyinə qurban verib susursan...
O isə təəccübdən və bu qadına heyranlıqdan gözləri bərəlmiş mələklərə meydan oxuyur, onu bu qədər yüksəldən qadının boynunu qucaqlayıb pıçıldayır:
- Məni daha yüksəyə qaldır... mələklər arxada qalsın...
- Daha yüksəkdə Tanrıdır. Onun məqamına qaldıra bilmərəm səni.
- Sən bunu eləməlisən, axı sən məni sevirsən?!
- Mənim qanadlarım yorulub. Mən Tanrının yanına qaldıra bilmərəm səni...
- Sən bunu eləməlisən...- pıçıltılar qulağından girib beynini dumanlandırır.
- Mən bunu eləməliyəm...- sən də pıçıldayırsan.
-Axı sən məni sevirsən...- daha bir duman gözlərini örtür.
- Axı mən səni sevirəm...- pıçıldayırsan.
Amma yorğunsan, qanadların sözünə baxmır, hər an yerlərə çırpıla bilərsən.
İndi sən yalvarırsan:
- Gəl düşək aşağı, mən daha uça bilmirəm.
- Yox! Olmaz! - qəti cavab gəlir.
- Mən dincəlməliyəm. Sonra, dincimi alandan sonra bir də uçarıq.
- Bir az qalıb, bir-iki qanad da uçsan, məni Tanrının yanına qaldırmış olarsan.
- Bu yolda od var, mən yana bilərəm, - ağlayırsan.
- Mənə dəxli yoxdur!- qışqırır başına.
- Axı mən yansam, sən özün də yıxılarsan?! - son bir ümidlə xəbərdarlıq edirsən ona.
- Yoox! Öncə mən səni öldürərəm! - bayaqdan boynunu qucaqlamış qollar aralanır, bayaqdan köksünü sığallayan əllər boğazına pərçim olub səni boğur, boğur, boğur...
- Uç, məni qaldır, bir az da, bir az da...


Tanrı qəzəbi od kimi qarsır qanadlarını, artıq heç nəyin fərqinə varmadan aşağı, yerlərə, alçaqlıqlara yuvarlanırsan. Belindəki yükün ağırlığı altında, qanadlarının yanmaqda, məhv olmaqda olan azadlığının ağrılarıyla, boynuna sancılan kişi caynaqlarından köksünə axan qanın ürəyindəki bütün sevgiləri yuyub aparması dəhşətiylə daşlara çırpılırsan...


Artıq yarımcansan, ölürsən, nəfəsin belə kəsilməkdədir...
Belində olduğundan, sən daşlara çırpılanda belə əzilməyən kişi ruhu bütün qəzəbiylə ayağa qalxıb səni təpikləyir, yorulmuş, yanmış qanadlarını qırıb tökür...
Son nəfəsində:
- Axı mən səni sevirəm...- onun sənə öyrətdiyi yeganı duanı pıçıldayırsan.
- Toyuq ağıllı! - deyib sənə tüpürür və... gedir...



Şərhlər:
Baxılıb: 4267
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz