Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eşq, Xəyanət, Ayrılıq və Seks
Eşq, Xəyanət, Ayrılıq və Seks
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2854
Səs ver:

Hər zaman yazılarımda kimlərsə ünvanlayıb yazmışam. Bu dəfə də qadınlara əsasəndə kişilərə ünvanlayıb yazıram. Deyilənə görə qadın böyük qüvvədir,mərddir və hər zaman bütün çətinliyə dözən varlıqdır. Qadın kişiyə xəyanətdə edə bilər,onu tək də qoya bilər və özü-özünə möhtacda qoya bilər. Ümumiyyətlə belə bir söz varki qadın kişisiz qala bilməz.Bunu deyən bitərəfli düşünüb deyib deyəsən.Mənə elə gəlirki kişidə qadınsız qala bilməz.

 

 

                Kişi qadından ayrılanda və yaxud başqası ilə ona xəyanət edəndə bu ayıb sayılmır.Daha da tərəf tutulurki kişi kişidir.Ona olar! Niyə?! Kişilər göydən düşmə məxluqdurki?!

 

 

                Ancaq vay o gündən ki,qadın kişiyə xəyanət etsin və onu başqası ilə aldatsın. Onda kişi dərhal qadını tərk edər. Bu da yetməzmiş kimi onun adına sözdə çıxardarki "fahişəydi " aldatdı məni.

 

 

                Son bir həftədir oxudugum və ləzzət aldığım bir kitab var. Türkiyəli köşə yazarı olar Oben Budakın "Falan Filan” kitabı.  İlk qələmə aldığı kitab olsada fikirlərini çox gözəl çatdırıb oxucuya.Elə bu kitabda da aldadılmış Bige adlı bir qadından bəhs olunur.Qadın öz fransız sevgilisi Adrien terefinden aldadılır. Ancaq buna baxmayaraq bezi qadınlar kimi özünü kişinin sevgisinin qarşısında əzdirmir. Hətt da Adrienin Bigeye aldığı televizoru belə eyvandan ataraq çilik-çilik edir  və özünü ələ alaraq köhnə sevgililərini yad edir yenidən köhnə həyatına geri dönür. Onu maraqlandıran tək bir şey isə danışdığı oğlanların önündə cazibəli görünməsi və onları yatağa atmalıdır.Ancaq hər yatdığı şəxsin qoynunda belə Adrieni unutmur.Ancaq Adrien ise köhne sevgilisi ilə kim bilir nə edir.

 

 

                Ümumiyyətlə siz eşq nədir bilirsiz?

Eşq qadına və kişiyə fərqli təsir edir. Aşiq olan qadının gözündə eşqdən özgə heç bir şeyin dəyəri qalmır. Aşiq olan kişinin gözündə isə hər şey yenidən dəyər qazanır. Kişilər dəli kimi aşiq olurlar, vaxt keçdikcə ağıllanırlar. Qadınlar isə düşünərək aşiq olurlar, vaxt keçdikcə dəliləşirlər. Bax budur kişinin sevgisi ilə qadının sevgisi arasındakı fərq.

 

 

                Yuxarıda qeyd etdiyim kimi Bige sevgili olduğu kişilərdən sex tələb edir. Ancaq bizim xanımlarımızda bu fərqlidir. Kişi əgər xanıma yaxın münasibət təklif edirsə çox az faiz insanlar bunu qəbul edir çox faizi isə qəbul etməyərək münasibətini bitirir. Düşünmürsüzki kişi onu təqdim edirsə sizi çox istədiyinnən təqdim edir? Mən özüm bununla qarşılaşmamışam.Ancaq maraqlıdır ki nəyə görə biz avropa qədər inkişaf etməmişik.

 

 

                Biz cinsi əlaqəni yanlız yaddaşımıza pis bir şey kimi save etmişik. Ancaq onun özəllikləridə var.

Deməli Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır. 

 
Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir. Bunu Britaniyalı alimlər belə açıqlayıb.

 

 

                Məncə qadınlarə və kişiləri daha çox həyatda məyus edən iki hadisə var xəyanət və ayrılıq. Düzü kişilərə çoxda təsir etmir bu. Ancaq ən çox əziyyət çəkən qadınlar olur. Hətta depresiyaya düşmək şansları daha çox olur.  Biz xəyanəti  kimləsə aldatıldım deyə qələmə veririk. Ancaq xəyanət netibarınızdan istifadə edərək sizə qarşı hörmətsizlik edərək aldatma və vəfasızlıqdan, tərəfənizdən sevdiyini fərz edən və ya sizi sevən insanlara qarşı pis davranmaq düşmənlərinizə yardım etməyin özü belə xəyanətdir.  Ümumiyyətlə alimlər bildiriblərki xəyanət qarşı cinslə əlaqədən sonra başlayır. Yəni çox vaxt vaxtından əvvəl münasibətlərin,evlilikdən əvvəl dərinləşməsi xəyanətə gətirib çıxardır.

 

 

                Ayrılıq isə qovuşmaq bilməyən yollardır. Ayrılıqlar sadəcə sevgidən ibarət deyildir. Yaxln insanı,sevdiyin əşyanı,ölkəni və indi ən aktual olan sevgilini itiribdə kimnənsə ayrı qala bilərsən. Bununda sonu gətirib depresiyaya çıxardır. Ayrılıqdan isə çox vaxt əziyyət çəkən qadınlarımız olur.

 

 

                Ən gözəli iə sevgidə,münasibətlərdə nə edirsiznizsə edin qarşılıqsız edin onda siz daha çox xoşbəxt olarsız. İnsanlara isə yaşadığı həyata görə özünə görə qiymət verin. Əgər ətrafınızdakı qadınlardan kimsə siqaret çəkib içki edirsə onu buna görə danlayıb tək qoymayın.  Çünki hərənin bir cürə həyat tərzi və yaşamı var. O içki qəbul edib siqaret çəkirsə bu o demək deyilki həmin xanım fahişədir. Əksinə indi elə qadınlar varki bu sadaladıqlarımnan istifadə etmirlər min oyunnan çıxırlar. İnsanlar,xarakterlər,yaşam tərzləri  müxtəlifdir. Ən əsasl isə bu həyatda özünüz olun. Bu gününüzü sonuncu gününüz kimi yaşayın!


Şərhlər:
Baxılıb: 2854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz