Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Cavabsız Məktub"
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1452
Səs ver:
 

Salam Tanrı. Bu sənə yazdığım neçənci cavabsız məktubdur xəbərin var? Düzü, heç məndə saymamışam, xəbərim yoxdur. Tənbələm bilirsən. Gecələr belə səninlə tam danışa bilmirəm, elə söhbətin ən əsas yerində yuxuya təslim oluram. Hətta hər gecə səndən daha bir şey istiyirəm. Amma yenədə narazıyam. Bəlkədə mən sənə üsyan etdiyim vaxtlarda İsrailin ordusu Suriyada neçə körpələri anasız qoyur... Bəlkə atasızda qoyur, amma atasızlıq o qədər canı yandırmır Tanrı. Bəlkə sənə narazı olduğum vaxtlarda kimsə evindən küçəyə atılır, kimsə yaxınını hansısa çarəsiz xəstəlik ucbatından itirir. Hansı ki, o lənətə gəlmiş xəstəlik üzündən məndə onu itirdim. Amma mən hələdə şükür etməyi bacarmıram. Çiyinlərində məndən də ağır yük daşıyan qulların var, sol çiyinlərində dəftərləri dolan mələkli çiyinlərdə çoxdu, yəni mən o qədərdə günahkar deyiləm. 

Səni yad edəndə belə tez sağollaşıram, halbuki danışmağa o qədər mövzum varki səninlə. Bəlkə bunları danışmaq üçün üzbəüz gələcəyimiz günü gözlüyürəm. Hərdən də tənbəllik edib sənə çox şeyi demirəm. Onsuzda hər şeyi bilirsən və həyatımdakı çox şeyi planlamısan. Mənə də səssiz qalmaq düşür, arabir qaydaları pozuram. İnsanlar deyirki "qayda-qanun” pozulmaq üçündü. Məndə elə arasıra onlara qulaq asıram. Onlar həmişə əllərini uzadanda hər nə qədər bizi düşdüyümüz yerdən xilas edəcək qədər görünsələrdə, əslində bizi ora itələyən elə onların özüdü. Mənim onlarla ciddi problemim var, amma əslində onların mənimlə problemlərinin olması, problemin məhz özlərində olduğunun göstəricisidi. Yəni, adi bir musiqi ilə xoşbəxt olan biri ilə necə problem yaşamaq olarki?

Səndən çox şey istəmirəm Tanrı. Nə nefti, nə Bakının gözəlləşməyini, nə yeni tikililərdə ev, mənə bir ovuc xoşbəxtlik ver, amma əbədi olanından olsun. Mənə maraqlı deyil ki, Amerikada dolların dəyəri düşüb və ya qalxıb, ya da maraqlı deyilki ermənilər bizdən nə oğurlayırlar, yəni onlar onsuzda həmişə oğurlamağa nəsə tapırlar. Bunu xalqa yaymaqla sadəcə insanların əsəblərini pozurlar, bu xəbərlər camaatı məcbur edir ki, axşam evlərdə söyüş söyülsün. Tanrı, mənə bir az musiqi, bir az kitab qoxusu, bir az da xoşbəxtlik ver hə birdə əgər çoxda çətin deyilsə, məni səhv saydığın və qadağa qoyduğun hər şey üçün bağışla. Sən illər öncə meyvələrədə qadağa qoymuşdun, amma o qaydaya sadiqəm bir az meyvələri çoxda sevmirəm.


Şərhlər:
Baxılıb: 1452
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz