Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Felaket Deyilmi?
Felaket Deyilmi?
Göndərən: Luna
Şərhlər:
Baxılıb: 1297
Səs ver:
http://imgs.su/tmp/1318228815-656.jpg

Göz yaşlarının fəlakətini gördünüzmü?
Bəs təbəssümlərin necə?
Qorxuların fəlakətini gördünüzmü?
Bəs ümidlərin necə?..

Göz yaşlarımızı saxtalaşdırmışıqsa, məgər bu, fəlakət deyilmi?
Təbəssümlərimizi saxtalaşdırmışıqsa, məgər bu, fəlakət deyilmi?
Bəs qorxularımız ruhumuza yox, nəfsimizə xidmət edirsə?
Bəs ümidlərimiz əbədiyyət arzusunun yox, boş xəyalların arxasınca “qaçırsa”?
Ya da insanlığımız öz içimizdən kənara çıxa bilmirsə?
Ya da xeyirxahlığımız, mərhəmətimiz ancaq özümüzə çatırsa?..
Bütün bunlar fəlakət deyilmi? Ürəklərin daşlaşması fəlakət deyilmi?
Baxışların buzlaşması fəlakət deyilmi?
Dövlətini itirmək şəfqətini itirməkdən dahamı ağırdır?
Şöhrətini itirmək siqlətini itirməkdən dahamı ağırdır?..
Ağılların “tutulması” buludların tutulmasından daha dəhşətli deyilmi?
Ümidlərin “tökülməsi” yarpaqların tökülməsindən daha dəhşətli deyilmi?..
Nifrətin bağladığı qapını hansı qapı bağlaya bilər?
Ya da, sevginin açdığı qapını hansı qapı aça bilər?
Söz qılıncının kəsdiyini hansı qılınc kəsə bilər?
Ya da, söz iynəsinin tikdiyini hansı iynə tikə bilər?..
Günəş dünyadan əvvəl qəlbimizə doğmursa, nə mənası var?
Yağış dünyadan əvvəl qəlbimizə yağmırsa, nə mənası var?
Əsl fəlakət “çürük” fikirlərin qaranlığında yaşamaq deyilmi?
Əsl fəlakət “çürük” düşüncələrin ağırlığını daşımaq deyilmi?..

Səadətini yalnız var-dövlətdə görmək fəlakətə bir az da yaxın olmaq deməkdir.
Səadətini yalnız şan-şöhrətdə görmək fəlakətə bir az da yaxın olmaq deməkdir.
Dünyaya gəlib, “dünyada qalmaq” fəlakətə bir az da yaxın olmaq deməkdir.
Günəşi görüb, işığına kor olmaq fəlakətə bir az da yaxın olmaq deməkdir..


Şərhlər:
Baxılıb: 1297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz