Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Auranın rəngini bil
Auranın rəngini bil
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1151
Səs ver:
1.Qırmızı 
2.Sarı
3.Narıncı
4.Yaşıl
5.Mavi
6.Tünd göy
7.Bənövşəyi
8.Çəhrayı
9.Tunc
11.Gümüşü
22.Qızılı
 
Məsələn: Doğum tarixi 06.05.1999.Hesablama aparaq: 0+6+0+5+1+9+9+9=39. 3+9=12. 1+2=3 Cədvələ əsasən 3 rəqəmi Narıncı rəngini simvolizə edir. 11 və 22 rəqəmlərinin ədədləri cəmlənmir.
Bu mənim Auramın rəngidir bəs sizin auranızın rəngi hansıdır?
 
Qırmızı: Hissiyatlı, həyatsevər və aqresivlik. Bu çalar ondan xəbər verir ki, siz təbiətdən şöhrətpərəst, məqsədə nail olmağı bacaran və optimist birisiniz. Sizdə rəqbət hissi güclüdür. Birincilik həyat devizinizdir. Məqsədə nail olmaq üçün sizi ruhlandıra biləcək uğur qazanmış insanları həmsöhbət seçib, dar düşüncəli axmaqlardan uzaq durun. Əks halda məqsədinizə çatmaq istəyiniz xəyal olaraq qalar.
 
Sarı: Yaradıcılıq və intelekt. Qabilliyyətlərinizi göstərə bilmək üçün yaradıcı işlə məşğul olmanız daha yaxşıdır. Sizin varlığımız ətrafdakıları isidir və heyran edir. Natiqlik istedadınız istənilən məclisin bəzəyidir. Bir sözlə, ünsiyyət üçün yaranmısınız. Odur ki, istənilən sahədə mütəxəssis alınar. Çox qəlbi kövrəksiniz, bir az laqeyd olmağıbacarın. Sizin parlaq zəkanız var. Belə bir deyim var: "Əgər insan gün ərzində eyni məsələyə 1 saat vaxt ayırırsa, deməli, o, ildən sonra bu sahədə ixtisaslı peşəkar olacaq”. Belləliklə siz də ürəyinizcə olan iş seçin.
 
Narıncı: Emosiya və sağlamlıq. Bu çalar insana xeyirxah, ünsiyyətcil, qayğıkeş və diqqətli olmaq xüsusiyyətini verir. Xeyirxah iş gördüyünüzü biləndə özünüzü xoşbəxt hiss edirsiniz.Ola bilər, siz çox təvazökar, utancaq və həssasınız. Bu halda özünüzü başqalarının xoşbəxtliyinə həsr etməlisiniz. Bu zaman özünəinam hissiniz artacaq.
 
Yaşıl: Təbiətin böyük rəngi. Siz şəraitə tez uyğunlaşmaqla bərabər, həm də rəhmli və sentimentalsınız ki, bu sizin ən böyük zəifliyinizdir. Dostcasına ünsiyyəti sevdiyiniz üçün həyatı çox asan qəbul edirsiniz və özünüzdən başqa hamıda günah axtarırsınız. Qırmızı auranın tam əksi olan Yaşıl hiddətlənəndə ləng hərəkət edir və özünü cilovlayır. Bu cür insanlar təbiətin özü kimi daimi və dəyişilməzdir. Onların gücü yavaş-yavaş artır və sarsılmazdır. Haqlı olduqlarından əmindirlər və bu fikirdən onları heç nə döndərə bilməz. O, Sarıya yaxınlaşanda öz sabitliyini itirir.
 
Mavi: Müəllimlik, səyahət sevgisi, parlaq zəka, yaradıcılıq qabiliyyəti, zəngin təsəvvür və həqiqət axtarışı. Siz həmişəcavan və istənilən qəhrəmanlığa qadirsiniz. Yeni təəssüratları sevir və başqa xalqların, mədəniyyətlərin nümayəndələri ilə məmuniyyətlə ünsiyyət qurursunuz. Adətən çox aktiv həyat tərzi yaşayırsınız. Yorulmaq sizə yad olan anlayışdır. Təbiətən istedadlısınız.

Tünd göy: Xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik. Sizdə özünəinam hissi güclüdür. Məsuliyyətli və ətrafdakılara qarşı qayğıkeşsiniz. Həmişə diqqət mərkəzindəsiniz. İstirahət etməyi də unutmalısınız, çünki işinizə o qədər ciddi yanaşmırsınız ki, özünüz barədə tamamilə unudursunuz. Siz vəfalı, azadlığı sevən və soyuqsunuz.
 
Bənövşəyi: Ruhən yaxın, hissiyyat, müəllimlik, gələcəyi görmə. Siz güclü həssaslığa və intuisiyaya maliksiniz. Kimdənsə kömək istəməyi sevmirsiniz və öz gücünüzə arxalanırsınız. Çox vaxt narahatlığınızı dillə ifadə etmək iqtiqarında olmursunuz. Özünüzə qapanırsınız.Artistlik və dramatik bacarıqlarınız da var. İstedadlı yaradıcılığa meyillisiniz
 
Çəyrayı: Materializm, məqsədyönlülük və əməksevərlik. Siz zərif və qayğıkeşsiniz. Amma qorxaq və qərarsız olduğunuz anlarınız da az deyil. Öz bildiyinizi edirsiniz, amma sevdiklərinizi də unutmursunuz. "Yox” deməyi öyrənin və özünüzə diqqət və qayğı göstərin.
 
Bürünc rəngi: Humanizm-insansevərlik, fədakarlıq. Zərif qayğıkeş, qətiyyətli və pozitiv düşüncəyə maliksiniz. Bəzən sizə elə gəlir ki, ətrafdakılar qədrinizi bilmir. Belə olduqda özünüzə vaxt ayırın. Siz yardımsevən və kövrəksiniz. Ona görə də çox vaxt sizin bu cəhətlərinizdən istifadə edirlər.
 
Gümüşü: Fantaziya, idealizm, xəyalpərəstlik, hissiyyat. Siz ruha yaxın, qeyri-adi dərəcədə güclü hissiyata, zəngin yaradıcılıq təxəyyülünə malik insanlardansınız. Xaraktercə nəcib, tez inanan, dürüstsünüz. Dost seçimində öz hissiyatınıza inanır və inasanlarda yalnız yaxşı tərəfdən görməyə çalışırsınız.

Qızılı: Hədsiz potensialş Sizdə kobudluq qeyri adi bacarıqlar və məsuliyyət hissi var. Uğur sizin tərəfinizdədir. Böyük idealarınız və məqsədləriniz var ki, onları əldə etməklə xoşbəxt olursunuz. Qızılı auranın daşıyıcıları enerjisi ətrafdakılara təsir edən anadangəlmə xarizmalı liderdirlər. Belə fonnun insanları arasında pisini tapmaq çətindir.


Şərhlər:
Baxılıb: 1151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz