Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Feminizm-Arvadlar niyə kişi olmaq istəyirlər?
Feminizm-Arvadlar niyə kişi olmaq istəyirlər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 995
Səs ver:
Feminizm (fransızca – femin, latınca femina – qadın) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkatdır. Qeyd edək ki, "feminizm” termininin ixtiraçısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir.

Feminizmin ilk dalğası XVIII əsrdən XIX əsrin birinci yarısına təsadüf edir. Bir sıra yazılarda, o cümlədən Pulen de Lya Barrın "İki cinsin hüquq bərabərliyi haqqında” (1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır. Feminist hüquqşünaslığı ilk dəfə ABŞ-da (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi tələbləri irəli sürülərkən (1775) yaranmışdır.
Yeni ictimai təzahürün – qadınların siyasi hüquqlarının müdafiəsi hərəkatının baniləri fransalı Olimpiya de Quj , İngiltərəli Meri Uolstonkraft, amerikalı Abiqayl Adamsdır. Feminizmin ilk sənədi 1790-cı ildə Olimpiya de Quj tərəfindən yazılan "Qadınların və qadın vətəndaşların bəyannaməsi”dir.
XX yüzilin 60-cı illərində ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində tələbə etiraz hərəkatı genişləndi. Bu solçu etiraz hərəkatında radikal və ya inqilabi feminizm ortaya çıxdı. Beləliklə, Qərbdə feminizm hərəkatının «ikinci dalğa»sı başlanmış oldu.
Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. 70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə yeni olaraq "gender” anlayışı gətirilir.
 
 
Bir az keçmişə qayıtsaq görərik ki, tarix, fəlsəfə, təbiət elmlərində, dində qadının cəmiyyətdəki rolu barədə tez-tez bir-birinə əks fikirlər söylənilib, problem müxtəlif cür həllini tapıb. Xüsusən də, bu barədə bir-birinə əks və ziddiyyətli fikirlərə dində rast gəlmək olar. Məsələn, 1400 il bundan əvvəl Makon kilsə məclisi rəsmi olaraq belə bir məsələyə baxmışdır: qadının ruhu varmı? İştirak edənlərin təqribən yarısı bu suala mənfi cavab vermişdi. Xristian kilsə məclisi cəmi bir səs çoxluğu ilə qərara gəlmişdi ki, aşağı məxluq olsa da, qadında nə isə ruha oxşar bir şey var.
Kapitalizm dövrü qadının cəmiyyətdəki yeri və rolu baxımından çoxlu cərəyanlarla xarakterizə olunur. Yeni Kodeks yaratmış, NapaleonBonapart qadın tərbiyəsini yaxşılaşdırmağa çağırırdı, lakin qadın taleyini yalnız uşaq doğmada görürdü. Dövrünün A.Şopenhauer, F.Nitsşe, O.Veyninger və qadın dəyərsizliyi haqqında yanlış nəzəriyyənin digər burjua nümayəndələri belə hesab edirdilər ki, təbiət qadınlara yalnız hiyləgərlik, yalançılıq, xəyanətə meyllilik, naşükürlük hissləri bəxş etmişdir.
 
 
Qeyd edək ki, 60-cı illərdə qadın hərəkatında ekstremist cinah deyilən bir tərəf fəallaşdı. Onlar keçmiş matriarxat cəmiyyətindən fərqli olaraq, ərə getmir, qüvvətli "cinsin”- kişilərin heç bir sahədə tabeçilik funksiyalarını qəbul etmir və bunu qəti surətdə rədd edirdilər. Feminist ərli qadınlar kişiyə tabe olmamağın bir forması kimi "missis” müraciət formasını inkar edib, onlara "miss” deyə müraciət etməyi tələb edirdilər. Əsas səbəb isə o gətirilirdi ki, "missis” müraciət forması məhz qadının bir şəxsiyyət kimi kişidən asılı olduğunu, onun tabeçiliyində qaldığını açıq aydın diqqətə çatdirirdi.

Emansipasiya uğrunda hərəkat zamanı bir neçə cərəyan fəaliyyət göstərirdi:

Bərabərlikçi Formalar:

Bərabərlikçi Feminizm - Qabaqcıl feminist liderləri də ehtiva edən əksəriyyət bunun feminizmin bir forması olduğunu qəbul etmir.
Fərdçi Feminizm - (Libertarian Feminizm olaraq da bilinir)
Liberal Feminizm
Qadın Mərkəzli (Gynocentric) Formalar:
Mədəni feminizm
Cinsiyyət Feminizmi
Pop Feminizm
Radikal Feminizm

Basqının ataxaqanlıqdan Qaynaqlandığını Qəbul edənlər:

Anarko Feminizm
Radikal Feminizm
Fransız Feminizm
Seks Radikal Feminizm

Basqının xüsusi mülkiyyətdən qaynaqlandığını qəbul edənlər:

Marksist Feminizm
Sosialist Feminizm

Ayrımçı (Segregationalist):

Lezbiyan Feminizm (Lezbiyanayrımçılığı/Lesbianseparatism)
Ayrılıqçı feminizm/Seperatist Feminizm

Afrikan-Amerikan:
Qara Feminizm / BlackFeminism
Qadınçılıq/Womanism

Qərb-Xarici:

Üçüncü Dünya Feminizm
Müstəmləkə Sonrası Feminizm

Feminizm tərəfdarlarına görə ədalət, hakimiyyət, öhdəliklər və s. nəzəriyyələrdə maskulin təcrübə əks olunur, bu səbəbdən də onların hamısına bəşəriyyətin əks tərəfi olan qadınların həyat təcrübəsi nəzərə alınaraq yenidən baxılmalıdır.

Əsrlər keçdikcə, qadınlar öz hüquqsuzluğunu dərk edib buna qarşı mübarizəyə qalxaraq, qadınlara kölə kimi baxılmasına son qoydu, onlar ictimai işlərdə kişilərlə bir yerdə işləmək, siyasətdə təmsil olunmaq kimi məsələlərdə uğur qazandılar amma təbii ki, müəyyən yerlərdə və şəraitdə. Qəbul etməliyik ki, bu hər yerdə özünü doğrultmadı. Hal-hazırda bir çox yerlərdə hələ də qadına kölə kimi baxılır, cəmiyyətdən təcrid olunur, qızların təhsilə cəlb olunmasına çox da əhəmiyyət verilmir və bununla bağlı ciddi tədbirlər görülmür. Amma qadınların bu dövrə qədər gördükləri tədbirlər nə qədər əhəmiyyətli olsa da, məncə, qəbul etmək lazımdır ki, kişilərlə tam olaraq eyni hüquqlara malik olmaq mümkün deyil. Çünki elə məsələlər var ki, qadınlar bunu etmək gücündə deyil, eləsi də var ki, kişilər onların qarşısında acizdirlər. Deməli, qadın və kişi hüquqları bir-birini ədalətli şəkildə tarazlaşdırmalıdır.


Şərhlər:
Baxılıb: 995
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz